27 May 2026 19:49
113
SİYASƏT
A- A+
Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Gürcüstanda yaşayan azərbaycanlıların sosial inteqrasiyası məsələləri Gürcüstan Hökumətinin, şəxsən mənim və böyük dostum Azərbaycan Prezidenti İlham Əliyevin də diqqət mərkəzindədir. Azərbaycana səfərim zamanı Prezident İlham Əliyev xalqlarımız arasında olan böyük sevgidən danışdı. O bildirdi ki, biz eyni regionda yaşayırıq, birlikdəyik və xalqlarımız arasında xüsusi dostluq münasibətləri mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisi Cümə məscidində azərbaycanlılarla görüşdə deyib.

Azərbaycana səfərlərindən danışan Gürcüstan Prezidenti bildirib: “Mən cənab Prezident İlham Əliyevi özümə böyük dost hesab edirəm. Siz də bunu bilməlisiniz. Bu gün ətrafımızda baş verən hadisələr fonunda Gürcüstanda mövcud olan sabitlik və sülh məhz bu dostluq münasibətlərinin nəticəsidir.

Bizim Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı münasibətlərimiz var. Ermənistan da artıq sülh yolu ilə əməkdaşlığa qoşulub. Sülh içində olan Cənubi Qafqaz ideyası məhz burada başlayıb”.

Mixeil Kavelaşvili qeyd edib ki, Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların necə yaşaması, təhsil alması və dövlət dilini hansı səviyyədə bilməsi ilə də maraqlanıb. Gürcüstan Prezidenti deyib: “Həqiqətən də bu, çox vacib məsələdir. Gürcüstan vətəndaşı olan hər kəsin milli mənsubiyyətindən asılı olmayaraq dövlət dilini bilməsi zəruridir. Bu gün burada gənclər də iştirak edirlər. Bir az əvvəl yaşlı nəslin nümayəndələrindən biri mənimlə gürcü dilində danışdı və bu, məni çox sevindirir. Biz əsrlərdir bu ölkədə birlikdə yaşayırıq, bir yerdəyik və Gürcüstan bizim ümumi vətənimizdir. Buna görə də dövlət dilini bilməyimiz vacibdir. Biz də bu məsələ ilə bağlı sosial layihələrin həyata keçirilməsində maraqlıyıq və dəstəkləməyə hazırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edilib

22:41
27 May

Azərbaycan müstəqillik tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayır

22:38
27 May

DTX rəisi Əli Nağıyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib

21:58
27 May

Rubio: TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsas elementidir

21:37
27 May

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

20:47
27 May

Tramp: İran razılığa gəlməyi çox istəyir

20:39
27 May

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

20:09
27 May

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

19:49
27 May

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

19:44
27 May

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

19:34
27 May

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

19:02
27 May

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

18:47
27 May

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

18:27
27 May

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

18:09
27 May

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

17:54
27 May

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

17:40
27 May

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub

17:31
27 May

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

15:58
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!