14 May 2024 17:07
367
CƏMİYYƏT
A- A+
Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib  

Güzəştli mənzil almaq adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib  

 

Güzəştli mənzil almaq adı ilə çoxsaylı vətəndaşın pulunu ələ keçirən Əzizov Mirdaməd Əziz oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ibtidai istintaqla Mirdaməd Əzizovun özünü Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) vəzifəli şəxsi kimi təqdim edərək həmin qurum tərəfindən inşa olunan binalardan mənzillərin alınması ilə bağlı ona müraciət etmiş vətəndaşlara güzəştli şərtlərlə mənzil almalarını təmin edəcəyinə dair yalan vədlər verib saxta sənədlər təqdim etməklə, ümumilikdə, 26 şəxsə məxsus 430 min manatdan çox məbləğində pul vəsaitini qanunsuz yolla ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Həmin faktlarla bağlı toplanmış sübutlar əsasında Mirdaməd Əzizova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nda dəyişiklik edilməsi barədə

01:22
25 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələri və gəmiləri üçün müxtəlif növ əlvan metalların satın alınması məqsədilə müsabiqə elan edir

01:20
25 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:19
25 Yanvar

Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib  

23:52
24 Yanvar

Türkiyədə yaşayış binası çöküb, dağıntılar altında qalanlar var

22:47
24 Yanvar

“Kəpəz” yeni futbolçu transfer edib

21:45
24 Yanvar

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

21:01
24 Yanvar

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

20:47
24 Yanvar

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

20:17
24 Yanvar

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

20:06
24 Yanvar

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb 

19:57
24 Yanvar

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir 

19:45
24 Yanvar

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

19:31
24 Yanvar

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

19:15
24 Yanvar

“İnklüziv sosial inkişaf və sosial təminat” İşçi qrupunun növbəti iclası keçirilib

19:14
24 Yanvar

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

19:08
24 Yanvar

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

19:07
24 Yanvar

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

19:05
24 Yanvar

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:00
24 Yanvar

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb  

18:57
24 Yanvar

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib

18:50
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!