22 Noyabr 2024 15:56
124
COP29
A- A+
Filippinli deputat: Həssas icmalar üçün iqlim maliyyəsində irəliləyişə ümid edirik  

Filippinli deputat: Həssas icmalar üçün iqlim maliyyəsində irəliləyişə ümid edirik  

Biz oxşar düşüncəli qanunvericilərlə dialoq qurub əlaqələr yaratmaq imkanı əldə etdiyimiz üçün minnətdarıq. İnanırıq ki, bu sahədə, xüsusilə də ikitərəfli əməkdaşlıq sahəsində daha çox irəliləyiş əldə edəcəyik.

Bunu Filippin Parlamentinin Nümayəndələr Palatasının üzvü, deputat Anna Viktoriya Tuazon AZƏRTAC-a açıqlamasında deyib.

Qlobal iqlim dəyişikliyi ilə mübarizədə maliyyə mexanizmlərinin vacibliyini vurğulayan filippinli deputat əlavə edib: “Maliyyə məsələlərində irəliləyişin əldə olunacağına ümid edirik. Çünki itkilər və zərərlər trilyonlarla ölçülür və ehtiyacın böyüklüyünü nəzərə alaraq, bu sahəni genişləndirmək və daha çox konkret işlər görmək niyyətindəyik. Xüsusilə Filippindəki kimi həssas icmalar üçün”.

A.V.Tuazon Filippindəki əsas iqlim problemləri haqqında da danışıb: “Biz son bir ay ərzində ölkəmizdə dörd tayfunun baş verdiyini gördük. Daha şiddətli fırtınalar tez-tez baş verir. Bu da onu göstərir ki, biz artıq adaptasiya və yumşaltma mərhələsini keçmişik. İndi uzunmüddətli planlaşdırma mərhələsinə keçməliyik və bunu, xüsusilə itki və zərər maliyyəsi vasitəsilə həyata keçirməyə ümid edirik”.

Azərbaycan və COP29 tədbirin təşkilatçılığı barədə təəssüratlarını bölüşən Anna Viktoriya Tuazon Bakını "xoş sürpriz" adlandırıb: “Azərbaycana ilk səfərimdir və çox təsirləndim. Köhnə şəhəri görmək, həm müasir, həm də qədim elementlərin ahəngini izləmək, bu irsi necə qoruduğunuzu görmək çox təsirli idi. Tədbir çox səmərəli təşkil olunub”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Bakıda keçirilən COP29-da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük  

22:40
22 Noyabr

Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək  

21:41
22 Noyabr

Koreyalı nümayəndə: COP29-dan gözləntilərim, demək olar ki, özünü doğruldub

20:21
22 Noyabr

“Afrika danışıqlar qrupu ixracat dəstəyi” şirkətinin təmsilçisi: COP29-da təşkilatçılıq yüksək səviyyədədir  

20:17
22 Noyabr

“Hitaçi” şirkətinin nümayəndəsi: COP29-da öz texnologiyalarımızı nümayiş etdirmək şərəfdir

20:11
22 Noyabr

Avstriyada bir fəhlə 30 kq qızıl sikkə tapıb  

20:09
22 Noyabr

Rusların ev almağa maraq göstərdiyi beş ölkənin adı açıqlanıb  

19:40
22 Noyabr

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

19:33
22 Noyabr

ESA 74 milyon kilometr məsafədən Günəşin fotoşəkillərini çəkib

19:29
22 Noyabr

Milli Məclisin sədri MDB PA-nın 57-ci iclasında COP29 haqqında məlumat verib

19:26
22 Noyabr

COP29 Sədrliyi bəyanat yayıb

19:24
22 Noyabr

Dünyanın ən bahalı zibil torbası  

19:07
22 Noyabr

Misirli qonaq: COP29-un əsas mövzusu maliyyə olduğu üçün danışıqlar məni daha çox maraqlandırır  

18:33
22 Noyabr

Günəşin ən detallı görüntüləri təqdim edilib

18:21
22 Noyabr

İsveç uzaqmənzilli raket istehsalı üçün Kiyevə 2,25 milyard dollar ayıracaq  

18:13
22 Noyabr

Fransada nəqliyyat problemləri davam edir  

17:57
22 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb  

17:49
22 Noyabr

Monqolustanlı bank sədri: Mən buradakı pavilyonların müxtəlifliyinə, bolluğuna və rəngarəngliyinə heyranam  

17:44
22 Noyabr

V. Orban növbəti iki ayı dünya üçün ən təhlükəli dövr adlandırıb  

17:39
22 Noyabr

Pakistanda avtomobil karvanına silahlı hücum nəticəsində ölənlərin sayı 42-yə çatıb  

17:29
22 Noyabr

Türkiyənin Millətlər Liqasındakı rəqibi Macarıstan oldu  

17:21
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!