09 İyun 2026 08:55
271
Mədəniyyət
A- A+
Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"

Mətbuatımızın incə, gözəl, zərif səhifələri - "Evraqi-nəfisə"


Mətbuat yalnız informasiya vasitəsi deyil, həm də dövrün ictimai fikrini, milli ideyalarını, maarifçilik hərəkatını və cəmiyyətin problemlərini özündə əks etdirən olduqca qiymətli tarixi mənbədir. Bu baxımdan mətbuat tarixinin sistemli şəkildə araşdırılması milli yaddaşın qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Azərbaycan mətbuat tarixinin öyrənilməsi də xalqımızın ictimai-siyasi, mədəni və mənəvi inkişaf yolunun araşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın XX əsrin əvvəllərində nəşr olunan mətbu nümunələri tarixi, siyasi və ədəbi məlumatlarla zəngindir. Lakin bu gün ərəb əlifbasını bilməyən oxucular onları oxumaqda  çətinlik çəkirlər. Transliterasiya həmin dəyərli mənbələrin daha geniş oxucu kütləsi üçün əlçatan olmasını təmin edir, eyni zamanda tarixi faktların, dil xüsusiyyətlərinin və ictimai fikir tarixinin daha dəqiq öyrənilməsinə şərait yaradır. Odur ki, ərəb qrafikalı mətbuat nümunələrinin transliterasiyası milli-mədəni irsin qorunması və elmi dövriyyəyə daxil edilməsi baxımından mühüm vəzifələrdən biri hesab edilə bilər. Bu mənada Azərbaycan mətbuat tarixində ilk incəsənət, mədəniyyət və ədəbiyyat dərgisi olan "Evraqi-nəfisə"nin materialları əsasında "Evraqi-nəfisə" (araşdırma, tədqiqatlar) kitabının nəşr edilməsi təqdirəlayiqdir.

Kitab Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşəbbüsü ilə hazırlanaraq Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi 2025-ci il qrant müsabiqəsi çərçivəsində çap olunub. "Evraqi-nəfisə" "Zərdabi Nəşr" MMC nəşriyyatı tərəfindən 200 nüsxə ilə yüksək poliqrafiyada işıq üzü görüb. 

Kitabı ərsəyə gətirən Əməkdar jurnalist, Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır. "Evraqi-nəfisə" kitabının akademik məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, ərəb qrafikalı mətnlərin transliterasiya redaktoru Bakı Dövlət Universitetinin Æurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının baş müəllimi Samir Mirzəyevdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşrə başlayan  "Evraqi-nəfisə" dərgisinin cəmi 6 sayı nəşr olunub. Kitabda qeyd olunduğu kimi, ilk sayı 1919-cu ilin martında işıq üzü görən "Evraqi-nəfisə"nin müdir və sahibi-imtiyazı dövrün tanınmış ziyalısı, bəstəkar Zülfüqar bəy Hacıbəyli, baş mühərriri mətbuat aləmində kifayət qədər tanınan Əliabbas Müznib idi.

Professor Asif Rüstəmli kitaba yazdığı "Övraq", yoxsa "Evraq" başlıqlı yazısında dərginin adına aydınlıq gətirib. Onun fikrincə, uzunmüddətli araşdırmalar isbatlayır ki, Azərbaycan ədəbiyyatının klassik nümunələrini ilk (ərəb qrafikalı) mənbələrdən transfoneliterasiya edənlərdən bəziləri söz birləşməsinin məntiqə zidd məna verdiyini nəzərə almadan "Evraq" əvəzinə "övraq" sözündən intensiv istifadə etmişlər: "Nəticədə çox mühüm, klassik nəşrlərdə əsərlərin mənası təhrif olunmuş, fikrin fəlsəfi anlamı, məntiqi dürüstlüyü pozulmuş, müəllif sözünün qayəsinə, orijinallığına xələl dəymişdir. Xüsusilə izafət qəbul edən söz birləşmələrində "Evraq" ("ovraq") yerinə sözün "övraq" şəklində yanlış transfoneliterasiya edildiyinin şahidi oluruq".

Professor A.Rüstəmli onu da diqqətə çatdırıb ki, "Evraqi-nəfisə" adının hər iki komponenti ərəb mənşəli sözdür: "Nəfis - incə, gözəl, zərif anlamını ifadə edir. Evraq - vərəqlər, səhifələr, sənədlər mənasında yuvalanıb. "Evraqi-nəfisə" - incə gözəl, zərif vərəqlər, səhifələr fikrinin məna yükünü özündə əks etdirir". A.Rüstəmli məcmuənin sərlövhəsinin təsadüfi seçilmədiyini vurğulayıb.

"Evraqi-nəfisə"nin müdir və sahibi-imtiyazı Zülfüqar bəy Hacıbəyli ilk nömrəyə yazdığı "Bir neçə söz" adlı baş məqaləsində məcmuənin məqsədini, məramını belə açıqlayıb: "Evraqi-nəfisə" məcmuəsi islam aləminin gərək sabiq və gərəksə hali-həyatda olan ərbabi-hünərinin təracimi-əhvalı və asarından bəhs etməklə bərabər, səhnə və musiqi tərəqqi və təalisinə çalışmağı öhdəsinə götürərək, meydani-intişara qədəm qoyur".

 Məcmuənin birinci sayında Ə.Müznib "İdarədən" başlığı ilə yazırdı ki, məsləkimiz ədəbiyyat və "sənayei-nəfisə"mizə xidmət olaraq türk teatr və musiqisindən də lazımınca məlumat verməkdir: "İştə, bununla da ədib, şair və mühərrirlərimizin mənəvi cəhətdən müavinətlərini arzu etməklə bərabər, yazdıqları şeir və məqalələrinə məcmuəmizin səhifəsi açıq olduğunu bildiriyoruz".

Hər bir mətbu orqan öz dövrünün aynasıdır. "Evraqi-nəfisə" dərgisi də öz zəmanəsi haqqında məlumat verərək zəngin təəssürat yarada bilir. Səhifələrində yer verilmiş milli teatr xadimlərinin, görkəmli ədiblərin bioqrafiyaları, onların haqqında verilmiş faktlar, Şərq musiqisi, incəsənəti, türk-müsəlman dünyasının tarixi sənət nümunələri barədə yazılar xüsusi maraq doğurur. Həmin yazılar zəngin məlumat mənbəyi olmaqla yanaşı, əhatə etdiyi problemlərin bu gün də aktual olması baxımından əhəmiyyətlidir. 

"Evraqi-nəfisə" kitabında qeyd olunub ki, Azərbaycan milli teatrının bünövrəsini yaradan, onu inkişaf etdirən, ömrünü sənətə həsr edən aktyorların bioqrafiyaları, teatra gəlişləri və oynadıqları rolları, sənətə baxışlarını geniş oxucu kütləsinə çatdırmaq "Evraqi-nəfisə"nin qədirşünaslığından, keçmişə ehtiramından doğurdu: "Məcmuənin 6 sayının hər birində "hali-həyatda olan" teatr və mədəniyyət xadimlərinin tərcümeyi-halları, milli teatr tarixi ilə bağlı faktlar və bu sənətkarların oynadıqları rollardan fotoşəkillər çap olunub. Ömrünün ahıllığını yaşayan aktyorlar özləri "Evraqi-nəfisə" ilə əlaqə yaradır, tərcümeyi-hallarını qələmə alır, oynadıqları obrazlarla bağlı məlumatlar verilirdi".

Kitabda "Evraqi-nəfisə" məcmuəsinin ideya istiqamətləri təhlil edilib, ayrı-ayrı bölmələr, bəzi seçilmiş mətnlərin ərəb əlifbasından latın qrafikasına transliterasiyası, qeyd və şərhlər verilib. Kitabda məcmuənin hər sayına uyğun ərəb-fars sözləri lüğətinin verilməsi də "Evraqi-nəfisə"nin oxunuşunu bu günün oxucusu üçün daha asan edib. 

Qeyd edək ki, "Evraqi-nəfisə" (araşdırma, tədqiqatlar) kitabı mədəniyyət və incəsənət tariximizə, öyrənilməsinə maraq göstərən oxucular və ali məktəblərin Jurnalistika fakültəsi tələbələri, magistr və doktorantları üçün gərəkli mənbədir. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!