25 İyun 2026 18:31
299
CƏMİYYƏT
A- A+
Kənd təsərrüfatında islahatları nəzərdə tutan qanun layihələri parlamentə tövsiyə edilib  

Kənd təsərrüfatında islahatları nəzərdə tutan qanun layihələri parlamentə tövsiyə edilib  


İyunun 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda 6 qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib. Komitənin sədri Tahir Rzayev ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin may ayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısının aqrar sektorun inkişafı və qarşıda duran vəzifələr barədə mühüm fikirlər səsləndirdiyini qeyd edib. O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Sonra iclasın gündəliyində olan qanun layihələri təqdim edilib.

“Toxumçuluq haqqında” Qanunun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Bildirilib ki, layihədə toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışların daxil edilməsi, toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu sahədə fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektron şəkildə aparılması nəzərdə tutulur. Bununla yanaşı, rəqabət mühitinin formalaşması baxımından, yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi ilə bağlı müddəalar da öz əksini tapıb.

Sonra iclasda “Balıqçılıq haqqında” Qanunun layihəsi barədə məlumat verilib. Bildirilib ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində mövcud hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, sahənin müasir inkişaf meyillərinə uyğunlaşdırılmasına, su bioresurslarının səmərəli istifadəsi və mühafizəsinin təmin edilməsinə, habelə bu sahədəki hüquqi mexanizmlərinin gücləndirilməsinə yönəlib.

Tədbirdə habelə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, qanun layihəsi torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlanıb.

Sonra gündəliyin sonuncu məsələsi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib.

Gündəlikdəki məsələlər ətrafında aparılan müzakirələrdə komitənin üzvləri öz fikir və qeydlərini söyləyiblər.

İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova, Zaur Əliyev, Seymur Səfərli, Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən sədr müavini Elşad Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin sədri Əli Nəbiyev müzakirəyə çıxarılan qanun layihələrinin mahiyyəti ilə bağlı öz fikirlərini açıqlayıblar.

Tədbirdə təqdim edilən qanun layihələri birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Şeyxülislam Allahşükür Paşazadə: Süni intellekt ibadətdə insanı əvəz edə bilməz  

15:17
26 İyun

Bəzi dağ çaylarında qısamüddətli daşqın olacaq XƏBƏRDARLIQ

14:53
26 İyun

Gürcüstanın Baş naziri təbii qazla təchizatda köməyə görə Azərbaycana təşəkkür edib  

14:13
26 İyun

Sabah Azərbaycanın rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir

13:53
26 İyun

Zəngilanda Silahlı Qüvvələr Günü qeyd edilib 

13:36
26 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

13:12
26 İyun

Dövlət Komissiyası: Narkomaniya ilə bağlı uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılıb

13:01
26 İyun

Xankəndi şəhərindəki Zəfər Parkında Zəfər marşı səsləndirilib

12:58
26 İyun

Zərifə Quliyeva: Azərbaycan Ordusu xalqımızın qürur, güvən və Zəfər ünvanıdır

12:57
26 İyun

Kayrat Sarıbay: Builki iclasın mövzusu Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü ümumi yanaşmalarla tam üst-üstə düşür  

12:49
26 İyun

Nazir müavini: AQEM Gənclər Şurasının 9-cu iclasında 17 ölkənin nümayəndə heyəti iştirak edir

12:45
26 İyun

Silahlı Qüvvələr Günü Laçında hərbçilər yürüş ediblər

12:43
26 İyun

ADA Universitetində Məzun Günü

10:55
26 İyun

Paytaxtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başlayıb

10:23
26 İyun

Bilmək istəyirəm

09:05
26 İyun

"AzerGold" QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

09:00
26 İyun

Müzəffər Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir

08:55
26 İyun

Ümid yolu

08:55
26 İyun

Ekranlardan düşməyən "Babək"

08:50
26 İyun

Gələcəyi təhdid edən bəla

08:45
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!