01 Iyul 2024 12:14
1184
Təhsil
A- A+

Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var

 

Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var. Nöqsanları tədris bacarıqları yüksək olan tərəfə çevirməliyik.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkədə texniki fənlərin tədrisi ilə bağlı praktiki tədqiqat yoxdur: “Hələ də 70-ci illərdən qalan metodik kitabçalara əsaslanan dərsliklər hazırlanır. Dərslik tədris vəsaitidir. Dərsliklərlə bağlı çoxlu rəylər var. Rəylə tədqiqat qarışdırılmamalıdır. Rəy tədqiqat nəticəsi deyil. Nəticə olmadığından inanmaq üçün isbat lazımdır. Tədqiqat varsa, dinləməyə ən çox biz maraqlıyıq".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video