06 Noyabr 2024 09:05
373
CƏMİYYƏT
A- A+
O, 40 il ömür sürsə də, əbədiyaşarlıq qazandı

O, 40 il ömür sürsə də, əbədiyaşarlıq qazandı


Qəhrəman oğullar yetişdirən diyarlarımızdan biri də Biləsuvardır. Adlarını hərb salnaməmizə qızıl hərflərlə həkk edən Mübariz İbrahimov, Babək Mahmudlu, Elgün Əliyev kimi yüzlərlə igid məhz bu torpağın yetirmələridirlər. Vətən savaşında keçdiyi şərəfli döyüş yolu ilə Biləsuvarın fəxrinə çevrilən oğullardan biri də Cəlal Adıböyük oğlu Rəhimovdur. 

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla vuruşaraq Füzulidən Şuşaya - Zəfər qalamızadək möhtəşəm döyüş yolu keçən mayor Cəlal Rəhimovun əsgər yoldaşları ilə birgə savaşda düşmənə aman verməməsi, onların başına od ələyərək torpaqlarımızdan qovmaları biləsuvarlıların, bütövlükdə xalqımızın qüruruna səbəb oldu.

40 gün öncə isə qəhrəman qazimizin ömrünün 40-cı ilində qəfil ürəktutmasından vəfat etməsi xəbəri çoxlarımızı sarsıtdı… 

Hələ erkən yaşlarında atasını itirmiş Cəlal Rəhimov orta məktəbdə təhsilini bitirdikdən sonra 2001-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, oranı 2005-ci ildə artilleriya zabiti kimi başa vurub. Azərbaycan Ordusunun zabiti kimi Qusarda və cəbhə bölgəsində - Murovda vətənə layiqli xidmət göstərib.

Mayor Cəlal Rəhimov 2020-ci ilin payızında başlamış İkinci Qarabağ müharibəsində Füzuli, Xocavənd, Tuğ, Daşaltı, Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artilleriya komandiri kimi düşmənə sarsıdıcı zərbələr vurub. O, torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə göstərdiyi şəxsi şücaət və igidliyə, qüsursuz xidmətə görə, habelə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"  çoxsaylı medallarla təltif olunub.

"Biləsuvarın qəhrəman övladlarından, kapitan Elgün Əliyevə zəng edərək "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilməsi münasibəti ilə onu təbrik etdim. Onun kimi oğullarımızla qürur duyduğumuzu bildirdim. Həmçinin Biləsuvarın fəxri, düşmənin xeyli sayda canlı qüvvəsini təkbaşına məhv etmiş mayor Cəlal Rəhimov ilə də əlaqə saxladım. Göstərdiyi yüksək rəşadətə görə təşəkkür etdim, fəaliyyətində uğurlar arzuladım. Allah Azərbaycanı qorusun!" Bu sözləri 2020-ci il dekabrın 27-də Milli Məclisin deputatı Bəhruz Məhərrəmov mediaya müsahibəsində demiş, Cəlal Rəhimovun qəhrəmanlığını dilə gətirmişdi. Millət vəkilinin fikirlərinin timsalında gətirdiyimiz nümunədə olduğu kimi, haqqında eşidən hər kəs Cəlal Rəhimovun şəxsi rəşadəti ilə qürur duyurdu.  

Cəlal Rəhimov Vətən müharibəsindən sonra Qarabağda qalaraq Şuşada "N" saylı hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində hərbi xidmətdə olub. Bir il idi ki, ehtiyata buraxılmışdı. Amma yenə də o, Vətənə xidmətini davam etdirmiş və ANAMA əməkdaşı kimi erməni qəsbkarlarından azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsində iştirak etmişdir. 

Bu igid zabitimizi tanıyanlar danışırlar ki, o, müharibədə itirdiyi döyüşçü yoldaşlarını heç zaman unutmurdu, II Fəxri xiyabana, ölkəmizin digər bölgələrində yerləşən Şəhidlər xiyabanlarına tez-tez baş çəkər, qəhrəman oğullarımızın ruhlarına dualar oxuyarmış. 

40 yaşı yenicə tamam olmuş Cəlal Rəhimovun nəşi doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

İgid döyüşçü cəmi 40 il yaşasa da, Vətən müharibəsində göstərdiyi rəşadətlə adını qəhrəmanlıq tariximizə yazıb əbədiyaşarlıq qazandı. 


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!