22 Noyabr 2024 14:37
114
COP29
A- A+
Namibiyalı fəal: Şimal liderləri inadkarlığı buraxsınlar və haqqımız olan iqlim maliyyəsini təmin etsinlər  

Namibiyalı fəal: Şimal liderləri inadkarlığı buraxsınlar və haqqımız olan iqlim maliyyəsini təmin etsinlər  

Afrika milyardlar deyil, trilyonlarla iqlim maliyyəsi tələb edir.

Bunu AZƏRTAC-a müsahibəsində Namibiyadan olan “Fridays for Future Africa” təşkilatının iqlim fəalı Mariya Şikanqo deyib. O, qlobal iqlim böhranı ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin üzləşdiyi çətinliklərə diqqət çəkib. Bildirib ki, Afrikada, xüsusilə Namibiyada əhalinin 50 faizindən çoxu quraqlıqdan əziyyət çəkir: “Bizim üçün iqlim maliyyəsi çox vacibdir, çünki adaptasiya və yumşaltma tədbirləri üzərində işləməliyik. Amma təəssüf ki, bu maliyyənin çox ləng təmin olunması bir problem olaraq qalır. Afrika daha gözləyə bilməz. Biz milyardlar deyil, trilyonlar tələb edirik, çünki iqlim böhranının məsuliyyətini daşıyan qlobal Şimaldır”, - deyə o bildirib.

İqlim fəalı diqqətə çatdırıb ki, qlobal Şimal ölkələri ilə bu məsələlərdə razılığa gəlmək çox çətindir. O, həmçinin qeyd edib ki, afrikalılar artıq kolonializmin təsirlərindən yorulublar və qlobal Şimalın iqlim böhranında öz məsuliyyətini dərk edib maliyyə təmin etməsini gözləyirlər.

“Biz afrikalılar, qlobal Cənubun nümayəndələri olaraq istəyirik ki, Şimal liderləri inadkarlığı dayandırsınlar, nəhayət, haqqımız olan iqlim maliyyəsini təmin etsinlər. Bu, milyardlarla deyil, trilyonlarla olmalıdır”,- deyə o əlavə edib.

Azərbaycan barədə təəssüratlarını da bölüşən iqlim fəalı ölkə xalqının mehribanlığını yüksək qiymətləndirib: “Azərbaycan xalqını çox sevdim. Onlar çox səmimi və qonaqpərvərdirlər. COP29-dakı görüşlər və tədbirlər çox səmimi keçdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Hitaçi” şirkətinin nümayəndəsi: COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək şərəfdir

20:11
22 Noyabr

Avstriyada bir fəhlə 30 kq qızıl sikkə tapıb  

20:09
22 Noyabr

Rusların ev almağa maraq göstərdiyi beş ölkənin adı açıqlanıb  

19:40
22 Noyabr

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

19:33
22 Noyabr

ESA 74 milyon kilometr məsafədən Günəşin fotoşəkillərini çəkib

19:29
22 Noyabr

Milli Məclisin sədri MDB PA-nın 57-ci iclasında COP29 haqqında məlumat verib

19:26
22 Noyabr

COP29 Sədrliyi bəyanat yayıb

19:24
22 Noyabr

Dünyanın ən bahalı zibil torbası  

19:07
22 Noyabr

Misirli qonaq: COP29-un əsas mövzusu maliyyə olduğu üçün danışıqlar məni daha çox maraqlandırır  

18:33
22 Noyabr

Günəşin ən detallı görüntüləri təqdim edilib

18:21
22 Noyabr

İsveç uzaqmənzilli raket istehsalı üçün Kiyevə 2,25 milyard dollar ayıracaq  

18:13
22 Noyabr

Fransada nəqliyyat problemləri davam edir  

17:57
22 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb  

17:49
22 Noyabr

Monqolustanlı bank sədri: Mən buradakı pavilyonların müxtəlifliyinə, bolluğuna və rəngarəngliyinə heyranam  

17:44
22 Noyabr

V. Orban növbəti iki ayı dünya üçün ən təhlükəli dövr adlandırıb  

17:39
22 Noyabr

Pakistanda avtomobil karvanına silahlı hücum nəticəsində ölənlərin sayı 42-yə çatıb  

17:29
22 Noyabr

Türkiyənin Millətlər Liqasındakı rəqibi Macarıstan oldu  

17:21
22 Noyabr

Azərbaycan Prezidenti: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq  

17:16
22 Noyabr

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb  

17:10
22 Noyabr

Tələbə tərəfindən hazırlanan raket 20 illik rekordu qırıb

17:03
22 Noyabr

Yaponiya hökuməti 141,7 milyard dollar dəyərində iqtisadi stimullaşdırmanı təsdiqləyib  

17:03
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!