21 Aprel 2026 08:20
198
SİYASƏT
A- A+
Zəfərimizin Qazax mərhələsi

Zəfərimizin Qazax mərhələsi


İki il əvvəl Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin qaytarılması barədə razılığın əldə edilməsi Azərbaycanın siyasi-diplomatik qələbəsi oldu


Azərbaycanın Vətən müharibəsində torpaqlarını hərbi yolla azad etməsi çoxəsrlik dövlətçilik tarixində şanlı salnamədir. Bir güllə atılmadan, itki vermədən strateji ərazilərin geri qaytarılması isə Prezident İlham Əliyevin siyasi iradəsinin və zərgər dəqiqliyi ilə hesablanmış diplomatiyasının parlaq qələbəsidir. 

10 noyabr üçtərəfli Bəyanatına əsasən 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın azad edildi. Eləcə də 2024-cü ildə Qazaxın dörd kəndinin qeyd-şərtsiz qaytarılması milli yaddaşımıza "dəmir yumruğ"un həm də masada diktə etdiyi ədalətin təsdiqi kimi həkk olundu. Belə ki, həmin il aprelin 19-da Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı.


Tələb və qətiyyət


Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uzaqgörən siyasət xalqımıza Şuşa zəfərini bəxş etdi. Azərbaycanın 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş yeni Laçın avtomobil yolunu vaxtından xeyli əvvəl istifadəyə verməsi ilə 26 avqust 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri düşmən tərəfindən boşaldıldı. 2023-cü ildə cəmi 23 saata həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimiz, dövlətimizin konstitusion əsasları da tam təmin edildi. İkiəsrlik erməni cəfəngiyyatına son qoyuldu, tarixi torpaqlarımıza göz dikərək milli nifrət zəminində xalqımıza qarşı qanlı əməllər törədən erməni faşistlərinə, onların xaricdəki havadarlarına unutmayacaqları dərs verildi.

Qarabağda separatizmin kökünün kəsilməsi ilə Rusiya sülhməramlılarının fəaliyyətinə də bölgədə ehtiyac qalmadı. Beləliklə, vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi növbəti əsas prioritet işğal altında qalan bütün torpaqlarımızın, o cümlədən Qazaxın qeyri-anklav kəndlərinin qeyd-şərtiz azad edilməsi idi. Prezident hələ 2020-ci ildə bu məsələni ən yüksək səviyyədə qaldırmış, 2024-cü il yanvarın 10-da yerli televiziyalara müsahibəsində isə konkret mövqeyini dünyaya bəyan etmişdi: "O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir".

Bu bəyanat istək deyildi, qalib tərəfin qətiyyətli tələbi idi. Həm də Azərbaycan dövlətinin tələbi beynəlxalq hüquqa və milli gücə söykənirdi. 

Beləliklə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın 2024-cü il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının Azərbaycana qaytarılması barədə razılıq əldə edildi. 

Onu da vurğulayaq ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addım idi və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə olub. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Həyata keçirilən delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Qazax rayonunun adıçəkilən kəndlərinin Azərbaycana qaytarılması təmin edilib.


34 illik qisas alındı 


Qazaxın bu kəndlərinin öz əzəli sahiblərinə qaytarılması həm də mənəvi bir borcun ödənilməsi anlamına gəlirdi. 1990-cı ilin martında erməni faşizminin ilk qanlı cinayətlərindən birinin qurbanı Bağanıs Ayrım kəndi olmuşdu. Martın 23-dən 24-nə keçən gecə 400-dən çox əhalinin yaşadığı bu kəndə hücuma keçən erməni faşistləri 17 evi yandırmış, kənd sakinlərini qətlə yetirmişdi. 

Bağanıs Ayrım kəndinin sakini Ramiz Adıgözəlov bildirib ki, 1990-cı il martın 23-dən 24-nə keçən gecə 39 günlük körpəsi ermənilər tərəfindən qətlə yetirilib. O söyləyib ki, xeyli sayda Ermənistan hərbçisi gəlmişdi. Əvvəlcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırırdılar. Zərəçəkən həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.

Bağanıs Ayrım faciəsindən sonra 1992-ci il martın 8-də Xeyrımlı, mayın 11-də Qızılhacılı, iyunun 4-də Aşağı Əskipara kəndləri işğala məruz qalmışdı.

Körpələrin, günahsız insanların yandırılaraq qətlə yetirildiyi Bağanıs Ayrım qətliamının qisası həm döyüş meydanında, həm də diplomatik masada alındı. 

Şəhidlərin ruhu o torpaqlarda dalğalanan üçrəngli bayrağımızın kölgəsində rahatlıq tapdı.

Milli qalibiyyətlərimiz sayəsində həmin kəndlərin sakinlərinin də onilliklərdir çəkdikləri vətən həsrəti birdəfəlik sona yetdi. 


"Burada söz sahibi bizik"


"Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax belə də olmalıdır.

Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar", - deyə qalib lider İlham Əliyevin 10 may 2024-cü ildə Şuşada səsləndirdiyi fikirlər həm də Cənubi Qafqazda tamamilə yeni bir dövrün başladığı reallığı özündə əks etdirirdi. Azərbaycanın regionun lider dövləti olduğunu göstərirdi. 

Qazaxın 4 kəndinin azad edilməsi ölkəmizin siyasi tarixində əlamətdar hadisədir. Bu, nəyi, nə vaxt və necə edəcəyini yaxşı bilən, xalqımızı başıuca, qalib edən Prezident İlham Əliyevin milli maraqlarımızı qətiyyətlə təmin etməsinin daha bir parlaq təzahürüdür. Əldə olunan bu qələbə, "dəmir yumruğ"un hərbi güc olmaqla yanaşı, həm də sarsılmaz  ədalət simvolu olduğunu bütün dünyaya göstərdi. 

İndi işğaldan azad edilən yurdlarımızda olduğu kimi, Bağanıs Ayrımda, Aşağı Əskiparada, Xeyrımlıda və Qızılhacılıda da dirçəliş ab-havası yaşanır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belçika və Niderland parlamentərinin qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır

13:04
21 Aprel

Bakı metrosunun bütün stansiyalarına sərnişinlərin girişi müvəqqəti məhdudlaşdırılıb  - YENİLƏNİB

13:01
21 Aprel

Ötən gün ölkədə elektrik enerjisinin 36 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub  

13:00
21 Aprel

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək

12:59
21 Aprel

İranda yanvar iğtişaşlarının daha bir iştirakçısı edam edilib

12:58
21 Aprel

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb

12:43
21 Aprel

Ombudsman: Energetik içkilər uşaqların sağlamlıq hüququnun təmininə ciddi narahatlıq yaradır

12:42
21 Aprel

Birinci rüb Azərbaycanda duz istehsalı 33 faiz artıb

12:39
21 Aprel

Regional məsuliyyət – müasir beynəlxalq münasibətlər sistemində yeni mərhələ

12:34
21 Aprel

AFFA “Neftçi”ni yüksək məbləğdə cərimələyib

12:21
21 Aprel

Zərdabda Kür çayında suyun səviyyəsi artıb, vəziyyət nəzarət altındadır - AÇIQLAMA

12:13
21 Aprel

Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir

12:02
21 Aprel

Gədəbəyin Şahdağ kəndində 6500-dən çox ağac əkilib

11:56
21 Aprel

Dövlət Komitəsinin rəsmisi: Uşaqlara onlayn riskləri idarə etmək bacarıqları da aşılanmalıdır  

11:48
21 Aprel

Qızılın qiyməti aprelin 13-dən bəri ən aşağı səviyyəyə enib

11:41
21 Aprel

Media: ABŞ-İran danışıqlarına hazırlığın son mərhələsi başlayıb

11:40
21 Aprel

Milli Məclisdə 8 məsələnin müzakirəsinə başlanılıb

11:15
21 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

11:13
21 Aprel

Qlobal külək enerjisi quraşdırma gücü rekord səviyyədə artıb

10:56
21 Aprel

Ötən gün 36 cinayətin açılması təmin olunub

10:44
21 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!