13 Mart 2026 13:25
103
SİYASƏT
A- A+
Hulusi Kılıç: Türkiyə-Azərbaycan qardaşlığından qürur duyuruq  

Hulusi Kılıç: Türkiyə-Azərbaycan qardaşlığından qürur duyuruq  

Türk dövlətlərinin dövlət və hökumət başçıları başda olmaqla, Avropa, Asiya, Uzaq Şərq, Latın Amerika ölkələri, eləcə də ABŞ, Kanada dövlət və hökumət başçıları Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmətlə yanaşır, dostluğunu yüksək qiymətləndirirlər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi və TADİV Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç bildirib.

Onun sözlərinə görə, Azərbaycana gələn qonaqlar Azərbaycan xalqının qonaqpərvərliyindən və ölkəmizin inkişaf səviyyəsindən xoş təəssüratla ayrılırlar: “Azərbaycan qonşuları və digər region ölkələri ilə son dərəcə balanslı münasibətlər saxlayır. Türk xalqları olaraq, Azərbaycanın hər cəhətdən inkişafı ilə fəxr edirik. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın mövcud səviyyəsi də məmnuniyyətlə qarşılanır, bundan qürur duyulur”.

H.Kılıç Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Türkiyə ilə münasibətləri inkişaf etdirmə kursunu uğurla davam etdirdiyini vurğulayıb.

“Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP (Trans-Anadolu təbii qaz kəməri), PETKIM müəssisələrinin alınması, STAR və PETLIM kimi meqalayihələri həyata keçirib. Beləliklə, Türkiyə vətəndaşları üçün yeni iş yerləri təmin edilib”,- deyə sabiq səfir qeyd edib.

Hulusi Kılıç deyib ki, Prezident İlham Əliyev Qarabağ məsələsində diplomatiyaya üstünlük və fürsət verib, məsələnin diplomatik yollarla həll olunmasını istəyib. Lakin bunun qeyri-mümkünlüyünü görərək 44 günlük Vətən müharibəsi ilə 30 ildir işğal altında olan ərazilərin azad edilməsinə nail olub. Bununla da beynəlxalq ədaləti bərpa edib.

“İMZA” İctimai Birliyinin Türkiyədəki nümayəndəsi, Prezident İlham Əliyevin Vətən müharibəsindən əvvəl neft və təbii qazdan əldə edilən gəlirin bir hissəsini Azərbaycanın infrastrukturunun təkmilləşdirilməsinə, geri qalanını müasir silahlarla təchiz olunan, vətənpərvərlik hissi aşılanan, təlim keçmiş ordunun formalaşmasına yönəltdiyini ifadə edib: “Güclü ordu sayəsində 44 gündə 30 illik işğala son verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 5 ildə Qarabağda yeni müasir magistral yollar, körpülər, tunellər, yaşayış binaları və hava limanlarının tikintisi ilə Qarabağ cənnətə çevrilib, Şuşa və Xankəndi çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib. Yenilənmiş infrastrukturu ilə Azərbaycan regionda müasir cazibə mərkəzinə çevrilib”.

H.Kılıç, həmçinin, Azərbaycanın 4 il Qoşulmama Hərəkatına sədrlik edərək zəifləmədə olan bir təşkilatı dirçəltdiyini, COP-29 iqlim dəyişikliyi zirvəsinin uğurla təşkil olunduğunu xatırladıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

Latviya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar mövcuddur  

15:33
13 Mart

Dövlət Xidmətinin rəisi Bərdədə vətəndaşların müraciətlərini dinləyib

15:31
13 Mart

ABŞ Rusiya neftinin alışına müvəqqəti icazə verib  

15:28
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!