26 Aprel 2025 08:40
527
SİYASƏT
A- A+
Kanada ikiüzlü siyasəti ilə sülhə qarşı çıxır

Kanada ikiüzlü siyasəti ilə sülhə qarşı çıxır


Kanada özündən minlərlə kilometr uzaqda olan Azərbaycana qarşı hər zaman qərəzli mövqedə olub. Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra isə Ottavanın ikiüzlü siyasəti bir qədər də artıb. Səbəb erməni lobbisinin Kanada xarici siyasətinə birbaşa müdaxilə etmək imkanlarına malik olmasıdır. Buna görədir ki, adıçəkilən ölkənin siyasətçiləri hayların çaldıqları istənilən havaya məmnuniyyətlə oynayır, erməni ağzı ilə danışırlar. 

Digər bir vacib məqam da Kanadanın müstəmləkəçi Fransanın təsir dairəsində olması və onun sözü ilə oturub-durmasıdır. Məsələn elə Kanadanın Aİ-nin hərbləşdirilmiş missiyasına qoşulan yeganə qeyri-Avropa ölkəsi olmasının səbəbi də Fransa amili ilə bağlıdır. 


Melani Coli öz ampluasındadır 

 

İkinci Qarabağ müharibəsi zamanı Kanadanın ölkəmizə qarşı atdığı xoşagəlməz addımları hər kəs xatırlayır. Bu ölkə savaş vaxtı Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı "Bayraktar TB2" pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Kanada xarici siyasət idarəsinə rəhbərlik etmiş Fransua-Filipp Şampan Azərbaycanı ittiham edən bəyanatlar vermişdi. 

Azərbaycana qarşı qarayaxma kampaniyasında Kanada xarici işlər naziri Melani Coli xüsusi canfəşanlığı ilə seçilir. Ermənidən artıq ermənilik edən bu nazir 44 günlük müharibədən sonra Ermənistana mütəmadi səfərlər edir, bölgədəki gerçək vəziyyətdən tamamilə uzaq və ölkəmizi ittiham edən bəyanatlar verirdi. Azərbaycan əraziləri üzərində suverenliyini tam təmin edəndən sonra - 2023-cü ilin oktyabrında Ermənistanda səfərdə olan M.Coli bölgədə heç bir humanitar böhran olmamasına baxmayaraq, bunun əksini iddia etmiş, ölkəmizə qarşı böhtan və iftiralar səsləndirmiş, hətta Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etmədiyini söyləmişdi. 

Cənubi Qafqazda cərəyan edən hadisələrdən zərrə qədər xəbəri olmayan bu soyuq və uzaq ölkənin XİN rəhbəri bu günlərdə sosial şəbəkə hesabında növbəti dəfə erməni dəyirmanına su tökən, reallıqdan tamamilə uzaq olan və başdan-başa erməni yalanlarından ibarət müraciəti ilə göstərdi ki, o hələ də öz ampluasındadır. Yenə də qərəz, ikili standartlar, riyakarlıq Kanada xarici işlər nazirinin prioritet fəaliyyət istiqamətləri kimi qalmaqdadır.

Aprelin 24-də paylaşdığı həmin videomüraciətdə saxta erməni soyqırımından bəhs edən Melani Coli Qarabağı könüllü şəkildə tərk edən ermənilərdən danışıb, şişirdilmiş rəqəmlər səsləndirib. Dünyada belə bir ərazi vahidi olmadığı halda paylaşımında  "Dağlıq Qarabağ" ifadəsi işlədən Melani Coli bununla Kanadanın Azərbaycanın suveren ərazilərini şübhə altına aldığını göstərib. 

Əslində, Melani Coli də yaxşı bilir ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 1980-ci illərin sonlarında üç yüz min azərbaycanlı yurdundan didərgin salınıb. Ermənistandan deportasiya edilən insanlarımıza qarşı görünməmiş qəddarlıqlar törədilib. Bu gün də qərbi azərbaycanlıların qayıdış hüququ təmin olunmayıb. Eyni zamanda Ermənistanın işğalçılığı yüz minlərlə azərbaycanlını məcburi köçkünə çevirib. Həmin vaxt Ermənistan dinc sakinlərimizə qarşı qətliam, soyqırımı həyata keçirib, qətlə yetirilən azərbaycanlıları kütləvi məzarlıqlarda basdırıb. Qarabağ və Şərqi Zəngəzurda aşkarlanan kütləvi məzarlıqlar da bunlara nümunələrdir. Xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin Bakıda keçirilən ədalət məhkəməsində də Ermənistanın həyata keçirdiyi müharibə cinayətləri faktlarla ortaya qoyulur.


"Erməni diasporunun saxta hekayələrinə deyil, faktlara əsaslanın"


"Kanadanın xarici işlər naziri olan bir şəxsin, ölkənin milli maraqlarına üstünlük vermək və beynəlxalq aləmdə nüfuzunu qorumaq əvəzinə, Kanada Erməni Milli Komitəsinin maraqlarını müdafiə etməsi, bu vəzifə üçün zəruri olan təhliletmə qabiliyyəti və məlumatlılıq səviyyəsi nöqteyi-nəzərindən ciddi narahatlıqlar doğurur".

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada XİN rəhbəri Melani Colinin "X" sosial şəbəkəsində 1915-ci il hadisələri ilə bağlı müraciətinə cavabında səsləndirib. 

"Təəssüf ki, siz heç bir zaman 1 milyondan artıq azərbaycanlının Ermənistan tərəfindən törədilmiş etnik təmizləmələrə, qətliamlara, vəhşiliklərə, mədəni irsin məhv edilməsinə və digər insanlıq əleyhinə cinayətlərə məruz qalması məsələsinə toxunmamısınız. Bununla bağlı deyilən gözəl bir söz var: "Qərəz kölgə kimidir, zəkanın işığını söndürür. Sadəcə bir xatırlatma: hər zaman faktlara əsaslanın, erməni diasporasının saxta hekayələrinə deyil", - A.Hacızadə  özünün "X" sosial şəbəkə hesabında bildirib.

XİN sözçüsü vurğulayıb ki, 2023-cü ildə Azərbaycan tərəfindən həyata keçirilmiş antiterror tədbirləri ölkə ərazisində yerləşmiş qeyri-qanuni Ermənistan hərbi birləşmələrinin təxribatlarına qanuni və mütənasib cavab idi: "Cəmi 24 saatdan az davam edən bu əməliyyat, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə, qanunsuz erməni hərbi birləşmələrinin və onların infrastrukturunun zərərsizləşdirilməsinə yönəlmişdi. Mülki əhali və infrastruktur hücuma məruz qalmayıb, bölgədən ermənilərin köçməsi isə onların könüllü seçimi olub".  

Tarixi reallıqları saxta, uydurma formada təqdim edərək beynəlxalq hüquq ayaqlar altına atan M.Colinin riyakar paylaşımı həm də ümumilikdə Kanada və digər  Qərb ölkələrinin Azərbaycan əleyhinə yürütdükləri qərəzli siyasətin mənzərəsini aydın şəkildə ortaya qoyur. 

Həmin ölkələr ki, Ermənistana siyasi dəstək verərək, silahlandıraraq revanşa hazırlayır, müharibəyə təhrik edir, Qarabağı öz xoşları ilə tərk edən bir ovuc erməninin ətrafında manipulyasiya aparırlar.  

Bütün bu məkrli fəaliyyət isə məhz Azərbaycanın təşəbbüsləri və səyləri sayəsində Cənubi Qafqazda normallaşma üçün yaranmış əlverişli mühiti pozmaq niyyəti ilə həyata keçirilir. Bu baxımdan, Kanadanın ikiüzlü siyasətinin də bölgədə sülhü təhdid etdiyi danılmaz reallıqdır. 

Yaxşı olar ki, aborigen xalqların soyqırımı nəticəsində yaranan Kanada özündən minlərlə kilometr uzaqda olan Cənubi Qafqazın ona heç bir dəxli olmayan işlərinə burnunu soxmaqdansa, hazırda üzləşdiyi - ABŞ-nin 51-ci ştatına çevrilmək kimi yeni çağırışları ilə məşğul olsun. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ 75 ölkədən miqrant vizası üçün müraciət qəbulunu dayandırır  

22:14
14 Yanvar

Ağ Evdə Qrenlandiya ilə bağlı görüş keçirilib  

21:51
14 Yanvar

ABŞ Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin başladığını elan edib  

21:47
14 Yanvar

AAYDA Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib

20:57
14 Yanvar

AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalanıb  

20:29
14 Yanvar

“İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” - Vyanada dəyirmi masa  

20:19
14 Yanvar

ÜST şirin içkilər və alkoqollu məhsullara olan vergilərin artırılmasına çağırır  

19:23
14 Yanvar

Xaçınçay su anbarından bağların və taxıl əkinlərinin suvarılmasında istifadə olunur

19:00
14 Yanvar

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:43
14 Yanvar

OPEC cari il üzrə neft tələbatına dair proqnozunu açıqlayıb  

18:34
14 Yanvar

XİN: TRIPP-in icrası üzrə çərçivə sənədinin qəbulu bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır  

18:27
14 Yanvar

Azərbaycanın səfiri: Türkiyənin şəhidləri bizim də şəhidlərimizdir  

18:16
14 Yanvar

Vitse-prezident: Türkiyə silah bazarının qlobal oyunçularından birinə çevrilib  

18:07
14 Yanvar

Qanazlığı yaddaşı və diqqəti zəiflədir  

18:01
14 Yanvar

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  

17:29
14 Yanvar

Yaponiya alimləri unikal təbii dəri transplantı hazırlayıblar  

17:28
14 Yanvar

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib  

17:27
14 Yanvar

Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  

17:26
14 Yanvar

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  

17:25
14 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib - Sərəncam  

17:24
14 Yanvar

“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməsi tənzimlənir SƏRƏNCAM  

17:17
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!