07 Oktyabr 2026 10:15
740
Mədəniyyət
A- A+
Nə gözəl sevgidi Vətən sevgisi

Nə gözəl sevgidi Vətən sevgisi


Yenicə çapdan çıxmış "Zəfər yanğısı" kitabının müəllifi - qəzetimizin əməkdaşı Vahid Məhərrəmov Birinci və İkinci Qarabağ müharibələrinin, habelə Aprel döyüşlərinin iştirakçısıdır. Günlərlə cəbhə xəttində əsgər və zabitlərlə bir səngərdə olub, çətin və ağrı-acılı anlar yaşayıb. 

V.Məhərrəmovun "Zəfər yanğısı" romanında Birinci Qarabağ müharibəsinin iştirakçısı zabit Qalibin döyüş yolunu davam etdirən oğlu Elşadın simasında torpaqlarımızın azadlığı uğrunda gedən ölüm-qalım savaşında əsgər və zabitlərimizin göstərdiyi şücaətlərdən, şəhidlik zirvəsinə yüksəlmiş cəsur oğullardan, qorxmaz qazilərdən bəhs edilir.

...Elşadın atası döyüşlərdə ağır yaralandığına görə ordudan tərxis olunmuşdu. Məktəbdə hərbi müəllim işləyirdi. Ailədə, ictimaiyyət arasında həmişə əsgərlərimizin şücaətindən söhbət açırdı. Müharibənin yaxın zamanlarda Azərbaycanın qələbəsi ilə başa çatacağını bildirirdi... Hər kəsi terrorçu erməni silahlıları ilə mübarizəyə həvəsləndirirdi. 

Şərəfli döyüş yolu keçmiş atasının istəyinə qoşulanlardan birincisi elə oğlu Elşad olur. O, məktəbli ikən qəti qərara gəlir ki, böyüyəndə hərbçi olsun, atasının yarımçıq qalmış döyüş yolunu davam etdirsin. 

...Elşad ali hərbi təhsilini başa vurduqdan sonra komandanlıqdan xahiş edir ki, onu bir zamanlar atasının uğrunda döyüşdüyü Füzuli-Cəbrayıl bölgəsinə göndərsinlər. Gənc zabitin istəyi nəzətə alınır. Elşad Lələtəpə istiqamətindəki ön mövqelərdə dayanır. Erməni işğalçılarının tapdağı altında olan  Cəbrayıl rayonunun dağıdılmış, viran edilmiş kəndlərini gördükcə kövrəlir, qəlbində düşmənə qarşı qisas hissi daha da artır. 

Elşadın ailə qurduğu Aydan da vətənpərvərlikdə həyat yoldaşından geri qalmır. Şəhərdəki işini atıb könüllü olaraq cədhə bölgəsinə gəlir, hərbi hospitalda tibb bacısı kimi xidmət göstərir.  

Aprel döyüşləri başlayanda Elşad gərgin əməliyyatların iştirakçısı olur. Lələtəpə yüksəkliyinin ermən işğalçılarından azad edilməsində qəhrəmanlıqlar göstərir. Yüksəklikdə Zəfər bayrağını ucaldanların sırasında olur. Amma döyüşlərin dörd gündən sonra dayandırılması Elşadı məyus edir. 

Aprel döyüşlərindən dörd il sonra İkinci Qarabağ müharibəsi başlayanda Elşad ön cəbhədə vuruşa-vuruşa doğma ocaqlarına tərəf irəliləyir. Lakin Cəbrayılın Soltanlı kəndi uğrunda döyüşlərdə yaralanır. Onu huşsuz vəziyyətdə hospitala çatdırırlar. Əməliyyatdan sonra gözünü açanda bacısı Ülkəri başının üstündə görür. Özünə gələndən sonra öyrənir ki, müharibə başlayan kimi həkim bacısı həyat yoldaşı Famillə könüllü olaraq hospitalda yaralı hərbçilərə tibbi xidmət göstərirlər. Elşad bundan çox qürürlanır, bacısının zabit və əsgərlərə şəfa verən əllərindən öpür.

Yaraları sağalandan sonra Elşad yenidən müharibə meydanına qayıdır. Döyüşə-döyüşə kəndlərinə qədər gedir. Uşaq olanda didərgin düşdüyü dağılmış evlərinə cəsur bir zabit kimi dönür.

Romanı oxuduqca hiss edirsən ki, müəllif yalnız döyüşçülərimizin vətənpərvərliyini, şücaətini, habelə müharibənin insanların, xalqların taleyinə vurduğu yaraları, ağrı-acıları sözlə sıralamaqla kifayətlənmir, işğala, müharibəyə can atan terrorçu erməni silahlı birləşmələrinə milyonlarla tərəqqipərvər insanların adından "yetər!" deyir, "dur!" deyir. 

Xalqımızın vətənpərvərlik ruhunu bədii dillə əks etdirən bu əsər müharibə ədəbiyyatı kimi çox dəyərlidir. Roman ürəkaçan sonluqla tamamlanır. Erməni işğalı nəticəsində doğma ocaqlarından uzun illər didərgin düşən Elşad valideynləri, dörd övladı və həyat yoldaşı ilə bərabər ata-baba yurdlarına qayıdırlar. 

"Apastrof" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap olunmuş, geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş "Zəfər yanğısı"ı ilə ətraflı tanış olduqda düşünürsən ki, nə  gözəl sevgidi Vətən sevgisi. Bunu ilk növbədə müəllifin zəhmətində, qəhrəmanlarının vətən və xalq təəssübkeşliyində görmək olur. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!