17 Yanvar 2025 13:34
169
PARLAMENT
A- A+
Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib  

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib  


Yanvarın 17-də Milli Məclisin Regional məsələlər komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib. O, iclasın gündəliyinə iki məsələnin – Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabatının və komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini söyləyib.

Komitə sədri deyib ki, 2024-cü il ölkəmiz üçün uğurlu, nailiyyətlərlə zəngin bir il olub. Ötən ildə ölkənin iqtisadi gücünün artması, əhalinin sosial rifahının yaxşılaşması, regionların inkişafı istiqamətlərində tədbirlər uğurla davam etdirilib.

Sonra S.Novruzov gündəliyin birinci məsələsi olan Milli Məclisin 2024-cü ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabatı diqqətə çatdırıb.

Bildirilib ki, komitənin ötən sessiya ərzində 6-sı onlayn olmaqla 9 iclas keçirilib, 10 məsələyə baxılıb. Qeyd olunub ki, ötən sessiya dövründə vətəndaşlardan komitənin ünvanına daxil olan 52 elektron, 46 kağız formatda müraciətə baxılaraq müvafiq tədbirlər görülüb. Komitə sədri vətəndaşlardan ümumilikdə komitə üzvlərinə ünvanlanmış 738 müraciətlə bağlı da məlumat verib

Komitənin 2025-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı diqqətə çatdırıb ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.

Müzakirədə komitə üzvləri Məzahir Əfəndiyev, Aydın Mirzəzadə, Arzuxan Əlizadə, Kamran Bayramov çıxış ediblər. Deputatlar bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, regional idarəetmənin təkmilləşdirilməsi, ölkəmizin qarşısında dayanan müasir çağırışlar və digər aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.

İclasda komitənin 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, 2025-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İLAHİ ƏDALƏTİN HÜQUQİ BƏRPASI

08:00
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:13
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:12
18 Yanvar

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar

23:35
17 Yanvar

Premyer Liqa: "Qarabağ" - "Şamaxı"- 3:2

23:09
17 Yanvar

Mbappe də Benzemanın uğuruna nail olub

23:05
17 Yanvar

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

22:42
17 Yanvar

ABŞ Ali Məhkəməsi TikTok qadağası qanununu təsdiqləyib  

22:13
17 Yanvar

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir

22:01
17 Yanvar

Kvaratsxeliya:"Nə qədər çətin olsa da, vidalaşmaq vaxtıdır"

21:49
17 Yanvar

“44”ün çəkilişləri gedir

21:38
17 Yanvar

Dövlət Neft Fondunda 20 Yanvar hadisələrinin 35-ci ildönümü qeyd olunub

21:32
17 Yanvar

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

21:03
17 Yanvar

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

20:48
17 Yanvar

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb

20:45
17 Yanvar

Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

20:44
17 Yanvar

Bayden və Blinken riyakarlıq və xəyanət nümunələri kimi xatırlanacaqlar

20:36
17 Yanvar

Türkiyənin tanınmış futbol mütəxəssisləri Azərbaycana gəliblər

19:25
17 Yanvar

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüş keçirilib

19:24
17 Yanvar

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

19:23
17 Yanvar

İqtisadi fəal əhalinin sayı açıqlanıb

19:22
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!