10 Avqust 2025 08:25
668
SİYASƏT
A- A+
Moskvanın çirkin oyunları səngimir

Moskvanın çirkin oyunları səngimir


Dünyada təklənən Rusiyanın strateji müttəfiqi olan Azərbaycana qarşı xoşagəlməz münasibət sərgiləməsi yaxşı heç nə vəd etmir


Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı apardığı informasiya savaşı artıq total hücum xarakteri alıb. Baş verən hadisələr onu göstərir ki, Rusiyanın Azərbaycana qarşı təhdid və təzyiq siyasəti sistemli xarakter alıb. 

Öncə Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlılara qarşı hücumların başlanması, Yekaterinburqda günahsız soydaşlarımızın öldürülməsi, ardınca Əməkdar mədəniyyət işçisi və Əməkdar jurnalist Mixail Qusmanın TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsi, həmin agentlik tərfindən Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan ifadələrin yayılması, ən son isə Azərbaycan neftinin də ixrac edildiyi Uktraynanın Odessa istiqamətində qaz kəməri sisteminin, SOCAR-ın yanacaqdoldurma məntəqəsinin növbəti dəfə hədəfə alınması və zərbələrə məruz qalması, bundan əvvəl də Azərbaycanın Ukraynadakı səfirliyi istiqamətində raket zərbəsi,  daha sonra SOCAR-ın ofisinin yanına raketin düşməsi, təyyarəmizin vurulması faktları Rusiyanın Azərbaycana qarşı açıq düşmənçiliyinin nümunəsidir. 

Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi Rusiya xüsusi xidmət orqanlarının hansı üsullardan istifadə etdiyini açıq şəkildə göstərmişdi. Bu da onu deməyə əsas verirdi ki, dinc insanlara qarşı terror, onların hüquqlarının pozulması, azadlıqdan məhrumetmə və qətl Rusiya üçün artıq adi hala çevrilib.

Son illər Rusiyanın başqa xalqlarla münasibətdə həyata keçirdiyi ayrı-seçkilik və diskriminasiya siyasəti Yekaterinburq şəhərində yaşayan azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayətlərdə özünü qabarıq göstərdi. Qardaş Ukrayna xalqına qarşı vəhşiliklər törədən Rusiyanın digər ölkələrə və xalqlara qarşı törətdikləri heç də təəccüblü deyil. 

Artıq demək olar ki, Rusiyanın Azərbaycana qarşı həyata keçirdiyi arzuolunmaz kampaniya ölkələrarası münasibətlərdəki "qırmızı xətt"i keçib. Siyasi ekspertlərin də gəldikləri qənaət budur ki, Qarabağ Zəfəri regionda yeni siyasi reallıqlar yaradıb və Azərbaycan hərzamankından daha müstəqil siyasət yürüdür. Bu yeni reallıqlar hələ də imperiya düşüncəsi ilə yaşayan Rusiyanı qane etmir. Hesab edilir ki, SSRİ dövründə olduğu kimi bu gün də ətrafındakı müstəqil respublikalarla güc dilində danışmaq olar. Moskva istəyir ki, SSRİ-nin dağılması ilə yaranan müstəqil dövlətlər Rusiya hakimiyyətindən gələn direktivləri idarəetmədə tətbiq etsin. Lakin bu arxaik düşüncəyə söykənən siyasət reallıqla uyğun gəlmir. Rusiya hesab edir ki, müstəqil respublikalar bu təzyiqlərə sakitliklə yanaşıb boyun əyəcəklər. 

Rusiya elə bilir ki, "imperiya qalıqları"nı qorumaq vasitəsi olan Müstəqil Dövlətlər Birliyi adı altında keçmiş ittifaqın ölkələrini özünə yenidən  tabe edə biləcək. Ancaq son proseslər göstərir ki, MDB də artıq formal bir strukturdan ibarətdir. Moldova bu qurumu tərk etdiyini bəyan edib, Azərbaycan isə uzun müddətdir ki, təşkilatın tədbirlərindən imtina edib. Baş nazirin müavini Yaqub Eyyubovun MDB İqtisadi Şurasının iclasını tam şəkildə iqnor etməsi artıq Bakının Moskvaya "mən sənin hegemoniyanı tanımıram" mesajıdır. Bu da bir daha onu göstərir ki, postsovet məkanı da Rusiyadan üz döndərir. Rusiya hər zaman postsovet məkanına "arxa bağçası" olaraq baxıb və bu məkanda yaşanan geosiyasi rekonstruksiyaya qarşı sərt mövqe sərgiləyib. 

Moskvanın Bakıya qarşı atdığı addımlar onu deməyə əsas verir ki, Rusiya üçün "bölgədə söz sahibi olmaq" anlayışı yalnız zor gücünə hökmranlıq etməkdən ibarətdir. Bu da qonşuluq münasibətinə uyğun gəlmir. Hazırda dünyada təklənən Rusiyanın strateji müttəfiqinə qarşı belə xoşagəlməz münasibət sərgiləməsi yaxşı heç nə vəd etmir. 

Artıq hər kəsə aydındır ki, Rusiyanın bu təhdid siyasətinin arxasında nə dayanır. Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən rəsmi Moskva buna mane olmağa çalışır. Rusiya görür ki, Azərbaycan son illərdə Avrasiya arealında yeni reallıqlar yaratmaqla bu coğrafiyanın açar ölkələrindən birinə çevrilib. Bunun nəticəsidir ki, Qərbdən Şərqə, Şimaldan Cənuba gedən bağlantı xətləri əsasən Azərbaycan üzərindən keçməkdədir. Bu da təbii ki, Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada təsir gücünü zəiflətməkdədir. İmperiya maraqlarından çıxış edən Moskva Cənubi Qafqaz ölkələrinə təzyiq etməklə bölgədə təsir imkanlarını saxlamağa çalışır. Təzyiqləri həm də bölgədə reallaşan Orta dəhlizə, xüsusən də Zəngəzur dəhlizində maraqları təmin etmək uğrunda gedən geosiyasi savaşın tərkibi kimi nəzərdən keçirilməlidir. Çünki Rusiya tərəfi Zəngəzur dəhlizinin öz nəzarəti altında reallaşmasında maraqlıdır. 

Göründüyü kimi Rusiyanın Azərbaycana sistemli xarakter alan təzyiqlərinın arxasında imperiya maraqlarından doğan siyasət dayanır. Amma Rusiya artıq dərk etməlidir ki, imperiya siyasəti ilə ölkələrə, xüsusən də Azərbaycana təzyiq etmək mənasızdır. Mövcud şəraitdə beynəlxalq aləmin sanksiyası ilə üzləşən Rusiya anlamalıdır ki, bu, ona yaxşı heç nə vəd etmir. Əksinə, Moskva Bakı ilə daha sıx münasibətlər qurmaqla üzləşdiyi böhranı az da olsa yumşalda və vəziyyətdən çıxa bilər. Bu ölkə beynəlxalq aləmin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayan Azərbaycandan faydalana bilər. 

Ancaq Ukraynanın Odessa vilayətində yerləşən və Azərbaycan qazının da keçdiyi qaz infrastrukturunun və SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin ardıcıl şəkildə Rusiya tərəfindən hədəfə alınması artıq onu göstərir ki, bu, Rusiyanın konkret olaraq Azərbaycanın enerji siyasətinə, Avropaya qaz nəqli siyasətinə, ölkəmizin müstəqil qərarlarına qarşı təcavüz aktıdır. 

Avqustun 8-nə keçən gecə Rusiya öz dronları ilə Azərbaycanın Odessa vilayətində yerləşən SOCAR-ın neft bazasına hücum edib. Bu, yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub. Bu barədə "RBC-Ukrayna"ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib. Mənbələrin verdiyi məlumata görə, yanğının qarşısı qısa zamanda alınıb. Düşmənin zərbəsi nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib. 

Bu hadisə təkcə iqtisadi obyektə zərbə vurmaq deyil, həm də Moskvanın imperialist ambisiyalarının davamlılığının göstəricisidir. Rusiya artıq beynəlxalq münasibətlərdə vasitəçi və ya arbitr imicindən uzaqlaşaraq, daha çox təzyiq və zor vasitəsilə maraqlarını reallaşdırmağa çalışır.

SOCAR kimi strateji əhəmiyyətli bir quruma hücum etmək, Moskvanın Azərbaycanla münasibətlərə sadiq qalmadığını və "dostluq" ritorikasının arxasında başqa niyyətlərin gizləndiyini ortaya qoyur. 

Bu hadisənin məhz Vaşinqtonda keçirilən Bakı-İrəvan danışıqları fonunda baş verməsi isə Kremlin bu proseslərdən kənarda qalmasına cavab xarakteri daşıya bilər. Belə addımlar Rusiyanın regionda sabitlik deyil, nəzarət axtarışında olduğunu sübut edir. 

Azərbaycan tərəfindən Rusiya ilə gərginliyin azaldılması və münasibətlərin yenidən normallaşdırılması istiqamətində addımların atılmasına baxmayaraq, Rusiya Federasiyasının anti-Azərbaycan qüvvələri hərəkətlərindən əl çəkmir və bu siyasəti gündən-günə dərinləşdirirlər. Bu yanaşma iki ölkə arasında sağalmaz çat yarada bilər. Azərbaycan dövləti ölkəmizə qarşı edilmiş bütün tarixi ədalətsizliklərə baxmayaraq, etibarlı qonşu statusunu qoruyub saxlamağa çalışır. Rusiyadakı qüvvələr də bilməlidir ki, Azərbaycan müstəqil ölkədir və münasibətlərdə gərginliyin dərinləşməsinə aparan hərəkətləri davam etdirməklə ölkəmizi özündən uzaqlaşdırırlar.

Avqustun 9-da ABŞ-də baş verən proseslər, Donald Tramp tərəfindən İlham Əliyevin bu ölkəyə dəvət edilməsi, iki ölkə arasında imzalanan sazişlər, əldə olunan razılaşmalar, Ermənistanla sülh müqaviləsi üzrə sənədlərin imzalanması paraflanması Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəlinməsi tarixi hadisə oldu. 

Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən mühüm görüş iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb. 

Güman etmək olar ki, bütün bunlar Rusiyanı daha da qıcıqlandıracaq və rəsmi Moskva Azərbaycana qarşı yeni çirkin planlar hazırlayacaq. Lakin Cənubi Qafqazın qüdrətli dövləti kimi beynəlxalq nüfuzu gündən-günə yüksələn Azərbaycanla artıq təzyiq, təhdid dili ilə danışmaq qeyri-mümkündür. Ölkəmizin uğurlarını həzm edə bilməyən şimal qonşumuz yaxşı olardı ki, yırtıcı siyasətindən əl çəkib, Azərbaycanın haqlı tələblərini yerinə yetirsin. 


R.BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!