27 Aprel 2024 23:40
271
DÜNYA
A- A+

 “Qiyamət günü təyyarəsi” hazırlanacaq

 

ABŞ Hərbi Hava Qüvvələri “qiyamət günü təyyarəsi” adlanan “E-4 Nightwatch” laynerini əvəzləyəcək təyyarənin hazırlanması üçün 13 milyard dollarlıq müqavilə imzalayıb. Müqavilə “Sierra Nevada Corporation” təyyarə istehsalçısı ilə bağlanıb. Hava-Dəniz Əməliyyatlarına Nəzarət Mərkəzinin layihəsi üzərində işlərin Kolorado, Nevada və Ohayo ştatlarında aparılacağı və 2036-cı ildə tamamlanacağı planlaşdırılır.
“Boeing 747-200” təyyarəsinin modernizə edilmiş “Boeing E-4 Nightwatch” variantı havada yanacaq doldurulması şərti ilə bir həftəyədək fasiləsiz uça bilir. Təyyarədəki avadanlıqlar göyərtədəki insanları nüvə partlayışının zərərlərindən qoruyur. ABŞ komandanlığı bu təyyarə vasitəsilə strateji və qeyri-strateji qoşun növləri ilə əlaqə saxlayır. Hazırda ABŞ Hərbi Hava Qüvvələrində dörd ədəd belə təyyarə var.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video