21 Yanvar 2025 19:27
226
PARLAMENT
A- A+
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

Yanvarın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

O, əvvəlcə gündəliyin birinci məsələsini - Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirilib ki, komitənin ötən sessiya ərzində 14 iclası keçirilib və həmin iclaslarda bir sıra məsələlərlə yanaşı, 10 qanun layihəsi müzakirə edilib. Hesabat dövründə komitəyə daxil olan 178 ərizə, şikayət və müraciətin hamısı araşdırılıb və müvafiq tədbirlər görülüb.

Əmək və sosial siyasət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsi barədə Musa Quliyev bildirib ki, qarşıdakı sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Gündəlikdəki qanun layihələri barədə məlumatı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib. O bildirib ki, üçüncü məsələ olan “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əmək pensiyasının minimum məbləğinin 2025-ci ilin fevralın 1-dən 320 manat məbləğində müəyyən olunması təklif edilib.

Adil Vəliyev gündəliyin dördüncü məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verərkən vurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Belə ki, layihədə əlilliyi olan şəxslərin əl işlərinin satışının həyata keçirilməsi üçün dəstəkləyici tədbirlər, həmin əl işlərinin satışından əldə olunan gəlirlərə vergi güzəştləri və digər məsələlər nəzərdə tutulub.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə sədrinin müavini Elşad Musayev, komitə üzvləri Ziyad Səmədzadə, Vüqar Bayramov, Jalə Əliyeva, Əziz Ələkbərov, Nigar Məmmədova çıxış ediblər, qeyd və təklifləri bildiriblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib, qanun layihələri isə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 14 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə

03:15
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələrə keçirilən seçkilərin yekunlarının müəyyən olunması qaydasına dair

03:13
22 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə

03:12
22 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə  

03:11
22 Yanvar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

03:10
22 Yanvar

Praqadakı Azərbaycan Mədəniyyət Evində 20 Yanvar qurbanlarının anım gecəsi keçirilib

22:57
21 Yanvar

Avropa Liqası: “Qalatasaray” autsayder “Dinamo” ilə matçda xal itirib

22:56
21 Yanvar

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb

22:54
21 Yanvar

Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

21:18
21 Yanvar

Vladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib

21:17
21 Yanvar

Mexikoda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

21:16
21 Yanvar

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb

21:14
21 Yanvar

İran Prezidenti Məsud Pezeşkian Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

21:14
21 Yanvar

Françesko Randazzo: Azərbaycan İtaliyanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır - MÜSAHİBƏ

21:13
21 Yanvar

Türkiyədəki yanğınla bağlı ölkədə bir günlük matəm elan edilib 

21:12
21 Yanvar

Prezident İlham Əliyev Davosda İsrail Prezidenti ilə görüşüb

21:11
21 Yanvar

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib

21:10
21 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədri Numan Kurtulmuşa başsağlığı verib

19:33
21 Yanvar

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb YENİLƏNİB

19:30
21 Yanvar

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

19:27
21 Yanvar

Mərkəzi Seçki Komissiyasının növbəti iclası olub

19:09
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!