Dost gəlişi bayram olur
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu bir daha sübut etdi
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada işgüzar səfərdə olub. Dövlət başçıları iki qardaş ölkə arasında gündən-günə inkişaf edən əlaqələrdən məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, artıq iki ölkə arasında olan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb, qarşılıqlı əlaqələr bütün sahələri əhatə edir.
Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsinin əhəmiyyəti, Orta dəhlizin inkişafı ilə bağlı iki ölkənin birgə gördükləri işlərin önəmi vurğulanıb.
Liderlər arasında müzakirə olunan məsələlərdən biri də Türk Dövlətləri Təşkilatı üzvlərinin, o sıradan ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü olub. Prezident İlham Əliyev bildirib ki, hazırda Azərbaycanla Türkiyə qədər dünyada səmimi və qardaşlıq münasibətləri olan ikinci bir nümunə yoxdur və "Bir millət, iki dövlət" arasında olan münasibətlər gündən-günə inkişaf edir.
Tarixindən və bir soy-kökdən qaynaqlanan bu qədim qardaşlıq münasibətləri dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ən yüksək səviyyəyə qaldırılıb. İki lider həmçinin türk dünyasının formalaşmasında, Türk Dövlətləri Təşkilatının beynəlxalq gücə çevrilməsində ən çox səy göstərən dövlət başçılarıdır.
Bu gün Azərbaycanla Türkiyə qlobal və regional məsələlərdə ən fəal iştirak edən ölkələrdir. İki qardaş dövlətin müstəqil siyasət aparması qlobal güclər tərəfindən müqavimətə rast gəlsə də, liderlərimiz tutduqları mövqedən geri çəkilmirlər, üstəlik, türk dövlətləri ilə birlikdə güc nümayiş etdirirlər. Prezident İlham Əliyevin "Yerimiz türk dünyasıdır" mövqeyi, qardaş Türkiyənin BRİCS-ə üzv olmaq istəməsi bir çox ölkədə rahatsızlıqla izlənilsə də, dəfələrlə özünü təsdiq etmiş qətiyyətin qarşısında aciz görünürlər.
Prezident İlham Əliyev sonuncu andiçmə mərasimində yeni dünya düzənində türk dünyasının beynəlxalq əhəmiyyəti, hansı siyasi orbitdə ölkəmizin yer alacağı barədə demişdir: "Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Bu sitatdan sonra qlobal güclərin rahatsızlığının səbəbi daha aydın başa düşülür. Prezidentin dediyi kimi, böyük geosiyasi məkan, təbii sərvətlər, qlobal nəqliyyat marşrutları, gənc əhali, hərbi güc və ən əhəmiyyətlisi eyni kökdən olan xalqların birliyidir Türk Dövlətləri Təşkilatı. Yəni bu təşkilatın yeni qlobal gücə çevrilməsi üçün lazım olan bütün zəruri şərtlər mövcuddur. Sadəcə olaraq, daha da təşkilatlanmaq və birgə səylərlə dünya birliyində haqq etdiyi layiqli yeri tutmaq lazımdır ki, buna da heç kimin şübhəsi yoxdur.
Hazırda dünyada gedən geosiyasi mübarizədə dünya əhəmiyyətli nəqliyyat marşrutlarına nəzarət əsas faktora çevrilib. Xoşbəxtlikdən bu yollara nəzarət də türk dünyasına məxsusdur. Orta dəhliz Çinin "Bir kəmər, bir yol" layihəsinin davamı olsa da, türk nəqliyyat marşrutudur. Çindən sonra bu dəhlizin keçdiyi ölkələr, Gürcüstan istisna olmaqla, hamısı türk dövlətləridir. Üstəlik, dünya üçün böyük əhəmiyyət daşıyacaq İraqdan başlanıb Avropaya gedəcək marşrutda da söz sahibi türk ölkəsi - Türkiyədir. Bunlar isə o deməkdir ki, dünyadakı güc sahibləri gec-tez möhtəşəm türk dünyasını qəbul etməli olacaqlar.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan üzgüçüsü “Asiya uşaqları” Oyunlarında qızıl medal qazanıb
30 Iyun
Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu açılıb
30 Iyun
Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib
30 Iyun
Azərbaycanın sərbəst güləşçisi Avropa çempionu olub
30 Iyun
"Heç kim məni Messi ilə müqayisə edə bilməz"
30 Iyun
Arda Gülər Ronaldunu qabaqladı
30 Iyun
Mikautadze "Monako"ya transfer edilir
30 Iyun
Taktiki zəfər
30 Iyun
26 yaşlı zabitin 26 günlük döyüş yolu
30 Iyun
"Rəsm çəkmək ruhumun qidasıdır"
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
Qurtuluş missiyası15 Iyun 2024
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
Sülh uğrunda müharibə26 Iyun 2024
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
Adın nədir - Daşdəmir...21 Iyun 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!