05 Mart 2024 11:35
257
CƏMİYYƏT
A- A+

 Nikah müqaviləsində xəyanətə görə kompensasiya şərti müəyyən edilə bilər  

 

Yeni evlənən və bir-birini tam tanımayan cütlüklər gələcəkdə hüquqi problemlərinin qarşısını almaq üçün nikah müqaviləsi bağlayaraq könüllü şəkildə nikahdan irəli gələn vəzifə və öhdəliklərini, nikah pozulduqda əmlak bölgüsü, aliment və digər məsələlərlə bağlı şərtlər müəyyən edə bilərlər.

Bunu vəkil Turan Abdullazadə AZƏRTAC-ın evlənməyə hazırlaşan şəxslər gələcəkdə hüquqi problemlərlə üzləşməmək üçün hansı məqamlara diqqət yetirməlidirlər sualını cavablandıraraq deyib.

T.Abdllazadə bildirib ki, hətta xəyanətə görə kompensasiya şərti də müəyyən edə bilərlər. Məsələn, nikah müqaviləsində nəzərdə tutula bilər ki, tərəflərdən biri xəyanət edərsə, digər tərəfə kompensasiya ödənilməlidir. Ailə Məcəlləsi yol verir ki, kompensasiyanın məbləğini tərəflər özləri azad iradə ifadəsinə əsasən müəyyən etsinlər.

Nikah müqaviləsi dünyanın bir sıra ölkələrində tətbiq olunur. Ailə Məcəlləsində nikah müqaviləsi nəzərdə tutulsa da, praktiki olaraq Azərbaycanda tətbiq olunmur və tərəflər aralarında belə müqavilənin bağlanmasından çəkinirlər. Təbii ki, burada milli mentalitet, adət-ənənələr, ictimai qınaq, qarşılıqlı etimadın qırılması, inamsızlıq yaranması və s. faktorlar var.

“Nikah müqaviləsinin bağlanması müsbət addım olsa da, cütlüklər buna qarşılıqlı inamsızlıq kimi yanaşaraq belə bir müqavilənin bağlanmasından bir çox hallarda imtina edirlər”, - deyə vəkil qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video