13 Fevral 2026 14:37
536
CƏMİYYƏT
A- A+
Kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi: aktual problemlər və yanaşmalar  

Kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi: aktual problemlər və yanaşmalar  


Fevralın 12-də Bakı Kommersiya Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin birgə təşkilatçılığı ilə kommersiya mübahisələrinin xüsusiyyətlərinə və aktual məsələlərinə həsr olunmuş seminar–dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin hakimləri, Vəkillər Kollegiyasının üzvləri və biznes strukturlarının nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Bakı Kommersiya Məhkəməsinin sədri İlham Əhmədov kommersiya mübahisələri üzrə praktiki və nəzəri hüquqi məsələlərin müzakirəsinin, eləcə də məhkəmə-hüquq təcrübəsi üzrə fikir mübadiləsinin əhəmiyyətini vurğulayıb.

O, xüsusilə çirkli pulların yuyulmasının qarşısının alınması ilə bağlı maddi hüquq məsələlərinə toxunub. Hüquqi şəxslərin yenidən təşkili zamanı hüquqi varislik, universal və xüsusi hüquq qabiliyyətinin fərqləndirilməsi, sübutetmə vəzifəsinin icrası, korporativ mübahisələrdə məhkəmə baxışının hədləri, sadələşdirilmiş icraat və digər mühüm məsələlər üzrə məhkəmənin formalaşmış praktikası barədə ətraflı məlumat verib.

Daha sonra Ali Məhkəmənin Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva Ali Məhkəmənin kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, eyni zamanda məhkəmə aidiyyəti, müvəqqəti təminat tədbirləri, sübutların qiymətləndirilməsi və digər maddi və prosessual hüquq məsələləri üzrə formalaşmış mövqeyə toxunub.

Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri Nazlı Əhmədova tədbirin təşkilinə görə Bakı Kommersiya Məhkəməsinə, həmçinin Ali Məhkəmənin Kommersiya Kollegiyasına və Bakı Apellyasiya Məhkəməsinə təşəkkürünü bildirib. O, bu cür dialoqun vəkillər tərəfindən yüksək qiymətləndirildiyini, ədalət mühakiməsinin inkişafına və səmərəli təcrübə mübadiləsinə mühüm töhfə verəcəyini qeyd edib.

Tədbirdə Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhman Qəribov və Bakı Apellyasiya Məhkəməsinin hakimi Leyla Əliyeva mövzu ilə bağlı məhkəmə təcrübəsi barədə çıxış ediblər.

Vəkillər Kollegiyasının üzvləri Əkrəm Həsənov, Cavid Alıyev, Dünyamin Novruzov, Sevda Məhərrəmova, Şaiq Mirzəyev, Rüfət Bədirli və Əlibaba Əliyevin qaldırdıqları praktiki məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seminarın sonunda xatirə fotosu çəkilib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 118 dollara satılır

10:01
15 Aprel

Azərbaycanın tibb tarixində böyük xidmətləri olan görkəmli alim 

09:44
15 Aprel

ABŞ Prezidenti: NATO bizimlə olmayıb və gələcəkdə də olmayacaq  

09:35
15 Aprel

Xəzər dənizində zəlzələ olub

09:35
15 Aprel

Tramp: İrandakı müharibə hələ bitməyib, amma sona yaxınlaşır

09:34
15 Aprel

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi: Vaşinqton Tehranla razılığa gələ biləcək

09:33
15 Aprel

Hörmüz boğazında vəziyyət düzəlməsə...

09:10
15 Aprel

Dünya Bankı: Neft qiymətləri baxımından aprel ayı daha gərgin olacaq

09:09
15 Aprel

"Mesenat" Hacıya xalq ehtiramının bədii ifadəsidir

09:05
15 Aprel

Keçmişə ehtiramla, gələcəyə məsuliyyətlə

09:00
15 Aprel

Təbiəti qoruyaq, gələcəyimizi xilas edək

08:55
15 Aprel

Ermənistanda seçkilər "ölüm-qalım" mübarizəsinə çevrilib

08:50
15 Aprel

"Reklam həkim"

08:45
15 Aprel

Dünyanın "Qordi düyünü" - Hörmüz boğazı

08:40
15 Aprel

WUF13: gələcəyin şəhərlərini formalaşdıran qlobal platforma

08:35
15 Aprel

"Ağıllı ev" sahibi olmağın üstünlükləri

08:30
15 Aprel

İşıq həyatının mənası idi

08:25
15 Aprel

Ermənistan Azərbaycan vasitəsilə iqtisadi blokadadan xilas olur

08:20
15 Aprel

Qlobal enerji böhranı Azərbaycan üçün risk yaratmır

08:15
15 Aprel

Bakının sülh körpüsü

08:10
15 Aprel

Üç ayda ölkəmizdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

08:05
15 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!