29 Sentyabr 2023 18:42
1520
Mədəniyyət
A- A+

Gülnarə Xəlilovanın kolleksiyaları TÜRKSOY-un 30 illiyində Özbəkistan və Qazaxıstanda təqdim olunub

 

Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilovanın “Xalçaların dili” və “Turan” adlı kolleksiyaları TÜRKSOY-un 30 illiyini qeyd edən beynəlxalq festival çərçivəsində Özbəkistan və Qazaxıstanda təqdim olunub.

AZƏRTAC xəbər verir ki, “Türk dünyasının Etnomodu” VI Beynəlxalq həftəsi Marqilanda və Türküstanda keçirilib.

Türk xalqlarının mənəvi birliyi və mədəni əlaqələrinin möhkəmləndirilməsi üçün yaradılan layihədə TÜRKSOY rəhbərliyi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Monqolustan və Rusiyadan olan etnodizaynerlər də iştirak ediblər.

Gülnarə Xəlilova: "Tədbirlər çərçivəsində türk xalqlarının birliyi, ictimai diplomatiyanın möhkəmlənməsinə və inkişafına, etnik siyasətin müxtəlif aspektləri və etnoslar arasındakı münasibətlər barədə məlumat mübadiləsinə kömək edəcək birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub".

TÜRKSOY-un Baş katibi Sultan Rayev layihədə iştirakına görə Gülnarə Xəlilovaya fəxri diplom təqdim edib. Öz növbəsində, dizayner milli ornamentlərlə panno təqdim edib.

Qeyd edək ki, Gülnarə Xəlilova-Azərbaycan milli geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video