İnformasiya diplomatiyasında ciddi uğur
Şuşa Qlobal Forumu dezinformasiyaya qarşı mübarizədə mühüm platformaya çevrilir
"Beynəlxalq aləmdə saxta xəbərlərin bilərəkdən və ya bilməyərəkdən geniş şəkildə yayılması, eləcə də belə məlumatların müxtəlif ictimai proseslərə mənfi təsiri son illərdə xüsusilə izlənməkdədir. Dünyada baş verən geosiyasi proseslər fonunda "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda keçirilən II Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyası istiqamətində ciddi uğurudur".
Milli Məclisin deputatı Kamran Bayramov qəzetimiznə açıqlamasnda bildirib ki, dövlət başçısının Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində müəyyən etdiyi düzgün strategiya öz effektini verir. II Şuşa Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun iştirakı baş verən hadisələr barədə daha dolğun məlumatların əldə edilməsinə yol açdı. Forumda Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalıb. Azərbaycan uzun illər dezinformasiyadan əziyyət çəkən, haqq səsi eşidilməyən tərəf kimi mübarizə aparmalı olduğundan bu gün oxşar situasiyalarda olan dövlətlərin yanında yer alaraq onlara dost dəstəyi göstərməyə davam edir. Dövlətimiz kiçik ada dövlətləri ilə əməkdaşlıq edərək, bu ölkələrin inkişafına dəstək olmaq üçün müxtəlif iqtisadi və maliyyə yardımları göstərir.
"Prezident İlham Əliyev forumdakı çıxışında dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhs edərək bildirdi ki, biz bəzən açıq, ictimai şəkildə, bəzən də pərdəarxası mesajlarımızı veririk ki, Azərbaycanın maraqları Cənubi Qafqazda təmin edilməlidir: "Kimsə bizim maraqlarımızı görməzdən gəlməyə çalışsa, əlbəttə ki, onlar yanılacaqlar və uğursuzluğa düçar olacaqlar. Biz əlbəttə ki, ABŞ-də prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, mən səmimi deyirəm ki, anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkisi ilə bağlıdır. Onlar ermənilərin səslərini qazanmaq istəyirlər. Ona görə də, zənnimcə, məqsəd məhz, elə bundan ibarət idi. Mən tamamilə obyektiv olmağa çalışıram. Ümid edirəm ki, seçkidən sonra ABŞ-də və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun. Yəni biz şou qurmuruq, öyünmürük. Biz bilirik potensialımız nədən ibarətdir və bunu bizimlə əməkdaşlıq edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq".
K.Bayramov qeyd edib ki, Azərbaycanın təşəbbüsü, Birləşmiş Ərəb Əmirlikləri və Braziliyanın dəstəyi ilə "Troyka"nın təsis edilməsi ideyası da günümüzün beynəlxalqsəviyyəli ən mühüm mütərəqqi yeniliklərindəndir. Bu platforma, iqtisadi-siyasi əməkdaşlığı gücləndirmək üçün bir vasitə kimi nəzərdə tutulur və Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakının göstəricisidir. Ölkəmizin xarici siyasəti çərçivəsində ətraf mühitin qorunması və karbon tullantılarının azaldılması da mühüm yer tutur. Böyük ölkələrə bu sahədə məsuliyyətlərini yerinə yetirmək üçün çağırışlar edir və qlobal miqyasda ekoloji problemlərin həllində fəal iştirak edir. Azərbaycanın bu sahədəki təşəbbüsləri və səyləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın coğrafi baxımdan eyni region olaraq "yaşıl enerji" zonası elan edildiyini xatırladan deputat vurğulayıb ki, bu bölgələr günəş-elektrik enerjisi baxımından böyük potensiala malikdir. "Yaşıl enerji" zonaları olaraq elan edilməsi, ərazilərin iqtisadi inkişafı və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədəki təşəbbüsləri, ölkənin enerjidə özünü təmin etməsi və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidinə böyük töhfə verəcək. Bütün bu görülən tədbirlər COP29-a hazırlıq kontekstində Azərbaycanın bu sahədəki inkişafını və xüsusi əhəmiyyət kəsb edən planlarını bir daha göstərir. Bu gün əminliklə qeyd edə bilərik ki, ölkəmiz bu mühüm qlobal konfransa evsahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcək.
K.Bayramov bildirib ki, ölkəmizin xarici siyasəti, beynəlxalq arenada mövqeyinin gücləndirilməsi, iqtisadi inkişafının təmin edilməsi və regional təhlükəsizliyin qorunması istiqamətində fəal və çoxşaxəli strategiyaya əsaslanır: "Ölkəmiz enerji resurslarının səmərəli istifadəsi və qlobal bazarlara çıxışının təmin edilməsi ilə yanaşı, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirir. Eyni zamanda Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və digər ölkələrlə strateji tərəfdaşlıq əlaqələri qurması qlobal siyasətdə rolunu artırır. Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi layihələr, onun beynəlxalq arenada nüfuzunun artmasına və dünya miqyasında tanınmasına səbəb olur".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Parlament seçkilər ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək
27 Iyul
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!