18 Oktyabr 2024 08:15
397
İQTİSADİYYAT
A- A+
Makroiqtisadi göstəricilər proqnozları üstələyir

Makroiqtisadi göstəricilər proqnozları üstələyir


Dövlət Statistika Komitəsi (DSK) yanvar-sentyabr aylarının makroiqtisadi göstəricilərini açıqlayıb. Bildirilir ki, ötən müddət ərzində ölkə üzrə 92,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri neft-qaz sektorunda 7,1, neft-qaz sektorunda 0,9 faiz artmışdır. 

DSK-nın hesabatına görə, ilin 9 ayında ÜDM-in 37,1 faizi sənaye, 9,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 19,2 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 9102,9 manat əlavə dəyər düşmüşdür.    

9 ay ərzində ölkə üzrə 47,8 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri neft-qaz sektorunda 8,7 faiz artmışdır. Sənaye məhsullarının 64 faizi mədənçıxarma, 30,2 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. 

Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 4 faiz azalmış, əmtəəlik qaz hasilatı 5,2 faiz artmışdır. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4, əczaçılıq məhsullarının istehsalı 47,4, kompüter, elektron və optik məhsullarının istehsalı 42,9, hazır metal məmulatlarının istehsalı 38,1, mebel istehsalı 35,8, elektrik avadanlıqlarının istehsalı 34,1, metallurgiya sənayesi məhsullarının istehsalı 29,9, rezin və plastik kütlə məmulatlarının istehsalı 23, tikinti materiallarının istehsalı 22,9, içkilərin istehsalı 19,9, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,2, tütün məmulatlarının istehsalı 12,9, kimya sənayesi məhsullarının istehsalı 9,6, kağız və karton istehsalı 8,2, qida məhsullarının istehsalı 7, neft məhsullarının istehsalı 2,8 faiz artmışdır. Artım həmçinin qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında (müvafiq olaraq 1 və 9,1 faiz) qeydə alınmışdır. 

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, cari ilin yanvar-sentyabr aylarında  əsas kapitala 12 milyard 711,1 milyon manat vəsait yönəldilmişdir. Bu, keçən ilin eyni dövründəkindən 3,9 faiz azdır. İstifadə olunmuş ümumi vəsaitin 49,6 faizi məhsul istehsalı və 37,3 faizi xidmət obyektlərinin, 13,1 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 83,2, faizi daxili sərmayələr olan vəsaitin 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,4, qeyri neft-qaz sektoruna sərf edilən vəsaitin həcmi isə 1,6 faiz azalmışdır.   

Sosial sahəyə, daha dəqiq desək, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə 2024-cü ilin yanvar-avqust aylarında bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 8 faiz artaraq 997,1 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə yanvar-sentyabr  ayları ərzində 6,1 faiz artaraq 61,6 milyard manat olmuşdur. 

DSK-nın hesabatında həmçinin bildirilir ki, ötən 9 ay ərzində pərakəndə ticarət şəbəkəsindən əhaliyə 42,7 milyard manatlıq məhsul satılmış, 9,06 milyard manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2023-cü ilin eyni dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,6, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 8,3 faiz artmışdır. 

Hesabat dövrünün nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 2,5 milyard manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 73,4 faizindən əhali istifadə etmişdir. 9 ay ərzində bu xidmətlərin həcmi 12 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 84,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir. Ötən 9 ayda ölkə üzrə 173,3 milyon ton yük, 1,4 milyon nəfərdən çox sərnişin daşınmışdır ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən yük daşınması üzrə 4, sərnişin daşınması üzrə 9 faiz çoxdur.   

İstehlak qiymətlərinə gəldikdə vəziyyət belədir: cari ilin yanvar-sentyabr aylarında 2023-cü ilin eyni ayı ilə müqayisədə istehlak qiymətləri 101,5, o cümlədən ərzaq məhsulları, içki və tütün məmulatları üzrə 100,4, qeyri-ərzaq malları üzrə 101,4, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 103,3 faiz olmuşdur. 

  

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Ferrari” ən güclü avtomobilini təqdim edib

19:11
18 Oktyabr

Qatar fil sürüsü ilə toqquşdu

18:53
18 Oktyabr

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər

18:39
18 Oktyabr

“Yaşıl dünya naminə həmrəylik ili”: Biləsuvarda 10 min ağac əkiləcək

18:37
18 Oktyabr

Almaniya parlamenti miqrasiya siyasətini sərtləşdirdi 

18:21
18 Oktyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib

18:16
18 Oktyabr

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında

18:14
18 Oktyabr

Məlumatların ötürülməsi zamanı rekord sürətə nail olunub

18:12
18 Oktyabr

Almaniya Ukraynaya raket göndərməyəcək

18:11
18 Oktyabr

Gənclər Fondu ilk dəfə fiziki şəxslər və gənclər təşkilatları üçün qrant müsabiqəsinə start verir 

17:28
18 Oktyabr

Sabirabadda 11 mindən çox ağac əkiləcək

17:25
18 Oktyabr

MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının iclası olub

17:21
18 Oktyabr

“Yeniyetmə və gəclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin təqdimatı olub

17:18
18 Oktyabr

Azərbaycan II TÜRKSOY Teatr Festivalında təmsil olunur

17:16
18 Oktyabr

İran: Problemlər dinc yolu ilə həll olunmalıdır

17:09
18 Oktyabr

“Araz” SES yenidən qurulacaq - AÇIQLAMA

16:58
18 Oktyabr

Peşə təhsilinin təşkili ilə bağlı cəzaçəkmə müəssisələrinə baxış keçirilib

16:58
18 Oktyabr

“Qarabağ” rəsmiləri Yohan Kroyff adına institutun diplomunu alıblar

16:55
18 Oktyabr

Çin lideri Rusiyaya gedəcək  

16:51
18 Oktyabr

Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb

16:39
18 Oktyabr

Gürcüstanda yeni nazir təyinatı olub  

16:33
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!