26 Aprel 2025 08:10
578
SİYASƏT
A- A+
Milli təəssübkeşlik, Vətən və xalq sevgisi

Milli təəssübkeşlik, Vətən və xalq sevgisi


Leyla xanım Əliyevanın hər xarici səfərində bu hissləri görməmək mümkün deyil


Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya ədalət!" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla Əliyeva bu gün ictimai fəaliyyəti ilə Azərbaycan dövlətinə və dövlətçiliyinə nümunəvi xidmət göstərir. 

Xüsusən xarici ölkələrə səfərləri zamanı dövlət və hökumət nümayəndələri, digər rəsmi və qeyri-rəsmi şəxslərlə görüşü Leyla xanımın Vətən və xalq sevgisindən, ölkəmizin imicinə ürək yanğısından xəbər verir. Hər səfərində Azərbaycanı yüksək səviyyədə təmsil edən Leyla xanım ölkəmizin sülhsevər, demokratik, humanizm prinsiplərinə sadiq olduğunu dünyaya çatdırmağı özünə borc bilir. Bu baxımdan  gənc liderin Vyetnama və Çinə səfərləri də yaddaqalan anlar və maraqlı detallarla zəngin olub. 

Hanoy Ticarət və Turizm Kollecində Leyla Əliyeva yaradıcı sənaye nümayəndələri və təhsil müəssisələrinin liderləri, eləcə də sovet dövründə Azərbaycanda təhsil almış vyetnamlı məzunlar ilə görüşüb. Məlumat üçün bildirək ki,  1965-ci ildən fəaliyyət göstərən Hanoy Ticarət və Turizm Kolleci bu sahədə Vyetnamın ən böyük və nüfuzlu təhsil müəssisələrindən biridir. Təxminən 3000 tələbəsi olan kollecin müxtəlif akademik və peşə təhsilinin səviyyələri üzrə 50-dən çox təlim proqramı var.  

Söhbət zamanı Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin ölkələr arasında münasibətlərdə yeni səhifə açdığı vurğulanıb, mövcud əlaqələrin genişlənməsinə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin böyük töhfə verdiyi qeyd olunub, fondun təhsil və sosialyönümlü layihələrinin Vyetnamı da əhatə etdiyi diqqətə çatdırılıb. Bu istiqamətdə Vyetnamın Ha Giang əyalətində Heydər Əliyev Fondunun dəstəyi ilə ibtidai məktəbin inşa edildiyi xatırladılıb. Bundan başqa, ikitərəfli münasibətlərə, eləcə də hazırda Azərbaycan-Vyetnam əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Mövcud münasibətlərin daha da genişləndirilməsi, bu çərçivədə Heydər Əliyev Fondu tərəfindən təhsil və sosial sahələrdə həyata keçiriləcək layihələr müzakirə edilib. 

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan və Vyetnam xalqları arasında dostluq münasibətlərinin bugünkü səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndərin 1983-cü ildə Vyetnama səfərindən sonra Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayı artmışdır. Xatırladaq ki, hələ SSRİ zamanı 5 minədək vyetnamlı gənc Bakıda təhsil almışdır. Bu gün iki ölkə arasında dostluq münasibətlərinin formalaşmasında Azərbaycanda təhsil almış  həmin məzunların xüsusi rol oynadıqları görüşdə xüsusi vurğulanmışdır. 

Leyla Əliyeva Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti Vo Ti An Suan ilə də görüşüb. Səfərin ikinci günü baş tutan görüş zamanı dövlətlərarası diplomatik münasibətlərlə yanaşı, xalqlarımız arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Həmçinin Azərbaycanın və Vyetnamın turizm potensialının inkişafı baxımından əməkdaşlıq və ayrı-ayrı sahələri əhatə edən mübadilə proqramlarının icrası,  iki ölkə mədəniyyətinin daha yaxından tanıdılması üçün tədbirlərin təşkili məsələləri müzakirə edilib. 

Prezident İlham Əliyevin bu günlər Çinə dövlət səfəri zamanı Leyla Əliyevanın da bu ölkədə olması və Xarici Dillər Universitetini ziyarət etməsi dövlətlərarası münasibətlərin geniş məzmun daşımasına dəlalət edir. IDEA rəhbərinin universitetin prorektoru Gao Qanq və burada Azərbaycan dili üzrə təhsil alan çinli tələbələr ilə görüşündə həmin münasibətlərin genişlənməsində gənclərin xidmətindən danışılıb. Qeyd olunub ki, iki ölkənin təhsil sistemində bu istiqamətdə həyata keçirilən layihələrin rolu çox böyükdür. Görüşdə Azərbaycan mədəniyyətini öyrənib tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetindəki Azərbaycan dili kafedrasının fəaliyyətinin, universitetdə Azərbaycan dili üzrə kadrların hazırlanmasının əhəmiyyəti diqqətə çatdırılıb. 

Onu da bildirək ki, universitetin tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxildir. Bu yerdə Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında 10 ilə yaxın davam edən əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirilməsini xatırlatmaq yerinə düşər. Leyla xanımın təşəbbüsü və dəstəyi ilə 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində (UNEC) distant çin dili kursları təşkil olunub. Məhz bu amil nəticəsində Heydər Əliyev Fondu ilə Pekin Xarici Dillər Universiteti arasında bu il ərzində anlaşma memorandumunun imzalanması barədə qərar qəbul olunub. 

Azərbaycan dili  kafedfrası ilə tanış olan Leyla Əliyevaya kafedranın fəaliyyətinin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında məlumat verilib. Leyla xanım isə Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən, o cümlədən Azərbaycan mədəniyyətinin tanıdılmasını əks etdirən ədəbiyyatın çin dilində çap olunmasının vacibliyini diqqətə çatdırıb. 

Çinin ölkə səviyyəli tədqiqat müəssisələrindən olan Milli İnsan Genomu Mərkəzi Elm və Texnologiya Nazirliyinin rəyi ilə yaradılmışdır. Mərkəz elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılmasını və Çində genomik sənayenin yaradılmasını təşviq edir. Burada ən qabaqcıl texnoloji avadanlıqlardan istifadə edilməklə fundamental və klinik tədqiqatlar, populyasiya genetikası və bioinformatika sahələrində layihələr həyata keçirilir. 

Heydər Əliyev Fondunun vitse-prezidenti bu müəssisəni də ziyarət edərək mərkəzin laboratoriyalarına və bioloji nümunələr bankına baxıb, əməkdaşlarla söhbət edib. Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə potensial əməkdaşlıq imkanları, o cümlədən onkoloji xəstəliklər, serebral iflic və digər xəstəliklərin müalicəsi zamanı Genom Mərkəzinin metodlarının tətbiqi məsələsi müzakirə olunub. 

"İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik" deyən Leyla Əliyevanın son bir həftədə Vyetnama və Çinə səfərləri milli təəssübkeşlikdən, tükənməz enerji və sevgidən qaynaqlanır. Bundan öncəki çoxsaylı səfərlərə də nəzər yetirsək görərik ki, Leyla xanımın fəaliyyətinin miqyası, əhatə dairəsi kifayət qədər genişdir. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!