Muzeylər də Böyük qayıdışa hazırlaşır
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Qubadlı Rayon Tarix-Diyarşünaslıq muzeyində "Müharibənin muzeylərimizə vurduğu ziyan. Şərqi Zəngəzur muzeylərinin milli vətənpərvərlik ruhunun formalaşması istiqamətində elmi tədris fəaliyyəti və doğma yurda qayıdışı" adlı seminar keçirilib.
Tədbirdə çıxış edən Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatın Ağayeva bildirib ki, Azərbaycan muzeyləri milli dəyərlərimizi, irsimizi və tariximizi qoruyaraq yeni nəsillərə çatdırır, ideoloji məkan olaraq azərbaycançılıq məfkurəsini təbliğ edir: "Bu gün xalqımızın tarixi keçmişinə marağın artdığı bir zamanda tarix-diyarşünaslıq muzeyləri milli vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Unutmayaq ki, keçmişin mühafizəsi və qorunması bizim gələcək nəsillərə verəcəyimiz ən böyük sərvətdir".
Şərqi Zəngəzur rayonlarının muzey direktorları, digər iştirakçılar muzeylərin yaranma tarixindən bəhs edərək qeyd ediblər ki, Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərmiş, həmişə bu sahədə çalışanlara dayaq olmuş, mədəniyyət, o cümlədən muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirmişdir. Məhz Ulu Öndərin rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulmuşdur.
Sonda iştirakçılar Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi Günel Quluzadənin " Qayıdış" adlı ekspozisiyası ilə tanış olmuşlar.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zəngilanda keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu davam edir
25 Iyun
Azərbaycan nefti cüzi bahalaşıb
25 Iyun
Fransanı ağır maliyyə böhranı gözləyir
25 Iyun
Yayda qida zəhərlənməsindən necə qorunaq?
25 Iyun
Levandovski uğursuzluğun səbəbini açıqladı
25 Iyun
Mbappe Polşaya qarşı oynayacaq?
25 Iyun
"Döyüşdük, çox qaçdıq"
25 Iyun
Mikautadze tarixə düşdü
25 Iyun
"Çox risk etdik"
25 Iyun
Qorxulu anlar
25 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Bakıda “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplant...19 Iyun 2024
![](/uploads/img/posts/2024/06/19/17187769371325838156_1200x630jpg-1718778398.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
Qurtuluşun Zəfər təntənəsi14 Iyun 2024
![](/uploads/img/posts/2024/06/14/PHOTO-2024-05-07-10-25-03jpg-1718316714.jpg)
Qurtuluşdan başlayan yeni neft strategiyası13 Iyun 2024
![](/uploads/img/posts/2024/06/13/1jpg-1718222449.jpg)
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!