01 Oktyabr 2026 17:47
838
DÜNYA
A- A+
Kəpənəklərin qanadları onlara hücum edən yırtıcılarda optik illüziyalar yaradır  

Kəpənəklərin qanadları onlara hücum edən yırtıcılarda optik illüziyalar yaradır  


Bioloqlar kompüter modelləşdirməsi və virtual təkamül eksperimentləri vasitəsilə sübut ediblər ki, kəpənəklərin qanadlarındakı kontrastlı naxışlar yırtıcılarda optik illüziyalar yaradır. Bu illüziyalar yırtıcıların kəpənəklərin hərəkət istiqamətini və sürətini dəqiq müəyyənləşdirməsinə mane olur.

Böyük Britaniyanın Ekseter Universitetinin elmi əməkdaşı Corc Henkok bildirib ki, alimləri uzun müddətdir kəpənəklərin yalnız kiçik bir hissəsinin zəhərli və ya yeyilməz olmasına baxmayaraq, niyə bu qədər nəzərəçarpan rənglərə sahib olması maraqlandırıb. Onun sözlərinə görə, aparılan təcrübə və hesablamalar göstərib ki, kəpənəklərin qanadlarındakı çoxsaylı naxışlar yırtıcıların hədəfi düzgün müəyyənləşdirməsinə mane olan optik illüziyalar yaradır.

Alimlər uzun illərdir zebr, pələng, kəpənək və digər heyvanların bədən səthindəki müxtəlif zolaq və naxışların hansı funksiyanı yerinə yetirdiyini araşdırırlar. Uzun müddət bir çox tədqiqatçı bu cür naxışların heyvanlara bitki örtüyü ilə qarışaraq yırtıcılardan və ya ovlarından gizlənməyə kömək etdiyini düşünürdü. Lakin bir neçə il əvvəl britaniyalı bioloqlar bunun əsas izah olmadığını göstəriblər.

Bu strukturların funksiyasını müəyyənləşdirmək üçün tədqiqatçılar yüksək sürətli videokameralardan istifadə edərək Avropada yaşayan 400 kəpənək növünün uçuşa qalxmasını və hərəkətini izləyiblər. Daha sonra əldə edilən məlumatlar əsasında kompüter oyunu hazırlayıblar. Oyunda könüllülər quş rolunu oynayaraq kəpənəkləri tutmağa çalışıblar. Tədqiqatçılar, həmçinin yaratdıqları virtual mühitdə kəpənəklərin təkamül prosesini modelləşdiriblər. Eksperimentin əvvəlində müxtəlif rəng və qanad formasına malik 50 mindən çox “həşərat növü” bu virtual mühitdə yerləşdirilib.

Təcrübələr və hesablamalar göstərib ki, bir çox kəpənək növünün qanadları oxşar optik illüziyalar yaradır. Bu effekt rəngli spiral naxışlarla bəzədilmiş “bərbər dirəyi”nin fırlanması zamanı yaranan illüziyaya bənzəyir. Belə halda müşahidəçidə dirək üzərindəki zolaqların əslində hərəkət etdikləri istiqamətdən fərqli olaraq yuxarı və ya aşağı hərəkət etdiyi təəssüratı yaranır. Henkokun sözlərinə görə, kəpənəklərin qanadlarındakı ləkə və zolaqlar yırtıcıların obyektlərin sürətini və hərəkət istiqamətini müəyyənləşdirmək üçün istifadə etdiyi çoxsaylı yanlış vizual siqnallar yaradır. Bu siqnallar hücum edən canlıların beyninin hərəkətin son mərhələsində düzgün istiqaməti müəyyənləşdirməsinə mane olur və nəticədə quş və ya digər yırtıcılar hədəfi qaçıra bilirlər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!