23 Yanvar 2021 00:56
1123
Mədəniyyət
A- A+
Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” adlı kitab sərgisi açılıb

 

Yanvarın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi ili”nin açılışı münasibətilə “Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılış mərasimi və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı qədim əlyazmaları kitab kataloqunun təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə eyni zamanda akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən ingilis dilində nəşr olunan Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının da təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq, bu il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar şairin yaradıcılığının təbliği və oxuculara yaxından tanıdılması ilə bağlı bir sıra tədbirlərin keçirilməsinə start verildiyini söyləyib.

Bildirib ki, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsinin Ulu Öndər tərəfindən başlanan ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir: “Ötən illər ərzində “Nəsimi ili”, “Multikulturalizm ili” kimi neçə-neçə əlamətdar tədbirlər keçirilib, digər dahi şəxsiyyətlərimizin yubileyləri təşkil olunub. Bütün bunları Prezidentin mədəniyyətimizə, eyni zamanda Azərbaycanı dünyada tanıdan böyük şəxslərə qiyməti kimi dəyərləndirmək lazımdır. Təəssüflər olsun ki, vaxtilə Nizaminin, Füzulinin, Tusinin və bir çox başqa mütəfəkkirlərimizin əlyazmaları Azərbaycandan daşınıb aparılıb. Oxuculara və mütəxəssislərə təqdim olunan “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqda öz əksini tapan qiymətli əlyazmalar da bir vaxtlar Azərbaycandan çıxarılaraq xarici ölkələrə aparılmış və taleyin hökmü ilə nə yollarlasa Çexiyaya, Praqa Milli Kitabxanasına gəlib çıxmışdır. Təəssüflər olsun ki, 100 ilə yaxın bir müddətdə həmin kitabxanada mühafizə olunmasına baxmayaraq, Azərbaycan, türk və farsdilli Azərbaycan nəfəsli bu qiymətli əlyazmalardan heç kimin xəbəri olmamış və bu səbəbdən də onlar tədqiq olunmamışdır. Dünya kitabxanalarında mühafizə olunan Azərbaycan əlyazmalarının bu günədək nəşr olunan heç bir kataloqunda da bu əlyazmalar öz əksini tapmayıb. Ən vacibi budur ki, Praqa Milli Kitabxanasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin ən qədim əlyazma nüsxələrindən birinin mühafizə olunduğu aşkar edilmişdir”.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, son illərdə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri ilə əlaqədar, habelə milli-mənəvi dəyərlərimizə hörmətə sadiqlik əlaməti olaraq Prezident tərəfindən sərəncamların imzalanması ənənəyə çevrilib: “Əksər tədbirlərin həm də UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir. Bu il də dünya şöhrətli şair və mütəfəkkir Nizaminin 880 illik yubileyi respublikamızla bərabər, ISESCO-da, bütün dünyada, habelə TÜRKSOY tərəfindən türk dünyasında qeyd olunacaq”.

Nazir qeyd edib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatı klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq elektron və kağız nüsxələrinin gətirilməsi layihəsini həyata keçirir: “Artıq bu layihə üzrə son 2 il ərzində 53 qiymətli əlyazmanın elektron və kağız surətlərinin Azərbaycana gətirilməsi təmin olunub ki, onların arasında Türkiyə, İran, Misir, ABŞ, Avstriya, Bosniya, Çexiya, Rusiya və digər ölkələrin milli kitabxanalarında saxlanılan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Nəsrəddin Tusi, Sahib Təbrizi və digər klassiklərimizin qiymətli əlyazmaları var. Həmin əlyazmaların içərisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu günədək Azərbaycan elminə məlum olmayan qiymətli əlyazmalarını da qeyd etmək olar. İnanırıq ki, həmin əlyazmalar alimlərimiz və tədqiqatçılarımız tərəfindən geniş tədqiq olunacaq. Bu il “Nizami Gəncəvi ili” olduğuna görə biz bu il böyük Nizaminin əlyazmalarının surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetirəcəyik, Nizami haqqında və onun əsərlərindən ibarət çoxlu sayda kitab çap olunacaq, fundamental biblioqrafiyalar və ensiklopediyalar hazırlanacaq”.

A.Kərimov Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində həmin mərkəz tərəfindən nəfis şəkildə nəşr olunmuş, böyük rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabını nizamişünaslıq elminə böyük töhfə kimi dəyərləndirib. Nazir “Azərbaycan nəfəsli əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqu da “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində atılan dəyərli addımlardan biri hesab edib: “Bu kataloqda əksini tapan bir sıra əlyazmaların, o cümlədən Nizami Gəncəvinin “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının də adı var. Çox təəssüf ki, onların əksəriyyətinin bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında adı yoxdur, bu səbəbdən də alimlərimiz və mütəxəssislərimiz tərəfindən tədqiq olunmayıb. İnanıram ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmalarının elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, bu il çox böyük mədəniyyət hadisələri ilə zəngin olacaq. İl ərzində “Nizami Gəncəvi ili” ilə bağlı tədbirlərlə yanaşı, işğaldan azad olunan və mədəniyyətimizin paytaxtı elan edilən Şuşada “Xarıbülbül” festivalı və Vaqif poeziya günləri qeyd ediləcək: “Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Bu gün Nizaminin öncə gənclərimizə tanıdılmasına böyük ehtiyac var. Bu baxımdan bugünkü tədbirdə təqdim olunan kitablar böyük əhəmiyyət daşıyır. Oksford Universitetində Nizami Mərkəzinin yaradılması və Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilində çapını Nizami irsinin tanıdılmasında mühüm addım hesab edirəm”.

Tədbirdə Xalq yazıçıları Elçin, Kamal Abdulla, akademiklər Nizami Cəfərov, Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi ili” elan etməsini ölkəmizdə klassik ədəbi irsimizə, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılmasına müstəqil Azərbaycan dövlətinin göstərdiyi xüsusi diqqətin və böyük qayğının əməli ifadəsi olduğunu qeyd ediblər. Vurğulayıblar ki, Nizami Gəncəvinin zəngin bədii irsini müasir dövrdə azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən tədqiq və təbliğ etməyə, onu dünyaya məhz Azərbaycan şairi kimi daha çox tanıtmağa ehtiyac vardır.

Sonra Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov Nizaminin şeirlərini səsləndiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!