14 İyun 2025 08:10
825
SİYASƏT
A- A+
Müstəqilliyimizi əbədi və sarsılmaz edən lider

Müstəqilliyimizi əbədi və sarsılmaz edən lider


Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı xidmətləri böyükdür.  1969-cu ildən sonrakı tarix göstərir ki, Ümummilli Lider Heydər Əliyev hansı dövrdə respublikamıza rəhbərlik etməsindən asılı olmayaraq, xalqımıza inkişaf və rifah bəxş edib. Ulu Öndərin istər sovet, istərsə də müstəqillik dövründə respublikamızda siyasi rəhbərliyə gəlişi pozitiv dəyişikliklərlə, böhranların sona çatması ilə əlamətdar olub. Bu günlərdə 32-ci ildönümünü qeyd etdiyimiz Milli Qurtuluş Günü də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri ilə bağlı olan əlamətdar tarixlərimizdən biridir. Əgər Heydər Əliyev 1969-cu ildə Azərbaycanı keçmiş ittifaq miqyasında sosial-iqtisadi baxımdan geridə qalmış respublikadan qabaqcıllar sırasına çıxarmışdısa, xalqımızın milli mədəni və mənəvi dəyərlərini qorumuşdusa, 1993-cü ildə siyasi rəhbərliyə gəlməklə Azərbaycanın müstəqilliyini qorumuş, dövlətçiliyimizin itirilməsinin qarşısını almışdır.

1993-cü ilin ağır, qanlı və faciəli günləri yaxşı xatirəmizdədir. O zaman Azərbaycanda yarıtmaz və ancaq öz mənfəətini düşünən, hətta milli xəyanət yolu tutan  AXC-Müsavat iqtidarı hakimiyyətdə idi.  Belə bir siyasi qaragüruhun səriştəsiz idarəçiliyinin nəticəsi olaraq ölkəmizdə sonu görünməyən siyasi böhranın yaranması cəmiyyət həyatının bütün sahələrində problemlərə yol açmışdı. Belə ki, məhz iqtidarda olan qüvvələrin səbatsızlığı nəticəsində respublikamızda mərkəzdənqaçma meyilləri güclənmiş, separatizm baş qaldırmış, xaos və anarxiya yaranmışdı. Bütün bunların fonunda isə Ermənistanın hərbi əməliyyatları genişlənir, torpaqlarımız işğala məruz qalırdı. 1993-cü il iyun ayının əvvəllərində Gəncədə baş verən hadisələr, qardaş qanının axıdılması artıq respublikamızdakı siyasi və hərbi böhranın pik həddə çatdığını göstərirdi. Bütün bunlar Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Həmin dövrdə respublikamızda baş verən qanlı və faciəli hadisələr, müstəqilliyimizin və dövlətçiliyimizin taleyinin sual altına düşməsi ondan xəbər verirdi ki, azadlığı əldə etmək üçün nə qədər böyük mübarizə və milli iradə lazımdırsa, onu qorumaq və möhkəmləndirmək ondan da artıq səy və güc tələb edir. Təəssüf ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda iqtidarda olan qüvvələr bu reallıqları anlaya bilmirdilər. Onların idarəçiliyi hələ yenicə əldə edilmiş müstəqilliyimizin daha da gücləndirilməsinə deyil, siyasi və hərbi böhranın, separatçılığın baş qaldırmasına, iqtisadi tənəzzülə, dərin inflyasiyanın yaranmasına, xalqın sosial durumunun aşağı düşməsinə gətirib çıxarmışdı.

O dövrdə baş verən xaotik proseslər və hadisələrin fonunda hakimiyyətin son dərəcə qətiyyətsizliyi həm də ondan xəbər verirdi ki, Azərbaycanı bütün təhlükələrdən yalnız güclü lider xilas edə bilər. Həmin siyasi lider isə xalqımızın sınanmış oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Ulu Öndər Heydər Əliyev buna qədər həm Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, həm SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, həm də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri kimi öz xalqına layiqli şəkildə xidmət etmişdi. Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərliyi zamanı respublikamız sosial və iqtisadi göstəricilərinə görə keçmiş sovet respublikaları arasında 14-cü yerdən qabaqcıllar cərgəsinə yüksəlmişdi. Nə qədər ki Heydər Əliyev vəzifədə idi, ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldıra bilmirdilər. Dahi şəxsiyyət ermənilərin bütün mənfur planlarının qarşısını almışdı. Yalnız Ulu Öndərin 1987-ci ilin oktyabrında Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra ermənilər Qarabağda mitinqlərə başlamışdılar.

 Heydər Əliyev vəzifələrindən istefa versə də, Azərbaycan xalqının siyasi lideri idi. Təsadüfi deyil ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsindən sonra ilk olaraq məhz Heydər Əliyev etiraz səsini ucaltmış, Bakıda törədilən qanlı hadisələrdə sovet dövlətinin rəhbərliyində təmsil olunan şəxslərin günahkar olduqlarını qətiyyətlə bəyan etmişdi.

Daha sonra Azərbaycana gələn Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi fəaliyyət də tariximizə qızıl hərflərlə yazılıbdır. O vaxt məhz Heydər Əliyevin sayəsində ermənilər Naxçıvanda işğalçı planlarını həyata keçirə bilmədilər. Ulu Öndərin qardaş Türkiyə ilə yaratdığı əlaqələr, "Ümid" körpüsünün inşası blokada vəziyyətində olan Naxçıvanın sosial-iqtisadi problemlərinin həllində böyük rol oynadı. Ona görə xalqımız hələ 32 il əvvəl, 1993-cü ilin ağır günlərində əmin idi ki, Azərbaycanı bütün təhlükələrdən yalnız Heydər Əliyev qətiyyəti xilas edə bilər. Bu məqsədlə Ulu Öndərə məktublar və teleqramlar göndərilirdi. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis olunması da göstərdi ki, vətəndaşlar respublikanın nicat yolunu yalnız Heydər Əliyevin rəhbərliyində görür.  Hətta Heydər Əliyevi özünə düşmən bilən, Naxçıvan Ali Sovetinin Sədri vəzifəsindən uzaqlaşdırmaq istəyən AXC-Müsavat cütlüyü də vəziyyətdən çıxış yolunu məhz Heydər Əliyevin Bakıya gəlişində görürdü. Məlum olduğu kimi, 1992-ci ilin oktyabrında AXC hakimiyyəti Heydər Əliyevi Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən devirməyə cəhd etmiş, ancaq istəyinə nail ola bilməmişdi. Ulu Öndər bununla bağlı demişdir: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Heydər Əliyev Bakıya 1993-cü il iyun ayının 9-da gəldi. Ulu Öndərin təyyarədən enməsi ilə cəmiyyətimizin ovqatı tamamilə dəyişdi.  Gəldiyi andan xilaskarlıq missiyasına başlayan dahi şəxsiyyət Gəncəyə səfər edərək vəziyyətlə yerində maraqlandı. Heydər Əliyev bu səfəri ilə qardaş qırğınının qarşısını aldı və vətəndaş qarşıdurmasının genişlənməsinə yol vermədi.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bu hadisə müstəqilliyimizin və dövlətçiliyimizin xilası istiqamətində xalqımızın arzularının və istəklərinin siyasi ifadəsi idi. Çünki xalqımız Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışını istəyirdi. Yalnız bu qayıdışdan sonra xalqımız rahat nəfəs aldı. O zaman hər kəs əmin idi ki, Heydər Əliyev olan yerdə dövlətimiz üçün heç bir təhlükə ola bilməz. Tarixin gedişatı bu deyilənləri təsdiq etdi. Heydər Əliyev görkəmli dövlət və siyasi xadim kimi Azərbaycanı 1993-cü ilin bütün təlatümlərindən və böhranlarından xilas etdi.  Buna görə 1993-cü ilin 15 iyun günü tariximizə Milli Qurtuluş Günü kimi həkk olundu.

Həmin ilin oktyabrında ölkə prezidenti seçilən Heydər Əliyev dövlət quruculuğunu uğurla həyata keçirdi. Bu gün nailiyyətləri ilə qürur duyduğumuz müasir Azərbaycanı yaratdı. Heydər Əliyevin həyata keçirdiyi hüquqi, iqtisadi və aqrar islahatlar, o cümlədən vahid komandanlığa əsaslanan Azərbaycan Ordusu yaradılması, "Əsrin müqaviləsi"nin imzalanması kimi uğurlar həm də müstəqil dövlətçiliyimizin etibarlı və sarsılmaz təməllərini formalaşdırdı.  Heydər Əliyev dühası Azərbaycanı  inkişaf yoluna çıxardı, dünya birliyinin ehtiramla qarşılanan üzvünə çevirdi. Milli Qurtuluşun təntənəsi isə hər zaman Azərbaycanın yüksəlişində, öz hədəflərinə çatmasında özünü yaxından büruzə verdi.

32 il əvvəl tariximizdə baş verənlər göstərir ki, lider amili hər bir dövlətin taleyində mühüm siyasi faktorlardan biridir. Bu mənada əgər müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etsəydi, 1993-cü ilin  məlum hadisələri də baş verməz, torpaqlarımız işğal olunmazdı. 

Azərbaycan xalqı hər zaman tariximizin dönüş anı olan Milli Qurtuluş Gününü sayğı və qədirbilənliklə qarşılayır. Bu tarixdə bir daha Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi böyük ehtiramla yad edilir. Aradan illər ötdükcə, Azərbaycan daha da inkişaf etdikcə, qüdrətləndikcə Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərinin dəyərini daha dərindən anlayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın əldə etdiyi uğurlar fonunda Heydər Əliyev tərəfindən təməli qoyulan müasir dövlətçilik və inkişaf tariximizin əzəməti hər birimizdə fəxarət hissi doğurur.

 Eyni zamanda olduqca qürurvericidir ki, Heydər Əliyevin Milli Qurtuluşla əsasını qoyduğu müasir tariximiz Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq yeni və möhtəşəm hadisələrlə daha da zənginləşir. Cənab İlham  Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra Azərbaycanın əldə etdiyi nailiyyətlər olduqca möhtəşəmdir. Bu dövrdə iqtisadiyyatımız dəfələrlə artıb, vətəndaşların sosial rifahı yüksəlib, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuzlu üzvünə çevrilib. Bu gün Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda hansısa qlobal layihənin həyata keçirilməsi mümkün deyil.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin ən böyük uğuru isə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsidir.  Dövlətimizin başçısı öz qətiyyətli siyasəti ilə həm də Qarabağdakı erməni separatçılığına son qoydu, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin olundu. Bütün bunları gerçəkləşdirən  Prezident İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdi və Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu həyata keçirdi. 

1993-cü ilin faciəli günlərində təsəvvür belə edə bilməzdik ki, bütün ağır problemlər tezliklə həll olunacaq. Lakin Heydər Əliyev siyasətinin nəticəsində nəinki bütün bunlar baş verdi, hətta Azərbaycan regionda və dünyada söz sahibi olan dövlətə çevrildi. Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan öz tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşayır. 


Eldar QULİYEV,

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

22:39
07 İyul

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb  

22:38
07 İyul

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib  

22:37
07 İyul

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub  

22:36
07 İyul

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib  

22:35
07 İyul

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib  

22:34
07 İyul

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək  

22:33
07 İyul

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub  

22:32
07 İyul

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti 

20:00
07 İyul

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

19:59
07 İyul

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb  

19:56
07 İyul

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib  

19:54
07 İyul

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib  

19:51
07 İyul

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir  

19:48
07 İyul

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib  

19:46
07 İyul

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub  

19:44
07 İyul

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar  

19:42
07 İyul

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

19:38
07 İyul

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  

19:37
07 İyul

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub  

19:36
07 İyul

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi  

16:37
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!