16 Oktyabr 2024 10:43
465
Elm və texnika
A- A+
Nobel mükafatı haqqında maraqlı faktlar 

Nobel mükafatı haqqında maraqlı faktlar 

Beləliklə, isveçli kimyaçı və ixtiraçı Alfred Nobelin vəsiyyətinə uyğun olaraq təsis edilən 2024-cü il Nobel mükafatının bütün qalibləri müəyyənləşib. 1901-ci ildən bəri hər il təqdim edilən, laureatlar, parlament nümayəndələri və kral ailəsi ilə bərabər dünyanın hər yerindən yüksəksəviyyəli qonaqların iştirak edəcəyi bu mötəbər mükafatın təqdimat mərasimi dekabrın 10-da - mükafatın təsisçisinin vəfat etdiyi gün Stokholm və Osloda keçiriləcək. Bu hadisə haqqında hər kəs bilir, lakin bütün dünyanın ən nüfuzlu mükafatı ilə bağlı bir çox digər maraqlı faktlar var.


Mükafatın təsis edilməsi

1888-ci ildə jurnalistlər dinamitin ixtiraçısı Alfred Nobelin ölümü barədə dünyaya xəbər verdilər. Lakin müxbirlər yanılırdı - əslində, onun qardaşı Lüdviq vəfat etmişdi.

“Ölüm taciri öldü” başlıqlı nekroloqda deyilirdi ki, Alfred insanları öldürməyin ən kütləvi yolunu taparaq varlanıb.

Məhz bu, Alfredi vəsiyyətnamə tərtib etməyə sövq etdi. Vəsiyyətnaməyə görə, onun 31 milyon İsveç kronluq bütün sərvəti (həmin dövrdə bu, nəhəng pul idi) etibarlı bir banka yerləşdirilməli idi. Bir şərtlə ki, sərmayələrdən əldə olunan gəlirlər fonda məxsus olmalıdır və hər il bəşəriyyətə ən çox fayda gətirəcək şəxslərə bonuslar şəklində paylayanmalıdır.

Vəsiyyət

“Mənim qəti istəyim ondan ibarətdir ki, mükafatların verildiyi vaxt milli mənsubiyyətə heç bir əhəmiyyət verilməsin və onlar skandinaviyalı olub-olmamasından asılı olmayaraq, ən layiqli şəxslərə verilsin”, - deyə Nobel vəsiyyət edib.

XIX əsrin sonu İsveçdə millətçiliyin çiçəklənmə dövrü idi. Buna görə də bəzi dairələrdə Nobelin bu ifadəsi xəyanət kimi qiymətləndirilmişdi.

1895-ci il noyabrın 27-də Parisdə yazılmış və dekabrın 30-da günortadan sonra açıqlanan Nobel vəsiyyətnaməsi Stokholmdakı Nobel Mükafatı Muzeyində saxlanılır.

Mükafatın verilməsi sahələri

Alfredin vəsiyyətinə əsasən, əvvəlcə mükafatlar laureatlara beş sahədə - fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat və sülh üzrə verilirdi.

“Fizika və kimya üzrə mükafatlar İsveç Kral Elmlər Akademiyası tərəfindən; fiziologiya və ya tibb sahəsində - Stokholmdakı Karolina İnstitutu, ədəbiyyatda - İsveç Akademiyası və sülhün bərqərar edilməsi üzrə səylərinə görə mükafat Norveç Stortinqi (parlamenti) tərəfindən seçilən beş nəfərdən ibarət komitə tərəfindən verilir ", - deyə vəsiyyətnamədə yazılır.

Artıq uzun illər sonra, 1968-ci ildə Riksbankın (İsveç Mərkəzi Bankı) 300 illik yubileyi münasibətilə Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafat təsis edildi.

Lakin Alfredin övladları hesab edirlər ki, mükafat tənqidəlayiqdir. Onların sözlərinə görə, Nobelin vəsiyyəti tələsik olmayıb, diqqətlə düşünülüb, məktublarındakı ifadələr isə onun iqtisadçıları sevmədiyini göstərir.

İlk vəziyyətlərin verilməsi

Nobelin ölümündən sonra onun vəsiyyətinin həyata keçirilməsi ilə bağlı uzun proses başladı və 1901-ci ildə ilk Nobel mükafatları verildi.

Nüfuzlu mükafatın ilk qalibləri alman həkim-bakterioloq, difteriya əleyhinə zərdabın yaradıcısı Emil Adolf fon Berinq, daha sonra onun şərəfinə adlandırılan şüanı kəşf edən alman fiziki Vilhelm Konrad Rentgen, Niderland kimyaçısı, stereokimya və kimyəvi kinetikanın banilərindən biri Yakob Hendrik Vant Hoff, fransız şairi və nasiri Sülli-Prüdom, habelə fransız sülhməramlı Frederik Passi və isveçrəli sahibkar Jan Anri Dünan olublar. Laureatlara mükafatı vəliəhd şahzadə V Qustav təqdim edib.

Nobel mükafatının verilmədiyi illər

1901-ci ildən 2024-cü ilə qədər Nobel mükafatları və Alfred Nobelin xatirəsinə iqtisadi elmlər üzrə mükafat 1012 şəxs və təşkilata 627 dəfə verilib.

Bununla belə, mükafatların verilmədiyi illər də olub. Ümumilikdə, 49 belə hal olub.

Onların əksəriyyəti Birinci Dünya müharibəsi (1914-1918) və İkinci Dünya müharibəsi (1939-1945) illərinə təsadüf edib.

“Baxılan işlərdən heç biri birinci bəndə uyğun olaraq kifayət qədər əhəmiyyətli hesab edilmədikdə, mükafatın pul məbləği növbəti ilə qədər saxlanılır. Əgər o zaman da mükafat verilə bilməzsə, məbləğ fondun ehtiyat vəsaitlərinə əlavə edilir”, - deyə Nobel Fondunun nizamnaməsində deyilir.

Mükafatdan imtina edilməsi

Fransız yazıçısı və filosofu Jan-Pol Sartr 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülsə də, ondan imtina edib. O, azadlığını yüksək qiymətləndirdiyini və prinsipcə rəsmi mükafatları qəbul etmədiyini bildirib. Bununla belə, İsveç Akademiyasının üzvü Lars Gillensten “Xatirələr, yalnız xatirələr” adlı memuarlarında iddia edir ki, Sartr bir neçə il sonra mükafatın pul hissəsini almaq üçün müraciət edib, lakin o vaxt artıq çox gec olub.

Mükafatdan imtina edən digər laureat 1968-1973-cü illərdə Paris sülh danışıqlarında Şimali Vyetnam nümayəndə heyətinə başçılıq etmiş vyetnamlı siyasətçi Le Dık Tho idi. Vyetnamda Sülh haqqında Paris Sazişinin bağlanmasından sonra o, ABŞ-ın baş müzakirəçisi Henri Kissincerlə birlikdə 1973-cü ildə Nobel Sülh mükafatına layiq görülüb. Le Dık Tho bildirib ki, əslində, Cənubi Vyetnamda sülhə nail olunmayıb və buna görə də o, mükafatı qəbul edə bilməz.

Mükafatın ən gənc və ən yaşlı laureatları

Nüfuzlu mükafatın ən gənc laureatı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzay olub. O, 16-cı ad günündə Birləşmiş Millətlər Təşkilatında çıxış edərək bütün dünyada qızlar üçün bərabər təhsil hüququnun verilməsinə dair çağırış edib və bu səylərin rəmzinə çevrilib. Malala 17 yaşında - 2014-cü ildə Nobel Sülh mükafatına layiq görülüb.

Ən yaşlı Nobel mükafatı laureatı isə amerikalı alim Con Qudinaf olub. O, 2019-cu ildə 97 yaşında olarkən mobil telefonlarda və elektrik avtomobillərində istifadə olunan litium-ion batareyalarının hazırlanmasına görə kimya üzrə Nobel mükafatına layiq görülüb.

İşıq festivalı

Ənənəyə görə, hər il dekabrın 2-dən İşıq Festivalı ilə başlayan Nobel Həftəsi qeyd olunur. Stokholmun mərkəzində yerli və beynəlxalq rəssamların, dizaynerlərin yaratdığı işıq sənətini görmək olar.

İşıq instalyasiyaları şəhərin əsas memarlıq abidələrini işıqlandırır və Nobel laureatlarına və onların bəşəriyyətin rifahı naminə göstərdikləri səylərə hörmət əlamətidir. Nobel həftəsi tam olaraq dekabrın 10-na, mükafatlandırma mərasiminə qədər davam edir.

Mükafatlandırma mərasimi və ziyafət

Təxminən 2 min qonağın iştirak etdiyi mükafatlandırma mərasimi hər il Stokholm konsert zalında eyni gündə - dekabrın 10-da Alfred Nobelin vəfat etdiyi gün keçirilir. İsveç Kralı beş kateqoriya üzrə laureatlara diplom, qızıl medal və 1 milyon dollar pul mükafatı təqdim edir.

Mərasimdən sonra qonaqları Stokholm meriyasının Mavi zalında möhtəşəm ziyafət gözləyir. Hər il daha sonra dequstasiya olunacaq üç nümunəvi menyu hazırlanır, lakin yeməklərin seçimi ziyafətin özünə qədər gizli saxlanılır. Masalar San-Remodan 10 min çiçək və 5 min yaşıl yarpaqla bəzədilir, çünki bura Alfred Nobelin 1896-cı ildə vəfat etdiyi yerdir.

Ziyafət mərasiminin keçirilməsi qaydası: o, Nobel Fondu sədrinin qədəhi qaldırması, qonaqları salamlaması və Kralın şərəfinə sağlıq təklif etməsi ilə başlayır. İki dəqiqə sonra Əlahəzrət Kral Karl XVI Qustav Alfred Nobelin xatirəsinə tost deyir.

Nobel Sülh Mükafatı

Nobel Sülh Mükafatı həmin gün Oslo Opera teatrında verilir. Bəs nəyə görə Norveçdə? Versiyalardan birinə görə, Alfred Nobel vəsiyyətnaməni yazanda İsveç Norveçlə ittifaqda idi. Digər bir versiyaya görə, Nobel hesab edirdi ki, Norveç siyasətçiləri sülh məsələlərinə İsveç siyasətçiləri ilə müqayisədə daha çox maraqlıdırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir

00:27
21 Oktyabr

Misli Premyer Liqası: “Sabah” və “Zirə” heç-heçə edib, “Turan Tovuz” qalib gəlib

22:31
20 Oktyabr

Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurub

21:29
20 Oktyabr

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” hərəkatının VI aksiyası COP29-a həsr olunub

21:07
20 Oktyabr

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında gümüş medal qazanıb

20:37
20 Oktyabr

Gürcü ekspert: Qərb dövlətlərində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur

20:24
20 Oktyabr

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

18:33
20 Oktyabr

“Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası

17:47
20 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

16:59
20 Oktyabr

Azərbaycanın mədəni irsi Berlində təşkil edilən “Nəsrəddin - ailə festivalı”nda təbliğ olunub

16:43
20 Oktyabr

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib

16:20
20 Oktyabr

Mask Harrisin prezident seçiləcəyi təqdirdə, ABŞ-də sərt senzuranın tətbiq olunacağını iddia edib

16:15
20 Oktyabr

Göygöldə kros qaçışı üzrə ölkə çempionatı keçirilib

16:08
20 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

15:24
20 Oktyabr

Samuxda zəlzələ olub

15:04
20 Oktyabr

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək

14:33
20 Oktyabr

Prezident Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

13:04
20 Oktyabr

Şuşada 32 ildən sonra ilk körpə dünyaya gəlib

13:01
20 Oktyabr

Ağalı kəndinə köçürülən sakinlərdən 300-dən çoxunun məşğulluğu təmin edilib

12:59
20 Oktyabr

Kəlbəcərə və Laçına qar yağıb

11:42
20 Oktyabr

Energetiklər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

11:21
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!