28 Mart 2024 19:24
241
DÜNYA
A- A+

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

 

Gürcüstan hökuməti 2024-2025-ci illər üçün iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyət planını təsdiqləyib. Fəaliyyət planının həyata keçirilməsinə 3,7 milyard lari xərclənəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. Bildirilib ki, yeni ikiillik plan ölkəyə emissiyaları indiki səviyyədən 10-12 faiz aşağı saxlamağa imkan verəcək. 2021-2023-cü illərdə həyata keçirilən tədbirlərin nəticəsi atmosferə atılan tullantıların azaldılmasında özünü göstərib.

Fəaliyyət planı çərçivəsində ölkə iqtisadiyyatının yeddi sektorunda iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün layihə də hazırlanıb. Layihəyə əsasən, enerji istehsalı və ötürülməsi, nəqliyyat, inşaat, sənaye, kənd təsərrüfatı, tullantıların idarə olunması və meşə təsərrüfatı sahələrində xüsusi tədbirlər həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video