14 Oktyabr 2026 09:30
311
Mədəniyyət
A- A+
Atasının kölgəsinə sığınmadı

Atasının kölgəsinə sığınmadı


Azərbaycan ədəbiyyatının zəngin tarixində hər sənətkar öz yaradıcılıq yolu, həyatı və taleyi ilə seçilir. Hər biri yaşadıqları dövrün ədəbi mənzərəsinə öz sözünü, öz nəfəsini gətirir. Yazıçı, jurnalist və ssenarist Çingiz Ələkbərzadənin də yaradıcılığında XX əsrin ikinci yarısının ictimai-mədəni mühiti öz əksini tapıb.

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakıda dünyaya gəlib. Orta təhsilini Tovuz şəhərindəki A.S.Puşkin adına məktəbdə alıb. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. 

O, ədəbiyyata kiçik yaşlarından böyük maraq göstərib. Çingiz Ələkbərzadə yazıçı oğlu idi. Atası Əbülhəsən dövrünün sayılıb-seçilən qələm adamlarından biri olub. Ancaq Çingiz Ələkbərzadə ədəbiyyatdakı yerini, yaradıcılıq yolunu özü formalaşdırıb, onun özünəməxsus dəst-xəti olub. Onun 1958-ci ildə hələ tələbə ikən "Kökəlməyin sirri" adlı hekayəsinin almanaxda dərc olunmasını yaradıcılıq yolunun başlanğıcı hesab etmək mümkündür. Bundan əlavə o, dövri mətbuatda da müntəzəm çıxış edib.

Çingiz Ələkbərzadənin həyatında müəllimlik və jurnalistika mühüm yer tutub. Əmək fəaliyyətinə müəllim kimi 1960-cı ildə Əli Bayramlıdakı (indiki Şirvan) 2 saylı orta məktəbdə başlayan Çingiz 1961-1966-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Son xəbərlər redaksiyasında işləyib. Sonra İsmayıllının İvanovka kəndində müəllimlik edib. 1968-1971-ci illərdə isə Əli Bayramlıda "İşıq", 1971-1972-ci illərdə İsmayıllıda "Zəhmətkeş" qəzetlərində çalışıb. 

1972-1973-cü illərdə Televiziya və Radio Verilişləri Komitəsinin "Günün səsi" xəbərlər baş redaksiyasında müxbir kimi fəaliyyət göstərən Çingiz Ələkbərzadə sonrakı illər "Azərbaycanfilm" Kinostudiyasında ssenarist, "Kirpi" satirik jurnalında ədəbi işçi olub. 

Bu zəngin fəaliyyət yolu onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Müəllimlik ona insanları yaxından tanımaq, qəzetçilik cəmiyyətin gündəlik həyatını müşahidə etmək, televiziya hadisələri operativ izləmək imkanı verib. Kino isə Çingiz Ələkbərzadəyə həyat materialını başqa bir sənətin dili ilə ifadə etmək imkanı açıb. Bu təcrübələr son nəticədə onun bədii düşüncəsində birləşib. Yazıçı bütün bu təcrübəni öz yaradıcılığında ümumiləşdirərək insan və zaman haqqında bədii sözə çevirib.

Çingiz Ələkbərzadənin yaradıcılığı janr və mövzu baxımından rəngarəngdir. Ədəbiyyata özünəməxsus mövzu seçimi, həyat həqiqətlərinə münasibəti və müşahidə bacarığı ilə gələn, qələmə aldığı əsərlərdə dövrünün sosial-ictimai mənzərəsinə işıq salmağa çalışan yazıçının ilk kitabı -"Yarpaqlar töküləndə" 1964-cü ildə işıq üzü görüb. Sonrakı illərdə "Güllələr dənizdə sönür", "Qızıl yəhərli at", "Çılpaqlı", "Vulkan", "Öndən", "Qumarbaz", "Zindan" və başqa əsərləri oxuculara təqdim edilib.

Yazıçının əsərlərində insanın taleyi, xarakteri, mənəvi seçimi və cəmiyyətlə fərd arasındakı münasibətlər mühüm yer tutub. Çingiz Ələkbərzadənin yaradıcılığının əsas xüsusiyyətlərindən biri həyat həqiqətinə bağlılığıdır. O, insanı yalnız müəyyən hadisənin iştirakçısı kimi deyil, həmin hadisənin mənəvi yükünü daşıyan şəxsiyyət kimi təqdim etməyə çalışıb. Yazıçı üçün hadisənin özü qədər həmin hadisənin insanın daxilində yaratdığı dəyişiklik, seçim qarşısında qaldığı suallar və vicdan qarşısında məsuliyyəti də əhəmiyyətli idi. Bu səbəbdən yazıçının nəsrində canlı həyatın nəfəsi, insan xarakterlərinə və dövrün sosial mənzərəsinə həssas münasibət duyulur. Yazıçı gerçəkliyi yalnız təsvir etməklə kifayətlənməyib. Gördüklərinin arxasında dayanan mənəvi və ictimai səbəbləri də anlamaq və oxucularına anlatmaq istəyib.

"Azərbaycanfilm" Kinostudiyasında ssenarist kimi çalışması onun bədii düşüncəsinin ekran sənətində də ifadəsinə imkan yaradıb. Onun ssenariləri əsasında "Günlərin bir günü" və "Vulkana doğru" filmləri çəkilib.

1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Çingiz Ələkbərzadə 1980-ci ildə Özbəkistanda keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edib. 

Onun həyatının ən ağır sınaqlarından biri 1986-1988-ci illərdə həbsdə olmasıdır. Çingiz Ələkbərzadə həbsxanaya durğunluq dövründə ictimai nöqsanları, çatışmazlıqları kəskin tənqid etdiyinə görə düşmüşdü. Yazıçı sonradan bəraət alıb. Ancaq ikiillik zindan həyatı onun həm mənəvi dünyasına, azadlıq və ədalət haqqında düşüncələrinə, eyni zamanda səhhətinə ciddi təsir göstərib. Azadlığın nə demək olduğu, ləyaqəti qorumağın hansı mənəvi güc tələb etdiyi, haqsızlıq qarşısında insanın necə davranmalı olduğu kimi məsələlər Çingiz Ələkbərzadənin yaradıcılığında xüsusi məna kəsb edib. O, həbsdən çıxandan sonra "Türmə mənim ahımdır" şeirlər kitabı və həbsxana həyatından bəhs edən "Zindan" adlı roman qələmə alıb. Yazıçı yaşadığı mənəvi ağrını, çətin məqamda sınmayan, məğlub olmayan azadlıq, vicdan və ləyaqət duyğularını əsərlərində təcəssüm etdirib.

Onun ömrü sözə bağlı olub. Çingiz Ələkbərzadə yalnız özünün gördüklərini və yaşadıqlarını, ümumilikdə həyatın sevincini, insanın mənəvi ağrılarını, qarşılaşdığı sınaqları və seçimlərini qələmə alıb. Yazıçının əsərlərində zamanın izləri ilə yanaşı, zamandan üstün olan dəyərlər - həqiqət, azadlıq, vicdan, ləyaqət və insanlıq yaşayır.

Çingiz Ələkbərzadə 1999-cu il yanvarın 7-də, 62 yaşında dünyasını dəyişib. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!