21 Aprel 2026 09:50
2274
Oxucu məktubları
A- A+
Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik


Bir gülün, bir budağın qədrini bilmək, bir parkı təmiz saxlamaq böyük dəyişikliklərin başlanğıcı ola bilər


Qışın soyuq, səssiz günlərindən sonra yazın gəlişi ilə torpaq uzun bir yuxudan oyanır, yenidən nəfəs alır. Tumurcuqlayan ağaclar, yaşıllaşan çəmənlər, isinən hava insanın ruhuna yüngüllük bəxş edir. Bahar təkcə təbiətin deyil, insanın da yenilənməsidir. Torpağın sinəsindən boylanan ilk güllər - zanbaqlar, bənövşələr, yasəmənlər - yazın gəldiyinin səssiz, amma təsirli sorağıdır.

Bakı da yazın gəlişi ilə donunu dəyişir, daha da gözəlləşir. Küçələrdə,  xüsusən sahilboyu ərazilərdə bitən zanbaqlar insanın gözünü oxşayır, ruhuna sakitlik gətirir. Bu gözəllik təsadüfən yaranmır. Bunun arxasında bağbanların zəhməti, sevgisi dayanır. Torpağa toxunan hər əl, əkilən hər çiçək insanların daha gözəl, daha rahat, daha pozitiv bir mühitdə yaşaması üçün edilir.

Ölkəmizdə görülən abadlıq işləri, yaşıllaşdırma layihələri, yeni park və bulvarların salınması təkcə ekoloji məqsəd daşımır. Bu, insanların həyat keyfiyyətini artırmaq, daha sağlam və pozitiv mühitdə yaşamaları, dincəlmələri üçündür. Xaricdən ölkəmizə  gələn qonaqlar ilk növbədə şəhərin səliqəsinə, təmizliyinə, yaşıllığına diqqət edirlər. Bir çiçəyin belə qorunması ölkəmizin ekoloji imicinə təsir edir. 

Biz təkcə yaradılanı qorumaqla kifayətlənməməli, eyni zamanda nümunə olmağı bacarmalıyıq. Əkiləni qoparmaq əvəzinə, özümüz də abadlaşdırma işlərinə qoşulmalı, yaşadığımız mühiti daha gözəl və daha yaşıl etməyə çalışmalıyıq. Hər birimizin həyətində, eyvanında, pəncərə önündə əkdiyi bir gül, bir dibçək bitkisi belə, yaşıllıqdır, gözəllikdir, özü də bu, sadəcə, estetik məsələ yox, həm də düşüncə tərzidir - yaratmaq, qorumaq və paylaşmaq mədəniyyətidir. Yaşıllığı artırmaq insanın ruhuna sakitlik gətirir, ətraf mühiti daha isti və canlı edir, uşaqlara isə təbiətə sevgi və qayğı hissini öyrədir. Kiçik addımlar zamanla böyük dəyişikliklər yaradır və hər kəs öz yaşadığı məkandan başlayaraq bu gözəlliyin bir parçasına çevrilir.

Biz yaşıllığı qorumağı bacarmırıq. Gözümüzə xoş gələn bir gülü qoparmaq, bununla onu özümüzə yaxınlaşdırmaq, sahib olmaq istəyirik. Halbuki o gül torpaqda  daha gözəldir. O, orada bütövdür, canlıdır. Qoparılanda isə solmağa başlayır. Dərilmiş gül güldanda bir neçə gün bizi sevindirə bilər, sonra solacaq. Deməli, biz onu dərməklə bir gözəlliyi məhv etmiş oluruq. Bu günlər min bir əziyyət  bahasına əkib becərilmiş güllərə qarşı edilən vandallıq ictimaiyyət arasında haqlı olaraq birmənalı qarşılanmadı. Belə davranış təkcə bir gülün qoparılması yox, ümumi münasibətin göstəricisi idi. Təbiətə, ətrafa olan gözəlliyə münasibətin. Biz bəzən fərqində olmadan özümüz üçün yaradılan harmoniyanı pozuruq. Halbuki qorumaq daha dəyərlidir. Bir gülü torpaqda  sevmək daha saf və daha təmiz hissdir.

Yaz bizə, sadəcə, çiçəklər gətirmir. O, bizə dərs də verir. Səbir dərsi - çünki torpaq aylarla gözləyir ki, çiçək açsın. Yenilənmə dərsi - çünki həyat yenidən başlayır. Və ən əsası, qoruma dərsi - çünki bu gözəlliklər yalnız qorunduğu zaman gözəl qalır. Əgər biz, doğrudan da, gözəlliyi seviriksə, onu qorumağı da öyrənməliyik.

Bu məsələ, əslində, daha böyük bir anlayışla bağlıdır - ictimai mədəniyyət və vətəndaş məsuliyyəti ilə. İnkişaf təkcə yeni binaların tikilməsi, yolların salınması, parkların yaradılması ilə ölçülmür. Əsl inkişaf insanların bu yaradılanları necə qoruması ilə ölçülür. Əgər biz əkilən bir gülü qorumuruqsa, sabah daha böyük dəyərləri qorumaqda çətinlik çəkəcəyik.


Nərminə ƏSGƏROVA,

İlham BABAYEV(foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!