18 İyul 2025 09:05
553
CƏMİYYƏT
A- A+
Kəngərli daha 176 sakinini qoynuna aldı 

Kəngərli daha 176 sakinini qoynuna aldı 


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, idarə və müəssisələrin inzibati binalarında müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. 

Bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb. Bakının Qaradağ rayonundan doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, ürəklərindən süzülüb gələn xoş sözlərlə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Böyük sevinc və fərəh içində doğma ocaqlarına qayıdan keçmiş köçkünlər İkinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun sıralarında qəhrəmancasına vuruşan zabit və  əsgərlərimizə dərin minnətdarlıqlarını ifadə ediblər. Vətənin azadlığı naminə canlarından keçən şəhidlərimizə Uca Tanrıdan rəhmət diləyiblər.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti işlərini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 43 mindən çox insan yaşayır. Zaman keçdikcə doğma ocaqlarına dönəcək keçmiş köçkünlərin sayı daha da artacaq. Günlər keçdikcə bölgələrə əvvəlki həyat qayıdacaq, torpağın da, insanların da üzü güləcək. 

Kəngərli kəndinə, ata-baba yurduna qayıdan keçmiş məcburi köçkünlərin üz-gözündən sevinc süzülür. Bu da təbiidir, çünki başqa məcburi köçkünlər kimi kəngərlilər də uzun illər idi ki, doğma ocaqlarının həsrətilə yaşayırdılar. Artıq nisgilə son qoyulmuşdur. İkinci Qarabağ müharibəsində qazanılmış Zəfər Qarabağa və başqa bölgələrə gedən yolları geniş açmışdı. 

Kənd sakini Vüsalə Abbasova doğma ocaqlarına qayıtmağının sevincini xoş sözlərlə ifadə edərək deyir ki, bu gün ata-baba yurduna qürur hissi ilə qayıdır: “Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan Ordusuna, onun qəhrəman zabit və əsgərlərinə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, torpaqlarımız bu gün azaddır, ona düşmən ayağı dəymir. Doğma kəndimizə, el-obamıza qayıtdığımıza görə çox sevinirik, gözəl hisslər keçiririk. İnanırıq ki, bundan sonra rahat, sülh və əmin-amanlıq  şəraitində yaşayacağıq”.

Ağdam şəhərinin mərkəzindən 6 kilometr uzaqda yerləşən Kəngərli kəndinin təməlini Prezident İlham Əliyev 2022-ci il oktyabrın 4-də qoymuşdur. Bu yaşayış məntəqəsi 2544 nəfər üçün planlaşdırılıb. 

Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə burada iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Böyük əminliklə demək olar ki, uzun illərin ayrılığından sonra böyük sevinc içində doğma ocaqlarına qayıdan keçmiş köçkünlər ata-baba yurdlarında rahat və əmin-amanlıq içində yaşayacaqlar. 


Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

17:48
11 May

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib  

17:38
11 May

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib  

17:29
11 May

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir  

17:21
11 May

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

16:57
11 May

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

16:49
11 May

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!