Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb
Binəqədi rayonu Əlağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbin şagirdləri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Süni intellektin coğrafiyada tətbiqi” mövzusuna həsr edilmiş görüşdə müəssisənin baş direktoru professor Zakir Eminov şagirdlərə Coğrafiya İnstitutunun tarixi, tədqiqat sahələri, görkəmli alimləri, elmi nailiyyətləri, beynəlxalq əlaqələri və s. haqqında geniş məlumat verib. Bildirib ki, müəssisə ilə məktəblilər arasında yaranmış çoxillik ənənəyə görə institut əməkdaşları məktəblilərlə görüşlərə həmişə hazırdırlar və onların elmə, xüsusən coğrafiyaya olan maraqlarını alqışlayır, istedadlı, çalışqan şagirdlərə həmişə dəstək olmağa çalışırlar.
İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev iqlim dəyişiklikləri, quraqlıq və səhralaşma problemləri, müasir texnologiyaların iqlimin tədqiqində rolu, meteoroloji silahlar, sinoptik proqnozların verilməsi və s. haqqında məlumat verib.
Geoinformatika və kartoqrafiya şöbəsinin kiçik elmi işçisi Nazim Gəraylı çıxışında süni intellektin coğrafiyada rolu, əhəmiyyəti və faydaları, xəritələrin tərtibində və sinoptik proqnozların hazırlanmasında onlardan istifadə və digər məsələlərdən söhbət açıb.
Tədbirin sonunda məktəbin coğrafiya müəllimi Rafiq Məmmədov institutun rəhbərliyi və tədbirdə iştirak edən əməkdaşlara öz minnətdarlığını bildirib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yeni buz forması kəşf edilib
27 Iyul
Yeni axtarış sistemi işə salınır
27 Iyul
Parlament seçkilər ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək
27 Iyul
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!