17 İyul 2026 12:16
557
CƏMİYYƏT
A- A+
Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı artıb  

Masallıda kənd təsərrüfatı məhsullarının istehsalı artıb  

Masallı Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, bu ilin 6 ayında kənd və meşə təsərrüfatı, eləcə də balıqçılıq sahəsi üzrə məhsul buraxılışının ümumi dəyəri 2025-ci ilin eyni dövrünə nisbətən 6,7 faiz artaraq 175 milyon 589,1 min manat olmuşdur. Onun 108 milyon 847,5 min manatı (62 faizi) bitkiçilik, 66 milyon 741,6 min manatı (38 faizi) heyvandarlıq məhsullarının payına düşmüşdür.

Rayon üzrə əkin sahələrinin 13 min 392 hektarı (72,7 faizi) dənli və dənli-paxlalı bitkilər,  90 hektarı (0,5 faizi) texniki bitkilər, 3 min 716,3 hektarı (20,2 faizi) kartof, tərəvəz və bostan bitkiləri, 1218,5 hektarı (6,6 faizi) yemlik bitkilər olmuşdur. 

Cari ilin iyul ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 30 min 475,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 20 faiz çox dənli və dənli-paxlalı bitkilər, 24 min 780 ton (54,5 faiz çox) kartof, 40 min 38,5 ton (0,7 faiz az) tərəvəz, 2 min 297 ton (5,2 faiz çox) bostan məhsulları, 2 min 448 ton (21,6 faiz çox) meyvə və giləmeyvə, 27,8 ton (6,9 faiz çox) yaşıl çay yarpağı toplanmışdır. 

6 ay ərzində rayon üzrə diri çəkidə 3 min 632,4 ton ət, 26 min 264,2 ton süd, 36 milyon 790 min ədəd yumurta və 144,3 ton yun istehsal edilmişdir və 2025-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,6 ton, yumurta  istehsalı min ədəd artmış, süd istehsalı 2,6 ton azalmış, yun istehsalı eyni qalmışdır. İyul ayının 1-i vəziyyətinə rayonda 74 min baş qaramal (ondan 37,2 min baş inək və camışlar), 96,3 min baş qoyun və keçi olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qaramalın sayı 65, inək və camışların 20, qoyun və keçilərin sayı 108 baş artmışdır.


Seyran CAVADOV,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

14:50
10 Avqust

 Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

14:44
10 Avqust

Kosta rikalı diplomat BMT-nin baş katibi postu uğrunda mübarizədə favoritdir  

14:29
10 Avqust

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

14:28
10 Avqust

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

14:27
10 Avqust

Qubada növbəti təmizlik aksiyası keçirilib  

14:21
10 Avqust

Hanter BAYDEN: "Nə qədər sağdır mübarizə aparacaq"

14:16
10 Avqust

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

13:37
10 Avqust

ABŞ Kolumbiyaya 1 milyard dollarlıq təhlükəsizlik yardımı vəd edib  

13:25
10 Avqust

Qocalmanın qarşısını ala bilən yeni ferment aşkar edilib  

13:23
10 Avqust

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

13:22
10 Avqust

Süni intellekt dəstəyi ilə dövlətin səmərəsiz xərclərinə son qoyulur  

13:20
10 Avqust

Türkiyə şokolad ixracatında keyfiyyət və xammal üstünlüyü ilə öndədir  

13:15
10 Avqust

Yer üzündə həyat iki dəfə yaranıb?  

13:14
10 Avqust

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

13:12
10 Avqust

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

13:09
10 Avqust

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

13:07
10 Avqust

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

13:04
10 Avqust

Sabah bəzi yerlərdə yağış yağacaq

13:02
10 Avqust

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

12:59
10 Avqust

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

12:34
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!