30 İyul 2026 02:32
1748
Nazirlər Kabineti
A- A+
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 580 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 580 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 


№ 245


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 yanvar tarixli 580 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) əlavə - “Azərbaycan Respublikasının tədiyə balansının tərtib edilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi üzrə proqram”ın 2-ci sütununun üçüncü və yeddinci abzaslarında “nəqliyyat və ekspeditor təşkilatları” sözləri “ekspeditorlar” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 aprel tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 321 (Cild I); 2024, № 1, maddə 73, № 9, maddə 1067) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın 9.7-ci bəndində “iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə” sözləri “pretenziya verilməsi və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 11, maddə 828 (Cild I); 2024, № 1, maddə 73) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1.1-ci yarımbəndin ikinci abzasında “xidmət göstərən nəqliyyat-ekspedisiya müəssisələri” sözləri “ekspeditorlar “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun,” sözləri ilə əvəz edilsin;

3.2. 1.1.6-cı yarımbəndin ikinci cümləsində “iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə” sözləri “pretenziya verilməsi və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə” sözləri ilə əvəz edilsin;

3.3. 1.1.13-cü yarımbənddən “, eləcə də nəqliyyat ekspedisiya xidməti” sözləri çıxarılsın və həmin yarımbəndə “təşkilatlar” sözündən sonra “, habelə ekspeditorlar” sözləri əlavə edilsin;

3.4. 5.7.2-ci yarımbəndin birinci abzasında yol nəqliyyat-ekspedisiya müəssisələrinin” sözləri “ekspeditorlar” sözü ilə əvəz edilsin;

3.5. 6.1.1-ci yarımbənddə “nəqliyyat-ekspedisiya xidməti göstərən müəssisələr” sözləri “ekspeditorlar” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “daşınmasında” sözündən sonra “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa,” sözləri əlavə edilsin;

3.6. 11.3.2-ci yarımbənd üzrə:

3.6.1. on dördüncü və on beşinci abzaslar aşağıdakı redaksiyada verilsin:

“Yükgöndərən – daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxs;

Yükalan – əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxs;”;

3.6.2. otuz doqquzuncu abzasda “nəqliyyat və ekspeditor təşkilatları və müəssisələri” sözləri “ekspeditorlar, daşıyıcılar” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 dekabr tarixli 220 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 12, maddə 871 (Cild I); 2024, № 1, maddə 73) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydaları”nın “1. Qaydaların tətbiqi” hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə “nəqliyyat-ekspedisiya təşkilatları” sözləri “ekspeditorlar” sözü ilə əvəz edilsin;

4.2. 9.6-cı bəndin altıncı abzası ləğv edilsin;

4.3. 17.5-ci bəndin ikinci cümləsində “iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə” sözləri “pretenziya verilməsi və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 869 (Cild I); 2024, № 1, maddə 80, № 3, maddə 307, № 4, maddə 450, № 5 (II kitab), maddə 585, № 7, maddə 902, № 9, maddələr 1048, 1063; 2025, № 2, maddə 187, № 9, maddə 874; 2026, № 2, maddə 187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 iyun tarixli 173 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nın 12-1-ci hissəsindən “həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 745 (Cild I); 2024, № 1, maddə 111, № 5 (II kitab), maddə 574; 2025, № 3, maddə 282; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 25 iyun tarixli 199 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 15.6-cı bəndində “iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə” sözləri “pretenziya verilməsi və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 746 (Cild I); 2024, № 1, maddələr 81, 111, 112; 2025, № 3, maddə 282; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 25 iyun tarixli 199 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 10.7-1-ci və 40.1-1-ci bəndlərdə “iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə” sözləri “pretenziya verilməsi və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə” sözləri ilə əvəz edilsin;

7.2. 48.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“48.6. Yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 gün sonra yükalana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır.”;

7.3. 48.7-ci bəndin birinci cümləsində “dəyən zərərin əvəzini aldığı zaman zərərin əvəzinin” sözləri “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsi ilə müəyyən edilmiş ödənişlərin” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 sentyabr tarixli 389 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1052) ilə təsdiq edilmiş “Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.2.1. daşıyıcı – yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə dəmiryol nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar;”;

8.2. 2.4-cü və 2.7-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.4. Daşıyıcı bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş hallardan hər hansı biri olmadıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 851.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ona təqdim olunmuş yükdaşıma sifarişini infrastruktur sahibi ilə onun elektron platforması üzərindən razılaşdırmaqla (daşıyıcının eyni zamanda infrastruktur sahibi olduğu hal istisna olmaqla) sifarişçiyə məlumat verir.”;

“2.7. İnfrastruktur sahibi daşıyıcı tərəfindən təqdim olunmuş yükdaşıma sifarişinə bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş müddətin yarısından çox olmayan müddətdə baxır, zəruri olduqda digər nəqliyyat növlərinin sahibləri, dəniz terminallarının operatorları ilə razılaşdırır və sifarişi razılaşdırmanın nəticələri barədə qeydlə öz elektron platforması üzərindən daşıyıcıya qaytarır.”;

8.3. aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:

“2.7-1. Daşıyıcı, eyni zamanda infrastruktur sahibi olduğu halda isə bu Qaydaların 2.2-ci bəndinə əsasən yükgöndərən tərəfindən təqdim olunmuş yükdaşıma sifarişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 851.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə baxır, zərurət olduqda digər nəqliyyat növlərinin sahibləri, dəniz terminallarının operatorları ilə razılaşdırır və bu barədə sifarişçiyə məlumat verir.”;

8.4. 2.10-cu bənd ləğv edilsin.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 29 ” “ iyul ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!