22 Aprel 2025 16:49
580
DÜNYA
A- A+
İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb  

İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb  


Yaponiyanın “NTT” şirkəti dünyada ilk dəfə ildırımötürücü qəfəs ilə təchiz olunmuş dron vasitəsilə ildırım zərbəsi yaradıb. Bu yenilik şəhər infrastrukturlarının qorunması üçün istifadə edilə bilər. Belə ki, cihaz göy gurultulu hava şəraitində havaya qalxaraq ildırım boşalmasını özünə çəkəcək və yerə dəyə biləcək zərərlərin qarşısını alacaq.

Yaponiyada ildırım zərbələrinin hər il 1,.4 milyard ABŞ dollarına qədər zərər vurduğu şəraitdə, bu texnologiya ənənəvi ildırımötürücülərə alternativ ola bilər. Burada hər il ildırımlardan dəyən ziyan insan tələfatı nəzərə alınmadan 1.4 milyard dollara çatır. Bununla belə, ənənəvi ildırımötürücülər çox vaxt yetərli qoruma təmin etmir. Onların təsir dairəsi məhduddur və mürəkkəb qurğulara, məsələn, külək turbinlərinə quraşdırılması texniki baxımdan çətin bir prosesdir.

Keçən ilin dekabrında “NTT” ildırımdan qorunmaq məqsədilə dronların istifadəsi ilə bağlı təcrübə həyata keçirib. Qasırğa təhlükəsi yerüstü avadanlıqlar vasitəsilə qiymətləndirilib. Əgər göy gurultulu buludlar yaxınlaşır və elektrik sahəsində dalğalanmalar qeydə alınırdısa, ildırımı “tutmaq” üçün dron havaya qaldırılırdı. Bu dronlar kamikadze tipli deyil - onlar xüsusi ildırımötürücü qəfəs ilə qorunurlar. Sınaq uçuşu zamanı yerə birləşdirilmiş naqillə təchiz olunmuş dron 300 metr hündürlüyə qalxaraq ehtimal edilən qasırğa buluduna yaxınlaşıb. Elə həmin anda güclü bir elektrik impulsu qeydə alınıb - şirkət iddia edir ki, dünyada ilk dəfə pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ildırım boşalması yaradılıb. Dron ildırım zərbəsindən sonra uçuşunu davam etdirə bilib, bu da onu qoruyan qəfəs sayəsində mümkün olub, baxmayaraq ki, qəfəsin bəzi hissələri əriyib.

Şirkətdən bildirilib, dronun ildırım zərbəsindən sonra havada qala bilməsi əsas məqamdır. Real şəraitdəki bu sınaqdan əvvəl şirkət dronların 150 min amper gücündə elektrik boşalmalarına davamlılığını yoxlamışdı. Texnologiyanı təkmilləşdirmək üçün “NTT” ildırımın hara düşəcəyini daha dəqiq proqnozlaşdırmaq istəyir. Bundan əlavə, şirkət ildırımdan yaranan enerjinin təhlükəsiz şəkildə toplanması və istifadəsi yolları üzərində də düşünür.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 1 milyonu ötüb

11:23
05 Mart

Baş nazirin müavini: Azərbaycan iqtisadi siyasətini qlobal proseslərin real təsirləri nəzərə alınmaqla formalaşdırır  

11:17
05 Mart

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir

11:07
05 Mart

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

10:51
05 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

"Şəhid ismi yazılaydı soyadım..."

08:50
05 Mart

Lənkəranda sənət hadisəsi - "Gəlinlik paltarı"nın səhnə təntənəsi

08:45
05 Mart

250 tələbəyə "Həmkarlar ittifaqı təqaüdü" təqdim olunub

08:40
05 Mart

Azərbaycan nəqliyyat sektorunda yeni dönəm - daha sürətli, daha rahat, daha səmərəli

08:35
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!