10 Oktyabr 2026 10:00
1630
Oxucu məktubları
A- A+
Vətənə xidmət edirəm

Vətənə xidmət edirəm


Əsgərin salamı başqa cür olur. O salamın içində bir ananın gecələr yol çəkən gözləri, bir atanın susaraq gizlətdiyi qüruru, bir uşağın atasına həsrət qalan baxışları var. 

Mən də bir əsgər kimi "Salam, Vətən!" deyəndə, əslində, təkcə bir torpağa yox, xalqıma, doğma evimə, elimə, obama, doğulduğum Sumqayıtıma, uşaqlıq xatirələrimə salam göndərirəm. Vətən sözünün çəkisi, ağırlığı mənimçün hər şey deməkdir. Bilirəm ki, həmin hiss torpağın ağırlığından deyil, mənim ürəyimdən gəlir.

"Vətənə xidmət edirəm!" - bu, pafos deyil. Bu, mənim Vətən qarşısında məsuliyyətimi dərk etdiyimi bildirən anddır. Bu söz dilimdən səslənəndə isə həmin cümlənin arxasında xalqımın təhlükəsizliyi, ailəmin rahatlığı, mənim sabahım dayanır. 

Vətənə xidmət təkcə sərhəddə keşik çəkmək deyil. Müəllimlərimizin öyrətdiyi hər doğru söz, həkimlərimizin xilas etdiyi hər həyat, zəhmətkeş insanların halal əməyi, ziyalılarımızın qoruduğu milli yaddaş da vətənə xidmətdir. Çünki vətən yalnız xəritədəki sərhəd yox, bizim dilimiz, tariximiz, yaddaşımız, ata-baba ocağımız və gələcək nəsillərə ötürəcəyimiz əmanətdir. Bu əmanəti qorumaq hər birimizin borcudur. 

Mən 9 aydır Beyləqandakı "N" saylı hərbi hissədə qulluq edirəm. Çalışıram ki, komandirlərimin tapşırıqlarını yerinə yetirim, nümunəvi əsgər kimi vətən qarşısında borcumu ləyaqətlə verim. Burada çoxlu dost qazanmışam.  Hamımız yaxşı dərk edirik ki, vətənə xidmət etmək -  özündən böyük bir dəyərin qarşısında məsuliyyət daşımaqdır. Çalışacağam ki, həm hərbi xidmət zamanı, həm də sonradan bizə əmanət qalan vətəni qoruyaq, torpağa, yurda daha çox bağlı olaq. 


Həsən HƏSƏNLİ,

Beyləqan rayonundakı "N" saylı hərbi hissənin sıravi əsgəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!