06 Mart 2026 18:12
1233
PARLAMENT
A- A+
Moldova Baş nazirinin müavini: Sülh prosesində Azərbaycanın təşəbbüsünü və liderliyini alqışlayırıq

Moldova Baş nazirinin müavini: Sülh prosesində Azərbaycanın təşəbbüsünü və liderliyini alqışlayırıq


Milli Məclisin sədri Sahibə Qafarova martın 6-da Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Moldova arasında mövcud olan yüksəksəviyyəli siyasi əlaqələrin müxtəlif sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaratdığı qeyd edilib. Tərəflər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını vurğulayıblar. Həmçinin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirməsindən məmnunluq ifadə olunub.

Milli Məclisin sədri bildirib ki, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq uğurla davam edir və bu qurumlarda Azərbaycan və Moldova deputatları bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.

S.Qafarova İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumlarını pisləyərək, ölkəmizə qarşı törədilən bu hücumların qəbuledilməz olduğunu və Azərbaycan xalqı tərəfindən böyük hiddətlə qarşılandığını diqqətə çatdırıb.

Mixay Popşoi isə Moldovanın bu hücumları qətiyyətlə pislədiyini bildirərək, bu məsələdə ölkəsinin Azərbaycanla həmrəy olduğunu qeyd edib.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Moldova bir sıra məsələlərdə, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Mixay Popşoi Moldovada baş vermiş enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Milli Məclisin sədri qonağa Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə də məlumat verib. Mixay Popşoi ölkəsinin sülh prosesində Azərbaycanın təşəbbüs və liderliyini alqışladığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!