26 Iyul 2024 09:22
182
DÜNYA
A- A+

“Paris-2024”: Rəsmi açılışa yaxın Parisdə etiraz nümayişi keçirilir

 

“Paris-2024” Olimpiya Oyunlarının rəsmi açılışına saatlar qalmış 80 təşkilat Olimpiya Oyunlarına etiraz etmək məqsədilə Respublika meydanına toplaşıblar.

AZƏRTAC xəbər verir ki, 300-dən çox nümayişçi əllərində “Olimpiya Oyunları sosial təmizləmə: 12 500 insan qovulub” şüarı yazılmış plakatlarla Respublika meydanındakı heykəlin qarşısına toplaşıb. Nümayişçilər Olimpiya Oyunlarının sakinlər, işçilər üçün olmadığını bəyan ediblər. Bildiriblər ki, ölkənin düşdüyü sosial və ekoloji böhranı görməzdən gəlib, beynəlxalq idman tədbirləri təşkil etmək olmaz.

“Solidaires” həmkarlar ittifaqı mətbuata açıqlamasında işçilərin həddindən artıq istismarını, tətil etmək hüququna təhdidləri, ətraf mühitin məhv edilməsini, mənzil itkisini və evsizlərin məcburi köçürülməsini - sosial təmizləməni pisləyiblər.

Assosiasiyalar Olimpiya Oyunları yaxınlaşdıqca Paris ətrafında əsasən miqrantların məskunlaşdığı qeyri-qanuni düşərgələrin sökülməsinin sürətləndirildiyini bildiriblər.

“Watizat” assosiasiyasının koordinatoru küçələrdə yaşayan evsiz insanların qeyri-insani şəkildə təxliyə edilmələrinin onların psixi durumuna ciddi təsir etdiyini bildirib.

“Utopia 56” assosiasiyası ilə birlikdə bir neçə yüz insan təcili yerləşdirmə tələbi ilə 3 gündür Parisin 18-ci rayonunun meriyası qarşısında etiraz nümayişi keçirir. Assosiaisyalar qeyd edirlər ki, Sena çayının təmizlənməsinə (1,4 milyard avro) xərclənən vəsait ən həssas təbəqə üçün Parisdə 7000, Fransada isə 20 min yaşayış yerinin tikintisinə istifadə edilə bilərdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video