30 Yanvar 2026 01:23
2417
ELANLAR
A- A+
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT MƏSLƏHƏTÇİNİN İXTİSASINA ƏSASLANAN SEÇİM (MİƏS)


Layihənin Adı: Yaşanılabilən Bakı (hazırlıq mərhələsi)
Qrant Nömrəsi: TF-C8884
Tapşırığın Adı: Abşeron tullantı hövzəsi üzrə Birləşdirilmiş Bərk Məişət Tullantılarının İdarə Edilməsi altlayihələri üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək üzrə məsləhət xidmətləri
Satınalma Planının İstinad Nömrəsi: AZ-MOEC-CS-CQS-04
Ölkə: Azərbaycan

1.    Azərbaycan Respublikası Dünya Bankından “Yaşanılabilən Bakı” layihəsinin hazırlıq mərhələsi üçün qrant (TF-C8884) əldə etmişdir və qrant vəsaitinin bir hissəsini aşağıdakı məsləhət xidmətləri üçün yönəltməyi planlaşdırır.

2.    Məsləhət xidmətləri (“Xidmətlər”) Abşeron tullantı hövzəsi üzrə Birləşdirilmiş Bərk Məişət Tullantılarının İdarə Edilməsi altlayihələri üçün Ətraf mühit və Sosial çərçivə (ƏMSÇ) alətlərinin hazırlanmasına dəstək xidmətlərini əhatə edir.

Məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (İcraçı Agentlik) Abşeron tullantı hövzəsində yerləşəcək birləşdirilmiş bərk məişət tullantılarının idarə edilməsi infrastrukturunun (beş əsas komponentdən — bərk məişət tullantılarının poliqonu/poliqonları və tullantıların ötürücü məntəqələrindən ibarət) tikintisi və istismarı üçün Ətraf mühit və Sosial risklərin idarə edilməsi (ƏMSRİE) sənəd paketinin hazırlanması, ictimaiyyətə açıqlanması və maraqlı tərəflərlə məsləhətləşmələrin keçirilməsi işlərində dəstək göstərəcək.

Tapşırığın ümumi müddəti müqavilənin imzalanma tarixindən etibarən 6 aydır. Tapşırığın icrasına 2026-cı ilin aprel ayında başlanılması nəzərdə tutulur. Tapşırığın ehtimal olunan ümumi dəyəri 100,000 ABŞ dollarıdır. Təhvil veriləcək işlərin siyahısı və gözlənilən müvafiq icra müddətləri aşağıdakı keçiddə yerləşdirilən Texniki Tapşırıqda (TT) göstərilmişdir: 

https://www.dropbox.com/scl/fi/rrdla6krbsylu4w1g5bb5/ToR_ESRM_Waste_management_FINAL_28.01.2026.docx?rlkey=um0m0vjlysg9ewrdzxif10rj5&st=0oxj6spc&dl=0

3.    İcraçı Qurum hazırda uyğun ixtisaslı məsləhətçi şirkətləri (Məsləhətçilər) qeyd olunan Xidmətlərin icra edilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Maraqlanan Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan müvafiq ixtisas və təcrübəyə malik olduqlarını göstərən məlumatları təqdim etməlidirlər.

4.    Xidmətləri icra etmək üçün ən uyğun şirkət Dünya Bankının qaydalarında göstərilən Məsləhətçinin ixtisasına əsaslanan seçim (MİƏS) üsuluna uyğun olaraq seçiləcək və aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:

(i)       Ümumi Təcrübə: a)Maraqların ifadəsinin son tarixinə qədər şirkətin əsas fəaliyyət istiqaməti kimi məsləhət xidmətləri sahəsində ən az 10 illik ümumi iş təcrübəsi və Dünya Bankı kimi Beynəlxalq Maliyyə İnstitutları (BMİ) tərəfindən maliyyələşdirilən layihələrdə təcrübə.

(ii)     Xüsusi Təcrübə:

-      Bərk məişət tullantıları üçün poliqonlar ötürücü məntəqələrinin araşdırılması və qiymətləndirilməsinin bütün formalarında, o cümlədən ətraf mühitə və sosial təsirin qiymətləndirilməsi işlərində təcrübə; bu araşdırma və qiymətləndirmələr üçün Avropa İttifaqının ətraf mühit standart və tənzimləmələri ilə müəyyən edilmiş meyarlara, eləcə də Dünya Bankının siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmə bacarığı;

-      Poliqon və ötürmə məntəqələrinin layihələndirilməsi və icrası proseslərində təcrübə;

-      Yeni poliqonlar və ötürmə məntəqələrinin ətraf mühitə təsirin azaldılması ilə bağlı tədbirləri nəzərə almaqla tikinti və istismar xərclərinin dəqiq hesablanması sahəsində təcrübə.

(iii)   Oxşar regionlarda təcrübə və heyət səfərbərliyi bacarığı:

Azərbaycan və ya Cənubi Qafqaz regionunda və ya oxşar iqlim şəraitinə malik bölgələrdə təcrübənin olması, həmçinin yerli ətraf mühit və sosial tənzimləyici çərçivələrə dair anlayışın mövcudluğu üstünlük hesab olunur. Texniki tapşırıqda müəyyən edilmiş vəzifələrin icrası üçün tələb olunan ixtisaslı mütəxəssislərin səfərbər edilməsi bacarığı.

 

Qısa siyahıyaalma mərhələsində əsas mütəxəssislər fərdi olaraq qiymətləndirilməyəcək, lakin növbəti mərhələdə seçilmiş Məsləhətçinin ixtisasının qiymətləndirilməsinə tapşırıqla bağlı müvafiq əsas mütəxəssislərin ixtisasları, təcrübələri və mövcudluğu da daxil ediləcəkdir. Məsləhətçi komandasına həm beynəlxalq, həm də yerli mütəxəssislərin daxil ediləcəyi gözlənilir.

5.    Yuxarıda qeyd olunan seçim meyarlarına uyğun olduğunu nümayiş etdirmək üçün Məsləhətçilər ən azı aşağıdakı sənədləri təqdim etməlidirlər. Məsləhətçi şirkət yalnız özünün ixtisas və təcrübəsinə dair məlumatları təqdim edə bilər; belə ki, şirkət öz idarəedici (parent company), eyni idarəedici şirkətə aid (sister company) və ya törəmə şirkətlərinin və ya öz əməkdaşlarının təcrübəsini öz təcrübəsi kimi göstərə bilməz.

(i)       Şirkətin müvafiq dövlət orqanı tərəfindən verilmiş qeydiyyat/təsis sənədləri.

(ii)     Şirkətin əsas fəaliyyət sahələrini əks etdirən broşürlər.

(iii)   Bu Maraq ifadəsi üçün dəvətə əlavə olunmuş 1№-li formanı (formaya keçid linki: https://www.dropbox.com/scl/fi/hulzprh5xzvtzsl0goehf/Form-1-Similar-Contracts.docx?rlkey=qvhme2yl126m609f5wilwi5w0&st=wvya8boj&dl=0)  tamamlayaraq oxşar layihə/müqavilələr barədə məlumatların təqdim edilməsi. Tamamlanmış müqavilələr üzrə sifarişçi rəylərinin (referans məktublarının) surətlərini hazırki mərhələdə təqdim etmək tələb olunmur. Lakin növbəti mərhələdə, təkliflərin təqdim edilməsi zamanı, Sifarişçi seçilmiş məsləhətçidən həmin rəylərin surətlərini təqdim etməyi tələb edə bilər.

(iv)   Tapşırıqla bağlı mövcud mütəxəssislərin siyahısı və onların ixtisası və müvafiq təcrübəsi haqqında qısa məlumat.

 

6.    Məsləhətçilər, ixtisas və bacarıqlarını artırmaq məqsədilə assosiasiya yarada bilərlər. Belə assosiasiyalar birgə müəssisə (BM) formasında (bu halda BM üzvləri birgə və ayrılıqda məsuliyyət daşıyırlar) və ya sub-məsləhətçi formasında ola bilər (bu halda baş məsləhətçi sub-məsləhətçinin xidmətlərinə görə də məsuliyyət daşıyır). Assosiasiya formasında olarsa, məsləhətçilər təklif olunan assosiasiyanın tərkibini əsaslandırmaq üçün maraq ifadəsində       (a) assosiasiyanı formalaşdırmaqda məqsədlərini və (b) birgə müəssisənin hər bir üzvünün və/və ya hər bir sub-məsləhətçinin tapşırığın icrasında nəzərdə tutulmuş rolunu və müvafiq ixtisasını izah etməlidirlər.

 

Qeyd: Yuxarıda 4-cü bənddə qeyd edilən xüsusi təcrübə tələbinə uyğunluğun qiymətləndirilməsi zamanı sub-məsləhətçilərin təcrübəsi nəzərə alınmayacaq.

7.    Xidmətlərin göstərilməsində marağı olan məsləhətçilər Dünya Bankının 2025-ci il fevral tarixli “İnvestisiya Layihələrinin Maliyyələşdirilməsi (İLM) üzrə Borcalanlar üçün Dünya Bankının Satınalma Qaydaları” sənədinin 3.14, 3.16 və 3.17-ci bəndlərində Dünya Bankının maraqların toqquşması siyasətinə diqqət yetirməlidirlər.

8.    Maraq ifadələri yazılı formada, imzalanmış sənəd şəklində aşağıda göstərilən elektron poçt ünvanına 13 fevral 2026-cı il tarixinədək təqdim olunmalıdır.

Əlavə məlumatı aşağıdakı elektron poçt ünvanından əldə etmək olar:

Əlaqələndirici şəxs: Nicat Hüseynov – Layihə koordinatoru/Direktor müavini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Layihə İcra Qrupu

Ünvan: Heydər Əliyev prospekti 155, AZ1029, Bakı, Azərbaycan
Tel: +994 12 310 28 00 (daxili: 2227)
E-mail:
[email protected]  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!