14 Oktyabr 2026 10:10
407
Mədəniyyət
A- A+
İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"

İstanbulda ədəbi-bədii proqram: "Zəfər yolundan türk dünyasına"


İstanbulun Kadıköy rayonunda yerləşən Barış Manço Mədəniyyət Mərkəzində "Zəfər yolundan türk dünyasına" mövzusunda ədəbi-bədii proqram keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Zəfər tarixini, milli-mənəvi dəyərlərini və türk dünyasının birliyini sənət vasitəsilə ifadə edən layihə teatr, musiqi və rəqs sənətini vahid səhnə konsepsiyasında birləşdirib.

Proqramda teatr sənətçisi "Xarıbülbül" Azərbaycan Mədəniyyət Birliyi və Cəfər Cabbarlı Türkiyə-Azərbaycan Teatrının rəhbəri Kamalə Kamal Cabbarovanın xüsusi səhnə təqdimatı nümayiş etdirilib. Bədii təqdimatda Vətən sevgisi, qəhrəmanlıq, şəhidlərin xatirəsi, Qarabağın azadlığı və Şuşanın tarixi-mənəvi əhəmiyyəti ön plana çəkilib.

Bədii hissədə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Vüsalə Əsgərova, eləcə də müğənnilər Ozan Murat Oluç, Deniz Tekin və Pərvin Aslan çıxış ediblər. Mərasim "Rüzgar Rəqs Qrupu"nun təqdimatında Azərbaycan milli rəqslərinin nümayişi ilə davam edib.

Proqramın təşkilatçısı Kamalə Kamal Cabbarova AZƏRTAC-a açıqlamasında tədbirin keçirilməsinə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və üzvü olan təşkilatların, eləcə də Türkiyədə fəaliyyət göstərən çoxsaylı dərnəklərin mənəvi dəstək göstərdiyini deyib.

"Bu dəstək türk dünyasının ortaq dəyərlər ətrafında birləşmək iradəsinin, qarşılıqlı həmrəyliyinin və mədəni bağlılığının ifadəsi kimi böyük əhəmiyyət daşıyıb. Müxtəlif təşkilatların və sənət nümayəndələrinin eyni ideya ətrafında bir araya gəlməsi türk dünyasının birliyinin yalnız tarixi və mənəvi bağlarla deyil, ortaq təşəbbüslər və mədəni fəaliyyət vasitəsilə də möhkəmləndiyini nümayiş etdirib. Tədbirin iştirakçılarını və tamaşaçılarını birləşdirən əsas məqam Azərbaycanın Zəfər sevincini birlikdə yaşamaq və paylaşmaq idi. Burada hər kəs eyni sevincə şərik olmaq, ortaq tarixin qürurunu hiss etmək və türk dünyasının birlik ruhunu bir daha nümayiş etdirmək məqsədilə bir araya gəldi.

Tədbirin sonunda Vüsalə Əsgərovanın ifasında Türkiyə-Azərbaycan qardaşlığına həsr olunan mahnı səsləndi. İfa zamanı tamaşaçılar türk dövlətlərinin bayraqlarını dalğalandırdı. Bu mənzərə bizə böyük qürur hissi yaşatdı", - deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!