04 Noyabr 2024 16:18
293
CƏMİYYƏT
A- A+
Parisin qanlı siması və ya Anadoluda Fransanın ermənilərin əli ilə törətdiyi vəhşiliklər və etnik təmizləmə siyasəti  

Parisin qanlı siması və ya Anadoluda Fransanın ermənilərin əli ilə törətdiyi vəhşiliklər və etnik təmizləmə siyasəti  

Belə bir aforizm var: “Tarix pis şagirdləri olan ən yaxşı müəllimdir”. Bu kəlam Fransanın öz geosiyasi məqsədləri naminə dəfələrlə istifadə etdiyi, yekunda isə aldadaraq kənara atdığı ermənilərə daha çox aiddir.

Paris müasir Ermənistanı aktiv şəkildə silahlandırır və bu əsnada 1919-1922-ci illərdə baş vermiş hadisələri xatırlamamağa üstünlük verir; o zaman fransızların silah-sursatla təmin etdiyi çoxminlik erməni quldur dəstələri Anadolunun cənubunda etnik təmizləmə aparıblar, amma son nəticədə Fransa onları aldadıb və həmin qatillər tələm-tələsik Yaxın Şərqə qaçıblar.

Türk xalqının bölgənin etnik tərkibini dəyişmək üçün fransızların Anadoluya köçürdükləri 100 mindən çox ermənini də özü ilə aparan Fransa qoşunlarını işğal altındakı Adana və ölkənin ətraf rayonlarından geri çəkməyə məcbur etməsindən 102 il ötür.

Türkiyəli tarixçi və publisist Yusuf Delikoca AZƏRTAC-ın müxbirinə bildirib ki, Fransa silahları ilə silahlanmış və Parisin işğalçı administrasiyasının dəstəyi ilə qırğınlar törədən erməni quldur dəstələri bir neçə il Çukurova bölgəsinin əhalisini terrora məruz qoymuş, vaxtaşırı kütləvi cinayətlər törətmişlər.

Y.Delikoca qeyd edib ki, Adana şəhərinin yerləşdiyi Çukurova ərazisi 1918-ci ilin sonunda Mondros sülh müqaviləsinin şərtlərinə uyğun olaraq Fransanın nəzarətinə keçib. Bölgədə möhkəmlənmək istəyən fransızlar etnik erməniləri kütləvi şəkildə nəzarət etdikləri ərazilərə yerləşdirməyə, onlardan cəza dəstələri yaratmağa başlayıblar.

Türkiyəli tarixçi əlavə edib: “Paris erməniləri fəal şəkildə silahlandırır, onlara bütün Çukurova bölgəsində “Ermənistan” yaradacağını vəd edirdi. Fransızlar Anadoludan çıxsalar belə, ermənilərin qondarma dövlətindən Türkiyə ilə Yaxın Şərqin ərəb xalqları arasında “bufer zona” kimi istifadə edə biləcəklərini də hesab edirdilər”.

Onun sözlərinə görə, Parisin planlarına ciddi maneə ermənilərin hər zaman azlıq təşkil etdiyi Anadolunun cənubunun etnik komponenti olub. Buna görə də fransızlar Yaxın Şərqdən ermənilərin kütləvi şəkildə Adanaya, Antepə və Maraşa köçürülməsini təşkil etdilər və orada “Ermənistan” adlı bir marionet “dövlət” yaratmağı planlaşdırdılar.

Bundan əlavə, türk xalqının partizan mübarizəsini yatırmaq ümidi ilə Fransanın koloniyaları - Tunis, Əlcəzair və Seneqaldan silahlı dəstələr Anadoluya köçürülməyə başladı.

Y.Delikoca bildirib: “1920-ci ilə qədər Parisin nəzarətində olan Anadolu bölgələrində silahlı ermənilərin sayı 10 minə çatırdı və onların bir qismi fransız ordusunun mundirində idi. Ermənilər kəndləri yandırmağa, dinc əhalini qırmağa başladılar. Fransa administrasiyası qanlı cinayətləri hər vəchlə ört-basdır edib”.

Ermənilər yerli türklərin bir hissəsini Kozan bölgəsində çörək sobalarında diri-diri yandırıblar.

AZƏRTAC-ın müxbiri Adananın Yeşiloba rayonunda yerləşən və 1920-ci il iyunun 11-də ermənilər tərəfindən növbəti qətliamın törədildiyi “Kahyaoğlu” fermasının yerində yaradılmış muzeylə tanış olub.

Muzeyin direktoru Ali Kamal Şan bildirib ki, həmin gün erməni dəstəsi onlarla türkü fermaya yığıb: 43 kişi, 21 qadın və naməlum sayda uşaq bıçaqlanaraq öldürülüb. “Arxiv sübutları göstərir ki, ermənilər qızıl-zinət əşyalarını mənimsəmək üçün qətlə yetirilən qadınların qulaqlarını kəsiblər”, -deyə o qeyd edib.

İllər sonra Adana rəhbərliyi ermənilərin fransızların fitvası ilə törətdiyi cinayət yerini muzeyə çevirmək qərarına gəlib.

Ali Kamal Şanın sözlərinə görə, kompleksdə miniatür fiqurlar vasitəsilə türk könüllü dəstələrinin fransız işğalçılarına və erməni quldur dəstələrinə müqavimət dövrünün nəql olunduğu otaq da yaradılıb.

Muzeyin direktoru onu da bildirib ki, həlak olanların qalıqları “Kahyaoğlu” fermasından yaxınlıqdakı Küçükdikili kəndinə aparılıb, orada ümumi məzarlıqda dəfn edilib, gələcək nəsillərin bu hadisələri xatırlaması məqsədilə burada abidə ucaldılıb.

Adanada törədilən vəhşiliklərin şahidlərinin övladlarının AZƏRTAC-a bildirdiyinə görə, ermənilərin qanlı cinayətləri o həddə çatıb ki, Mustafa Kamal Paşa (Atatürk) Fransa administrasiyasının başçısı general Jozef Etyen Quraya teleqraf göndərilməsi əmrini verərək xəbərdarlıq edib: “Ermənilərin vəhşilikləri dayanmasa, o zaman baş verə biləcək hadisələrin nəticələrinə görə məsuliyyət sizin üzərinizə düşəcək”.

Buna baxmayaraq, Çukurovada türklərə qarşı qırğınlar davam edirdi. Artıq 1920-ci il iyunun 12-də ermənilər Yüreğir bölgəsində 150 türkü qətlə yetiriblər. Eyni sayda dinc sakin də yaralanıb.

Həmin günlərdə ermənilər Çotlu kəndində 5 çobanın gözünü çıxarıb, 1920-ci il iyunun 15-də isə Cəmili və Dedepınar kəndlərində ən azı 175 nəfəri qətlə yetiriblər.

Bütün bunlar yerli türkləri 1920-ci il iyulun 10-da Cənubi Anadolunun dağlıq bölgələrinə kütləvi köçə başlamağa məcbur edib. Bu hadisələr tarixə “Kaç-kaç” adı ilə düşüb və əhali bu günədək 10 iyulu “Adananın qara günü” adlandırır.

Bu şəhərin sakinləri birmənalı şəkildə bildirirlər ki, 1919-1922-ci illərdə ermənilərin törətdiyi vəhşiliklərin miqyası Xocalı soyqırımı ilə müqayisə oluna bilər.

Atatürkün rəhbərliyi ilə türk xalqının Milli Azadlıq Mübarizəsinin iştirakçılarının bir sıra qələbələri sonda fransızları Anadolunun cənubunu tərk etməyə məcbur etdi. Müvafiq razılaşma 1921-ci il oktyabrın 20-də əldə edildi və artıq 1922-ci il yanvarın 5-də sonuncu fransız əsgəri Adanadan çıxarıldı.

Fransızların “Ermənistan” yaratmaq vədlərinin yalan olduğunu və qanlı əməllərinə görə cavab verməli olduqlarını anlayan ermənilər də işğalçılara qoşularaq Yaxın Şərqə qaçıblar.

Bir əsrdən artıq müddətdən sonra Ermənistan yenidən Fransaya arxalanır və Parisin öz maraqlarına yaranacaq ilk təhlükədə “sadiq erməniləri” kənara atacağını unudur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!