25 Noyabr 2024 21:29
93
SİYASƏT
A- A+
NATO nümayəndə heyəti ilə görüş keçirilib  

NATO nümayəndə heyəti ilə görüş keçirilib  

Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev NATO nümayəndə heyəti ilə görüşüb.

Görüşdə NATO ilə əməkdaşlığın əsas hüquqi bazası hesab olunan “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” (ITPP) layihəsində göstərilən öhdəliklərin icrası ilə bağlı cari vəziyyət və beynəlxalq təhlükəsizlik missiyalarında hərbi qulluqçularımızın iştirakı barədə danışılıb.

Həmçinin, Azərbaycan Ordusu tərəfindən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş müxtəlif qoşun növləri bölmələrinin hazırlığı, Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası çərçivəsində Alyansın müxtəlif qərargah və strukturlarında xidmət edən hərbi qulluqçularımızın töhfələri barədə müzakirələr aparılıb.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadənin də iştirak etdiyi görüşdə ölkəmizin NATO-nun etibarlı tərəfdaşı olduğu xüsusi vurğulanıb və əməkdaşlığın gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə ordusu İraqın şimalında 10 terrorçunu məhv edib  

21:36
25 Noyabr

Volodimir Zelenski cəbhədəki vəziyyəti dəyərləndirib  

21:35
25 Noyabr

Çinin Sian Limanı ilə ADY və Bakı Limanı arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
25 Noyabr

Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanılıb

21:33
25 Noyabr

Bakıda Latviya Respublikasının 106-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib 

21:32
25 Noyabr

Latviya səfiri COP29-un uğurla başa çatması münasibətilə Azərbaycanı təbrik edib

21:30
25 Noyabr

NATO nümayəndə heyəti ilə görüş keçirilib  

21:29
25 Noyabr

Türkiyə mediası COP29-un nəticələrini geniş işıqlandırıb

21:28
25 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

21:27
25 Noyabr

İqtisadiyyat nazirinin müavini Ağdaşda vətəndaşlarla görüşüb  

21:27
25 Noyabr

Azərbaycan “Digital Tajikistan” beynəlxalq forumunda təmsil olunur

18:51
25 Noyabr

Türkiyəli ekspert: COP29 iqlim böhranı ilə mübarizədə yeni başlanğıcdır  

18:50
25 Noyabr

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri BTSP-nin plenar sessiyasında çıxış edib

18:49
25 Noyabr

“Sabah” klubunun yeni baş məşqçisi bəlli olub

18:47
25 Noyabr

“Formula vlasti” proqramının növbəti buraxılışı COP29-a həsr olunub

18:46
25 Noyabr

“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb

17:17
25 Noyabr

Palata sədri: İnstitusional boşluqların aradan qaldırılması zəruridir  

17:17
25 Noyabr

Sosial Demokratlar 2025-ci ilin fevralında Şoltsun kanslerliyə namizədliyini irəli sürəcəklər  

17:15
25 Noyabr

Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib

17:15
25 Noyabr

BMT-nin baş katibi piyada əleyhinə minaların ləğvinə çağırıb

17:14
25 Noyabr

Misir sahillərində göyərtəsində 45 nəfərin olduğu yaxta batıb  

17:13
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!