22 İyul 2026 16:14
556
CƏMİYYƏT
A- A+
Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova tərəfindən qəbul edilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətində məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Özbəkistan arasında tarixən formalaşmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunaraq, parlamentlərarası əlaqələrin və dövlət institutları arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Daha sonra nümayəndə heyəti işğaldan azad edilmiş Kəlbəcər rayonuna səfər edib. Qonaqlar Kəlbəcər şəhərində və İstisu ərazisində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələri, regionun sosial-iqtisadi inkişafı və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində görülən tədbirlərlə yaxından tanış olublar.

Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev tərəfindən rayonda həyata keçirilən bərpa-quruculuq layihələri, yaradılan müasir infrastruktur, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində görülən işlər, eləcə də qarşıdakı inkişaf perspektivləri barədə qonaqlara ətraflı məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda müasir şəhərsalma prinsipləri əsasında geniş quruculuq işləri ardıcıl şəkildə davam etdirilir.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti, həmçinin Gəncə şəhərində olub.

Qonaqlar əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib. Onlara Gəncə şəhərinin raket hücumlarına məruz qalması, dinc əhaliyə qarşı törədilmiş hücumların ağır nəticələri və həlak olmuş mülki şəxslərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülmüş işlər barədə ətraflı məlumat verilib.

Şəhərlə tanışlıq çərçivəsində qonaqlar Gəncənin zəngin tarixi və mədəni irsini əks etdirən Şah Abbas Məscidini, İmamzadə dini-memarlıq kompleksini və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Bununla da, nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

Tarixi əhəmiyyətə malik səfər

08:50
18 Avqust

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

08:40
18 Avqust

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

21:40
17 Avqust

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq  

20:10
17 Avqust

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır  

20:05
17 Avqust

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər  

20:00
17 Avqust

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər 

19:55
17 Avqust

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub  

19:50
17 Avqust

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

19:45
17 Avqust

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

19:40
17 Avqust

Azərbaycan əhalisinin sayı açıqlanıb

19:35
17 Avqust

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir  

19:30
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!