10 Iyul 2024 09:10
781
Təhsil
A- A+

İlahiyyat İnstitutunda tədris ilinin yekunları ilə bağlı iclas keçirilib

 

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) rəhbərliyin, müəllim və əməkdaşların iştirakı ilə 2023-2024-cü tədris ilinin nəticələrinə həsr olunmuş iclas keçirilib. Aİİ rektoru Aqil Şirinov tədbir iştirakçılarını salamlayaraq, ali təhsil müəssisəsində tədris ili ərzində görülən işlər, İnstitutun gələcək fəaliyyəti barədə fikirlərini bölüşüb.
İlahiyyat İnstitutunun xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayan A.Şirinov imzalanan əməkdaşlıq müqavilələri çərçivəsində tələbə mübadilələri, beynəlxalq konfranslar, seminarlar, "dəyirmi masa"ların həyata keçirildiyini bildirib.
Rektor Azərbaycan İlahiyyat İnstitutunun təşəbbüsü ilə "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda ilk dəfə Azərbaycanda, daha sonra Türkiyə və İndoneziyada keçirilən beynəlxalq konfransın digər ölkələrdə təşkil edilməsi ilə bağlı təkliflərin daxil olmasını müsbət hal kimi qiymətləndirib. Aİİ rəhbəri ölkə daxilində və xaricdə keçirilən tədbirlərə diqqət çəkərək, institutun tədrislə yanaşı, beynəlxalq konfransların, seminarların baş tutmasına xüsusi önəm verdiyini qeyd edib.
A.Şirinov müəllimlərin beynəlxalq indeksli jurnallarda məqalələrinin və ixtisas sahələrinə aid elmi əsərlərinin yazılmasının xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, həmçinin müəssisənin "Yutub" kanalının təkmilləşdirilməsi istiqamətində də fikirlərini səsləndirib.
Ali təhsil müəssisəsinin rəhbəri tələbələrin bilik səviyyəsinin artırılması, dünyagörüşlərinin zənginləşdirilməsi istiqamətində görülən işlərdən söhbət açıb. A.Şirinov "Qonağınız müəllimlərinizdir" layihəsinə diqqət çəkərək bu fəaliyyətin ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, eyni zamanda tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması istiqamətində xüsusi rol oynadığını qeyd edib. O, eyni zamanda Aİİ müəllimlərinin təşəbbüsü ilə təhsilalanların Azərbaycanda mövcud olan müxtəlif dini ibadət ocaqları ilə əyani tanışlıq məqsədilə səfərlərinin təşkil edilməsini yüksək qiymətləndirib. 
İclasın sonunda institutun ictimai-sosial həyatında fəal iştirak etmiş müəllimlərə təşəkkürnamələr təqdim olunub.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video