Zəfərdən Zəfərə
İlham Əliyev Qazaxın 4 kəndinin işğaldan azad olunmasını təmin etdi
Rusiya sülməramlı kontingentinin ölkəmizi tərk etməyə başlamasının ardınca Azərbaycan ictimaiyyəti daha bir xoş müjdə aldı. Belə ki, Azərbaycanla Ermənistan nümayəndələrinin aprelin 19-da keçirilən dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşündə delimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttinin ayrı-ayrı hissələrinin keçmiş Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Bu o deməkdir ki, hazırda Ermənistanın işğalı altında olan bu 4 qeyri-anklav kənd Azərbaycana qaytarılır.
Uzaqgörən və qətiyyətli siyasətin məntiqi nəticəsi
Hələ Vətən müharibəsindən illər öncə Azərbaycan ictimaiyyəti əmin idi ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı, Prezident İlham Əliyevin yeni mərhələyə yüksəltdiyi inkişaf və yüksəliş siyasətinin nəticəsi olaraq torpaqlarımız işğaldan mütləq azad ediləcək. 44 günlük savaşdan öncə baş verən hərbi əməliyyatlar - 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri təsdiqlədi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Bu əminliyi gücləndirən əsas amillər Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü mövzusunda prinsipial siyasət yürütməsi, ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini və nəyin bahasına olursa-olsun, torpaqlarımızın işğaldan azad olunacağını hər zaman qətiyyətlə bəyan etməsi və Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması idi.
2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsi buna qədər torpaqlarımızın azadlığı ilə bağlı bütün söylənən fikirlərin, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin təntənəsinə çevrildi. 44 gün davam edən bu müharibə göstərdi ki, torpaqlarımızın azadlığı uğrunda mübarizədə heç bir qüvvə Azərbaycan dövlətinin və onun Prezidentinin qarşısını ala bilməz. Dəqiqliklə hazırlanıb həyata keçirilən "Dəmir yumruq" əməliyyatının nəticəsi olaraq Şuşa zəfərindən sonra düşmən kapitulyasiya etdi, məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan üçtərəfli Bəyanata imza atmağa məcbur olundu.
Vətən müharibəsinin ardınca 2020-ci ilin noyabrında Ağdam, Füzuli və Kəlbəcər rayonlarının azad edilməsi, növbəti mərhələdə Laçın şəhərinin və Zabux kəndinin Azərbaycanın nəzarətinə keçməsi Vətən müharibəsindəki şanlı Zəfərimizə yeni rəng qatdı.
Müzəffər Ali Baş Komandan Qarabağda erməni separatizminə son qoydu
Beləliklə, Prezident İlham Əliyev təmkinlə və böyük uzaqgörənliklə torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi. Eyni zamanda Azərbaycan ictimaiyyəti əmin idi ki, Müzəffər Ali Baş Komandan separatçıların vaxtilə mövcud olduğu Qarabağ üzərində də dövlətimizin suverenliyini bərpa edəcək, Azərbaycan ərazisində "boz zona"nın mövcudluğuna imkan verməyəcək. Xalqımız bilirdi ki, dünya erməniliyinə qalib gələn Prezident İlham Əliyev Qarabağdakı erməni separatizminin də kökünü kəsəcək. Bir il bundan əvvəl, 2023-cü ilin aprel ayının 23-də Laçın rayonu ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi hadisə olmaqla yanaşı, Qarabağda erməni separatizminə son qoyulmasına aparan yolun əsas mərhələlərindən biri oldu.
Prezident İlham Əliyev ötən ilin may ayında Laçından separatçılara xəbərdarlıq edərək demişdi: "…Onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dıqnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər".
Prezident İlham Əliyev necə demişdisə elə də etdi, ötən ilin sentyabrında həyata keçirilən və cəmi 23 saat davam edən antiterror tədbirlərində Qarabağdakı 200 illik erməni separatizmi məhv edildi. Əli xalqımızın qanına bulaşmış erməni terrorçuları isə qandallanaraq Bakıya gətirildilər.
Qərbin qarayaxma kampaniyası darmadağın edildi
Qarabağda erməni separatizminə son qoyulması ilə Prezident İlham Əliyev bütün torpaqlarımız üzərində milli suverenliyimizi bərpa etdi. Bu hadisə bir daha göstərdi ki, dövlətimizin başçısı böyük siyasi uzaqgörənliklə Azərbaycanın milli maraqlarını təmin edən güclü və qətiyyətli liderdir.
Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Qazaxın kəndləridir və Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində işğal ediliblər. Bağanıs Ayrım işğal olunmuş və yandırılmış ilk kənd kimi Azərbaycan tarixinə daxil olub. Bu kənd 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlı quldurları tərəfindən işğal edilib.
Azərbaycan Ermənistanın işğal altında olan 8 kəndinin qaytarılması məsələsini illər öncədən qaldırıb. Prezident İlham Əliyev bu ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində bununla bağlı bildirmişdi ki, işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir: "Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır".
Azərbaycanın Ermənistanın işğal altında olan 8 kəndindən 4-ü anklav, 4-ü qeyri-anklavdır. Hazırda Azərbaycana qaytarılan 4 qeyri-anklav kəndlə bağlı Prezident qeyd etmişdi ki, onlar qeyd-şərtsiz qaytarılmalıdır: "O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır".
Beləliklə, Prezident İlham Əliyevin söylədiyi kimi, 4 qeyri-anklav kənd qeyd-şərtsiz Azərbaycana qaytarılır. Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Məsələyə münasibət bildirən ABŞ-nin Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədlərin delimitasiyası üçün 1991-ci il Alma-Ata Bəyannaməsini əsas tutaraq razılaşmalarını alqışladıqlarını qeyd edib. "Bu, dayanıqlı və ləyaqətli sülh sazişinin bağlanması yolunda mühüm addımdır", - deyə o "X" sosial şəbəkə hesabında bildirib.
Bu hadisə son 3 il yarım ərzində Azərbaycanın növbəti böyük qələbəsidir. 4 kəndin qaytarılması Prezident İlham Əliyevin böyük diplomatik uğurudur. Bununla həm də Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı Qərb siyasi dairələrinin neçə müddətdir ki, ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasını İlham Əliyev darmadağın etdi. Bu baxımdan bildiririk ki, bəzi Qərb dövlətləri və neoimperialist dairələr nə qədər proseslərdən uzaq dayansalar, Cənubi Qafqazda sülh və əmin-amanlıq o qədər tez təmin olunacaq.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!