26 Avqust 2026 11:40
141
CƏMİYYƏT
A- A+
Laçın: Zəfərdən dirçəlişə uzanan yol

Laçın: Zəfərdən dirçəlişə uzanan yol


Artıq 4 ildir qeyd edilən “26 Avqust – Laçın şəhəri Günü” Azərbaycanın müasir tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdəndir. Bu tarix Laçının işğaldan azad edilməsini, tarixi ədalətin bərpasını və laçınlıların doğma yurda qayıdışını özündə ehtiva edir.

Laçın 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, rayonun əhalisi doğma torpaqlarından didərgin salınmış, yaşayış məntəqələri, sosial və mədəni infrastrukturu dağıdılmışdı. Laçın rayonunun işğalı Azərbaycanın sonrakı ərazi itkilərinin genişlənməsinə də mühüm təsir göstərdi, ardıcıl olaraq bir neçə rayon işğal olundu.

2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində Laçın rayonunun Azərbaycana qaytarılması təmin edildi. 2020-ci il dekabrın 1-də rayon Azərbaycana təhvil verildi, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə qaytarıldı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın şəhəri Günü elan edildi.

Laçının azadlığından sonra şəhərin və rayonun sürətli bərpası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçına dəfələrlə səfər edərək burada aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış olub, yeni sosial, iqtisadi və infrastruktur layihələrinin açılışlarında iştirak ediblər. Bu səfərlər Laçının dirçəliş prosesinə dövlət səviyyəsində göstərilən xüsusi diqqətin mühüm göstəricisidir.

2023-cü ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçın rayon 2 nömrəli tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib, “Həkəri Balıq Təsərrüfatı” və “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu açılıb. Həmin səfər çərçivəsində Laçının sənaye zonasında fəaliyyət göstərən müəssisələrdə yaradılmış şəraitlə də tanışlıq keçirilib. 

2025-ci ilin mayında dövlət başçısının Laçına növbəti səfəri zamanı “LATIFA” Laçın tikiş fabrikinin açılışı keçirilib, Laçın kanat yolunun təməli qoyulub. Bu layihələr şəhərin sənaye, turizm və xidmət imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Bu gün Laçın genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi, müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan şəhərdir. “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” çərçivəsində yaşayış məhəllələri, məktəblər, səhiyyə, mədəniyyət və turizm obyektləri yaradılır.

Böyük Qayıdış çərçivəsində 2023-cü il mayın 28-dən laçınlıların şəhərə qayıdışına başlanılıb. Zabux, Sus və Bəylik kəndlərində də məskunlaşma prosesi davam edir. Beləliklə, uzun illər davam edən yurd həsrəti real qayıdışla əvəz olunur. Laçında artıq məktəblər, səhiyyə müəssisələri, enerji obyektləri, ictimai və xidmət infrastrukturu fəaliyyət göstərir. 

Laçının inkişafında yaşıl enerji xüsusi yer tutur. Rayonda bir sıra su elektrik stansiyaları istifadəyə verilib, yeni SES-lərin tikintisi davam etdirilir. Kəlbəcər–Laçın avtomobil yolu və Laçın Beynəlxalq Hava Limanı regionun nəqliyyat imkanlarını genişləndirir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə şəhərin ölkənin digər bölgələri və beynəlxalq məkanla nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından mühüm hadisədir. 

2026-cı il iyulun 11-də “Həkəriçay” su anbarının təməlinin qoyulması da bölgənin gələcək su təminatı baxımından mühüm strateji layihədir.

Laçında iqtisadi və turizm potensialının inkişafı istiqamətində də mühüm layihələr həyata keçirilir. “Laçın Aqro-Sənaye Parkı”, istehsal müəssisələri, “Laçın” İstirahət Kompleksi və digər layihələr yeni iş yerlərinin yaradılmasına və rayonun iqtisadi fəallığının artırılmasına xidmət edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2023-cü ildə açılışı keçirilmiş Laçın Aqro-Sənaye Parkında artıq bir sıra müəssisələr fəaliyyət göstərir. 

2025-ci ildə Laçının MDB-nin “Mədəniyyət paytaxtı” elan olunması şəhərin zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisə olub.

Bu gün Laçın Azərbaycanın Zəfərinin və Böyük Qayıdışının rəmzlərindən biridir. İşğaldan azad edilmiş şəhər sürətlə yenidən qurulur, həyat bərpa olunur və laçınlılar öz doğma yurdlarında yeni gələcəklərini qururlar.

Laçın – Zəfərdən dirçəlişə, keçmişdən gələcəyə uzanan Azərbaycanın yeni inkişaf yolunun parlaq nümunəsidir.


İlqar İLYASOV,

YAP Qaradag rayon təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AİB sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə 400 milyon dollar ayıra bilər

12:07
26 Avqust

Xəzərdə “Dədə Qorqud” izi 

12:06
26 Avqust

Gəncədə ixtisaslaşdırılmış əmək yarmarkası keçirilib

11:53
26 Avqust

“Mərkəzi Azəri” platformasının profilaktik işlər proqramı uğurla başa çatıb

11:51
26 Avqust

Rusiyanın Tambov və Lipetsk vilayətlərinə PUA hücumları olub, ölənlər var

11:43
26 Avqust

Laçın: Zəfərdən dirçəlişə uzanan yol

11:40
26 Avqust

Misin qiyməti rekord həddə yaxınlaşır

11:38
26 Avqust

Ötən gün 73 cinayətin açılması təmin olunub

11:11
26 Avqust

Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib

11:09
26 Avqust

“Laçından 4 övladımla çıxmışdım, 12 nəvəmlə qayıtdım” - Məmmədovların həyat hekayəsi

10:51
26 Avqust

Ağdamın Xıdırlı və Kəngərli kəndlərinin sakinlərinə səyyar tibbi xidmət göstərilib

10:48
26 Avqust

Qızıl və gümüş bahalaşıb

10:47
26 Avqust

“Brent”in qiyməti 87 dollara enib

10:45
26 Avqust

Azərbaycan nefti 91,93 dollara satılır

10:43
26 Avqust

Laçın öz tarixi simasını və gələcəyini yenidən qazanır  

10:37
26 Avqust

NBC İranın ABŞ kəşfiyyat obyektlərinə vurduğu ziyanı milyardlarla dollar qiymətləndirir  

09:29
26 Avqust

“Sabah”dan tarixi nəticə: İlklər və rekordlar

09:25
26 Avqust

ABŞ-də bayraqlar bir həftə yarıyadək endiriləcək

09:22
26 Avqust

İrəvan Bakının sülh gündəliyi ilə razılaşmağa məcburdur 

09:00
26 Avqust

Mədəniyyət xəzinəmizin əbədi inciləri

08:50
26 Avqust

Daha çox turistdən daha geniş turizmə 

08:45
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!