09 İyul 2026 08:50
384
İQTİSADİYYAT
A- A+
Hər bir qələbənin arxasında güclü iqtisadiyyat durur

Hər bir qələbənin arxasında güclü iqtisadiyyat durur


İqtisadi gücün göstəricilərindən biri isə  ərzaq təhlükəsizliyinin təminatıdır


Prezident İlham Əliyev güclü Azərbaycan qurdu. Elə bir Azərbaycan ki,   arxasında böyük "dayaq"ları olan düşməni diz çökdürdü. 30 il ərzində yağının viran qoyduğu böyük bir ərazidə genişmiqyaslı quruculuq işlərinə başladı və bunun sayəsində indi bütün Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilməkdədir.

Hər bir qələbənin arxasında isə güclü iqtisadiyyat dayanır.  Bu barədə dövlətimizin  başçısının özü   belə  deyib: "İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq. Artıq neçə ildir ki, Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir, heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil... Güc toplamaq üçün, əlbəttə ki, düzgün siyasət aparılmalıdır... Mənim fəaliyyətimdə ölkəmizin gücləndirilməsi, beynəlxalq müstəvidə mövqelərimizin möhkəmləndirilməsi, ölkə daxilindəki proseslərin müsbət məcrada getməsi əsas vəzifə idi. Heç bir təzyiq, heç bir təhdid məni bu yoldan döndərə bilmədi. Çünki bir amalım var idi - güclü Azərbaycan qurmaq, torpaqlarımızı işğaldan azad etmək! Biz bu illər ərzində böyük, nəhəng layihələri icra etdik. Bu layihələr bizə imkan verdi ki, biz iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yerlərdəyik".

Məlumdur ki, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə adətən ciddi problemlər yaranır, onlar sərbəst yaşamaq imkanına malik olmurlar. Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yürüdərək bu istiqamətdə önəmli layihələr həyata keçirdi. İndi ölkəmizin  həmin sahələrin hər birində əldə etdiyi nailiyyətlər bütün dünyaya bəllidir və xalqımız qazanılan uğurlardan layiqincə bəhrələnir. Ən önəmli cəhətlərdən biri də odur ki, iqtisadi gücü artırmaq üçün hər sahədə  işlər davamlı xarakter daşıyır.

Ərzaq təhlükəsizliyi məsələsinin üzərində dayanaraq qeyd edək ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" bu istiqamətdə atılan  növbəti mühüm addımdır. Strateji xarakter daşıyan bu sənəd Prezident İlham Əliyevin  uzaqgörən siyasətinin daha bir nəticəsidir. Dövlətimizin başçısının eləcə də bu il mayın 25-də  kənd təsərrüfatının inkişafı ilə əlaqədar keçirdiyi  müşavirədə qoyulan məsələlər nəticə etibarilə xalqın ərzaqla təminatının daha da yaxşılaşdırılması üçün  yeni yollar açır.

Məlumdur ki, indiyə qədər Azərbaycanda kəndlilərin torpaq vergisindən azad olunması, taxıl əkini üçün hər hektara görə 40 manat subsidiyanın verilməsi, aqroparkların yaradılması və aqrolizinq sisteminin tətbiqi ilə kənd təsərrüfatı texnikası ilə təminat kimi  əhəmiyyətli tədbirlər  həyata keçirilib. Bu işlər  öz müsbət təsirini göstərib. Lakin  ekspertlərin də qeyd etdiyi kimi, dünya yeni çağırışlar qarşısındadır və bu çağırışlara vaxtında cavab vermək lazımdır. Yeni texnoloji üsulların və suvarma sistemlərinin tətbiqi ilə kənd təsərrüfatında məhsul istehsalının artırılmasına, bazarın yerli məhsullarla təminatına və əlbəttə ki, ərzaq mallarının qiymətinin daha da ucuzlaşmasına nail olmaq mümkündür. Sözügedən dövlət proqramının da əsas məqsədi elə budur.

Azərbaycan bu günədək öz ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində mühüm nəticələr əldə edib. Ölkə əsas kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz və bostan bitkiləri üzrə daxili tələbatı 100 faizdən çox ödəyərək idxaldan asılılığı azaldıb. Bunu əsas qida məhsulları üzrə özünü təminetmə səviyyələri  də göstərir. Məsələn, meyvə-tərəvəz və bostan məhsulları üzrə bu göstərici  107, ət və ət məhsulları ilə 82-85, süd və süd məhsulları ilə  80-82, taxıl məhsulları ilə  60-65 faiz təşkil edir ( Göründüyü kimi, taxıl məhsulları ilə təminat ən çox idxaldan asılı olan sahədir).

Prezident İlham Əliyevin aqrar sektora  aid strategiyası burada da məhz dayanıqlılığı təmin etməkdir. Sahəyə göstərilən dəstəyin bir nümunəsi dövlət büdcəsindən kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə ayrılan vəsaitin həcminin 1.2 milyard manat civarında (təxminən 705 milyon dollar) müəyyən edilməsidir. Bu vəsaitin 42 faizi birbaşa ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldilir.

Təqdirəlayiq haldır ki,  ölkəmiz Qlobal Ərzaq Təhlükəsizliyi İndeksi üzrə ardıcıl olaraq mövqeyini yaxşılaşdırır, Asiya-Sakit okean regionunda ən yaxşı nəticə göstərən ilk onluğa daxil olur.

Daxili istehsalın, emal sənayesinin inkişafı və işğaldan azad edilmiş ərazilərimizdə aparılan aqrar islahatlar ölkənin qida müstəqilliyini daha da gücləndirir. İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura dönəcək  əhalinin ərzaqla təminatı və bölgədə dayanıqlı kənd təsərrüfatının qurulması üçün  Zəfərin ilk günündən genişmiqyaslı tədbirlər həyata keçirilməyə başlanılıb və onlar vüsətlə davam edir. Regionda aqrar infrastruktur bərpa edilir, müasir "ağıllı kəndlər" və aqroparklar salınır. Habelə sahibkarlara geniş gömrük və vergi güzəştləri tətbiq olunmaqla ərzaq təhlükəsizliyi təmin edilir. Yeni təsərrüfatlar yaradılır.

Ərazidə kənd təsərrüfatı təyinatlı torpaqlar minalardan təmizlənir, yararlı torpaqlar pasportlaşdırılır və əkin dövriyyəsinə qaytarılır. Zəngilanın Ağalı kəndində tətbiq olunan "ağıllı kənd" layihəsi kimi innovativ üsullarla kənd təsərrüfatı və ərzaq istehsalı avtomatlaşdırılır.

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qida və kənd təsərrüfatı müəssisələri üçün əlverişli şərait yaradılıb. Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında yerləşən ərzaq istehsalçılarına gömrük və vergi azadolmaları tətbiq edilir. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində  regionda heyvandarlıq, əkinçilik və digər ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi üçün fermerlərə subsidiyalar, güzəştli kreditlər verilir və lizinq xidmətləri təqdim olunur.

Bölgəyə köçən əhalinin məskunlaşması və özünü ərzaqla təmin etməsi üçün aktiv məşğulluq tədbirləri görülür. Köçürülən sakinlər kənd təsərrüfatı alətləri, toxum və ev heyvanları ilə təmin edilərək kiçik ailə təsərrüfatlarını qurmağa həvəsləndirilir.

Bu strateji addımlar sayəsində təkcə işğaldan azad edilmiş bölgələrin daxili istehlakı deyil, həm də ölkənin ümumi ərzaq təhlükəsizliyi potensialı gücləndirilir.  Azərbaycan bu  və digər nailiyyətləri Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə qazanıb. Xalqımız bunu yaxşı dərk edir və ona görə də dövlətimizin başçısını  özünün alternativsiz lideri kimi dəyərləndirir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi haqqında

01:02
10 İyul

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:01
10 İyul

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

00:51
10 İyul

“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında

00:50
10 İyul

“Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan publik hüquqi şəxslərdə mövcud olan vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi haqqında

00:46
10 İyul

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

20:20
09 İyul

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır

19:55
09 İyul

Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim olunub

19:53
09 İyul

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb

19:50
09 İyul

Çində fabrikdə baş verən yanğın zamanı 28 nəfər ölüb

19:46
09 İyul

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

19:43
09 İyul

Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub

19:40
09 İyul

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

19:36
09 İyul

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

19:33
09 İyul

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır  

19:30
09 İyul

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!