25 İyun 2024 09:45
391
DÜNYA
A- A+
Fransanı ağır maliyyə böhranı gözləyir

Fransanı ağır maliyyə böhranı gözləyir

 

Fransanın maliyyə naziri Brüno Le Mer bildirib ki, parlament seçkilərində millətçilər, yaxud solçular qalib gələrsə, ölkə maliyyə böhranı riski ilə üzləşəcək. Belə ki, onlar dövlət xərclərini artırmağı planlaşdırıblar.
Öz növbəsində, Parisdəki Amundi aktivləri üzrə baş menecer Ameli Derambur qeyd edib ki, siyasi risklərin Fransanın aktivlərinə mənfi təsir göstərməsi qaçılmazdır. Maliyyə bazarları "Milli Birlik" Partiyasının hakimiyyətə gəlməsinin nəticələrini böyük maliyyə itkiləri, milliləşdirmə riskləri və digər fəsadlarla qiymətləndiriblər. 
Avro 0,4 faiz ucuzlaşaraq 6 həftədən çox müddətdə ən aşağı səviyyəyə düşüb. Analitiklər bildiriblər ki, Avropa bazarlarında eniş millətçi partiyaların müxtəlif ölkələrdə uğur əldə etməsindən sonra baş verib.
Fransada 6-9 iyun tarixlərində keçirilən AP seçkilərində Marin Le Penin rəhbərlik etdiyi "Milli Birlik" partiyası səslərin 31,8 faizini qazanıb. Makronun "İntibah" partiyası isə seçicilərin cəmi 15,2 faizi tərəfindən dəstəklənib. 
Bundan sonra Fransa lideri Milli Assambleyanın buraxıldığını və növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.
Marin Le Pen isə vurğulayıb ki, əgər insanlar onlara güvənərsə, partiya Fransada hakimiyyəti ələ keçirməyə hazırdır.
"Europe 1" radiostansiyası iyunun 30-da və iyulun 7-də keçiriləcək parlament seçkilərində millətçilərin qələbə qazanacağı halda Fransa prezidentinin öz ətrafı ilə dövlət başçısı vəzifəsindən istefa verməsinin mümkünlüyü ilə bağlı müzakirələr apardığını bildirib. 
Eyni zamanda qeyd edilib ki, belə bir addım Makronun üstünlük verdiyi variant deyil, lakin bu perspektiv kampaniyada qarşıdan gələn seçkilərin dramatikləşdirilməsi  rolunu oynaya bilər.
Bundan əlavə, Böyük Britaniyada çıxan "Financial Times" qəzeti yazıb ki, Fransada dörd sol partiya parlament seçkilərində vahid namizədlər irəli sürmək üçün birləşməyə hazırdır. Proqnozlara əsasən, bu halda Makronun ikinci tura çıxmaq şansı daha da azalacaq. 
"Bloomberg" agentliyinin verdiyi xəbərə görə, Fransada investorlar qarşıdan gələn parlament seçkiləri və onların nəticələrindən narahatdırlar. Çünki prezident Emmanuel Makronun siyasəti ölkə iqtisadiyyatını yoxsullaşdırır. 

Rizvan CƏFƏROV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!