09 May 2024 16:11
399
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir  

 

Avropa qitəsində getdikcə artan islamofobiya, ksenofobiya və irqçilik orada yaşayan xalqımızın nümayəndələri və miqrantlar üçün ən böyük narahatlıq mənbələrindən biridir. Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa Günü münasibətilə yayımladığı mesajında yer alıb.

Mesajında bölgədə baş verən qarşıdurmalara diqqət çəkən Türkiyə Prezidenti bildirib ki, Avropa və ümumi coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll edilməməyə məhkum olduqca bu dəyərlərə qarşı şübhələr artmaqda davam edəcək. Mövcud geosiyasi konyunkturada Avropa İttifaqının (Aİ) geniş Avropa coğrafiyası və Aralıq dənizi hövzəsində əhatəli, əməkdaşlıq çərçivəsində və bərabərhüquqlu siyasət yürütməsi qitəmizin gələcəyi üçün həmişəkindən daha vacib hal alıb.

Genişlənmə siyasətinin gücləndiyi bu kritik məqamda Türkiyə ilə Aİ-nin münasibətlərinin əsasını təşkil edən üzvlük danışıqları da daxil olmaqla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyin və onları daha möhkəm təməl üzərində yerləşdirməyin vaxtının çoxdan çatdığını vurğulayan Ərdoğan deyib: “Aİ-nin ölkəmizlə münasibətlərini əhdə vəfa prinsipi çərçivəsində ədalətli və nəticəyönlü yanaşma ilə davam etdirməsi, münasibətlərimizi çıxılmaz vəziyyətə salan siyasət və ifadələrdən çəkinməsi həyati əhəmiyyət kəsb edir. Aİ-nin qlobal güc statusuna da mənfi təsir edən ölkəmizə qarşı tətbiq olunan uzaqlaşdırma siyasəti qarşısında Türkiyə sahib olduğu strateji imkan və qabiliyyətlərindən istifadə etmək, eləcə də onları inkişaf etdirməkdən çəkinməyəcək. Fürsətdən istifadə edərək bir daha xatırlatmaq istəyirəm ki, Türkiyə olaraq gələcəkdə daha firavan, daha həmrəy, daha açıq, ölkəmizin layiq olduğu yeri tutduğu bir Avropa masası üçün birlikdə çalışmağa hazırıq. Bu fikirlərlə başda Türkiyə vətəndaşları olmaqla bütün avropalıları 9 May - Avropa Günü münasibətilə təbrik edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video